elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 августа 2012 г.

Ağazadə Nuranə Sərdar qızı

 
Nuranənin adını Saniyə nənəsi qoyub. Yəqin ki bu adı xoşladığı üçün. Nuranə körpəlikdə çox sakit uşaq olub. Oyuncaqlardan çox ağ vərəqlər və qələm, şəkilli kitablar xoşlayırdı. Çoxlu şəkillər çəkir, sonra da çəkdiyi şəkillərə ad qoyurdu.
Mübahisəni sevmirdi. Uşaqlar dalaşanda onları sakitləşdirməyə çalışırdı. Onlar sakitləşdikdə isə Nuranə ağlayırdı. Münaqişələri sevmədiyinə görə uşaqlıqda daha çox təkliyə üstünlük verərdi.
Nuranə uşaq bağçasına gedərkən ağlayıb yalvarardı ki, ona tədbirlərdə söyləmək üçün şeir verməsinlər. Müəllim söz verəndə ki, Nuranəyə heç bir söz verilməyəcək o sakit-sakit bağçada qalardı. Və əvəzində rəqs öyrənərdi.
1 sentyabr Nuranə I sinfə gedərkən sırada özünü pis aparan, nəticədə sıranı pozan iki oğlan uşağının yaxasından tutub möhkəm silkələmişdi. Bu valideynlər arasında böyük təəccübə səbəb olmuşdu. Və bunun nəticəsində sinif nümayəndəsi seçilmişdi.
Nuranə ilk dəfə əlinə qələm alıb yazı yazmağa başlayandan çox dəqiq və səliqəli yazardı. Sanki bu uşaq çoxdan yazı yazmağı öyrənmişdi. Halbuki o yazmağı bacarmırdı. O evə verilən tapşırıqları sərbəst yerinə yetirir, anasının köməyindən imtina edirdi. Hətta çalışmaları yoxlamağa icazə vermirdi. Bunu müəllim etməlidir deyirdi.
I sinifdən 211 saylı orta məktəbin Uşaq Birliyinin rəhbəri Şəhla xanımın təşəbbüsü ilə tədbirlərdə şeir deyir və aparıcılıq edirdi. Bu onun rəvan nitqə malik olmasından irəli gəlirdi.
Nuranə Sərdar qızı Ağazadə 1989-cü il noyabrın 30-da Lənkəran şəhərində anadan olub. 3 yaşından 7 yaşınadək 146 saylı uşaq bağçasına gedib. 1996-cı ildə Akif Abdullayev adına 211 saylı məktəbin I sinfinə gedib. I-VIII sinfləri həmin məktəbdə oxumuşdur. 2004-cü ildə Lənkəran şəhər 10 saylı orta məktəbin IX sinfinə getmişdir. Təhsildən əlavə Nuranə Nəsimi rayonu Uşaq Gənclər Şahmat Məktəbində şahmat-dama dərslərinə getmişdir.
Orta məktəbdə təhsil aldığı zaman dərs əlaçı olub. Ən sevimli fənləri riyaziyyat, biologiya, fizika kimya idi.
Məktəbdə keçirilən 20 Yanvar, Xocalı faciələri, Müəllimlər günü, 8 Mart və eləcə də Novruz bayramına həsr olunmuş tədbirlərdə iştirak edib. Bu tədbirlərdə şeir deyib və aparıcılıq edib. Bundan başqa “Son zəng” tədbirində aparıcı olub.
Çingiz Mustafayev adına Uşaq Yaradıcılıq Mərkəzinin Xocalı soyqırımı, 31 Mart soyqırımına həsr olunmuş tədbirlərində iştirak edib. İştirak etdiyi bəzi tədbirlər Az.TV-də nümayiş olunub.  
Onu da qeyd edək ki, 2003-cü ildə Çingiz Mustafayev adına Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən diploma,  2005-ci ildə nümunəvi təhsil və davranışa və elə həmin ildə biologiya fənni üzrə rayon olimpiadasında III yeri qazandığına görə məktəb tərəfindən tərifnamələrə layiq görülmüşdür.
Valideynlərinin məsləhəti ilə IX sinifdə riyaziyatçı olmağa qərara aldı. Ona elə gəlir ki, peşənin sənətin fərqi yoxdur. Gərək hər kəs öz peşəsinin ustadı olsun. O da savadlı riyaziyyat müəllimi olmaq niyyətindədir. 211 saylı orta məktəbin riyaziyyat müəllmi Səadət Hənifəyevanı, eyni zamanda xalası və müəıllimi olan Gülşad Zəkəriyyayevanı idealı hesab edir. Çünki bu iki şəxs ona riyaziyyatın bütün dərinliklərini çox gözəl başa salıb. Asudə vaxtlarında riyaziyyatdan test banklarını işləyir. Şeirlər oxuyur. Lirik şeirlər və ən ülvi varlıq olan anaya aid şeirlər xoşlayır.
2002-ci ildə 42 saylı orta məktəbin akt zalında keçirilən 31Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş və onun da iştirak etdiyi tədbir Az.TV “Xəbərlər” proqramında göstərilmişdir.
Lirik şeirlər dinləməyi xoşlayır. C. Cabbarlının, M. Müşviqin, M. Rahimin, Əli Kərimin seçilmiş əsərlərindən ibarət şeir kitablarını oxuyur. Və oxuduğu şeirləri əzbərləməyə çalışır. Çox istədiyi insanlar əhatəsində özünü xoşbəxt hiss edir. Xoşbəxtliyi arzusuna-istəyinə çatmaqda görür. Ali məktəbə hazırlaşır. Yüksək bal toplayıb universitetə daxil olsa doğrudanda özünü xoşbəxt hiss edir.
İlk dəfə III sinifdə 20 Yanvar faciəsinə həsr olunmuş gecədə Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini demişdi. Sonra bu şeiri şəhidlər xiyabanında şəhidləri ziyarət edərkən Cingiz Mustafayevin qəbri üstə demişdi. Valideynləri onun şeir deməyini xoşlayırdılar. O vaxt şeir deməkdən aparıcılıq etməkdən bir az çəkinirdi. Sonralar isə heç bir tədbirdən geri qalmaq istəmirdi. Və bütün mərasimlərdə fəal iştirak edirdi.
Universtetə daxil olub əvvəlki kimi dərslərini yaxşı oxumaq istəyir.
Nəsimi rayonu Akif Abdullayev adına 211 saylı orta məktəbin riyaziyyat müəllimi Səadət Hənifəyeva: “ - Şən, zarafatcıl, qaynar təbiətli bir qızdır Nuranə. İşıqlı, nurlu mənasını verən adı ilə xasiyyyəti bir-birinə o qədər həmahəngdir ki, sanki bu adı ona verən şəxs gələcək xarakterini əvvəlcədən görüb. Ailənin sonbeşiyi, anasının sevimlisi olan Nuranə oxuduğu məktəbin müəllim və şagird kollektivi arasında istedadı və gözəl xasiyyəti ilə böyük hörmət qazanıb. Bu qızın dərin riyazi təfəkkürü, müstəqil düşünmək və mühakimə yürütmək bacarığı böyük gələcəyindən xəbər verir. Nuranə öyrənməyə olan böyük həvəsi, savadı ilə yaşıdlarından fərqlənir. Onun hadisələrə münasibəti, nəticə çıxarmaq qabiliyyəti, ağıllı mühakimələri bu qızın adi bir uşaq olmadığından xəbər verir.
Nuranə kimi ağlllı, çalışqan bir qızın arzusuna çatacağına savadlı və ləyaqətli bir müəllimə olacağına əminəm və ona uğurlar diləyirəm”.
Məktəbin fizika müəllimi, tərbiyə işləri üzrə direktor müavini İlhamə Səfərova: “ - Nuranəyə dərs dediyim ilk gündən yüksək intellektual səviyyə, xüsusi istedad və başqa müsbət xüsusiyyətlər olduğunu aşkar etdim. Nuranə yüksək yaradıcı təfəkkürə malik, özünə qarşı çox tələbkar qızdır. Yoldaşları ilə çətin problemli situasiyada belə mehriban, səmimi münasibətdə olur. Başqalarının dərdinə mütləq şərik olmağa çalışır. Məhz bu dəyərli keyfiyyətlərinə görə bütün müəllimlər və şagird yoldaşları onu çox sevir, hörmət edirlər. Yüksək təşkilatçılıq bacarığına görə məktəbə qəbul olduğu dövrdən sinif nümayəndəsi seçilmişdir və vəzifəsini layiqincə yerinə yetirir. Bir sözlə liderlik xüsusiyyətlərinə malikdir.
Nuranə gözəl danışıq və nitq qabiliyyətinə malikdir. O istənilən mövzuda çıxış edərək maraqlı, ağıllı təklifləri ilə hamını heyrətə salır. Fizika fənnindən çox istedadlı və çalışqandır. Bütün dərslərə yüksək səviyyədə hazırlaşır. Çətinliklərin öhdəsindən bacarıqla gəlir. Yaşının az olmasına baxmayaraq yüksək mənəviyyata, əsl insani dəyərlərə malik olduğunu sübut etmişdir.
Mən bir pedaqoq kimi Nuranənin parlaq gələcəyinə inanıram. Sevimli şagirdimə özünün arzuladığı ömür yolu və təhsildə yalnız uğurlar diləyirəm”.
Sinif rəhbəri Rəfiqə Kərimova: “ - Nuranə rəhbəri olduğum sinifdə oxuyub. İlk gündən sadəliyi, təmkinliyi və tərbiyəsi ilə diqqətimi cəlb etdi. Onun bu xüsusiyyətləri sinif yoldaşlarının da diqqətindən yayınmadı. O yeni yoldaşları ilə səmimi münasibətdə olurdu. Sanki çoxdan idi ki, bir yerdə oxuyurdular. Tezliklə bütün siniflə dostlaşdı. Və sinif yoldaşlarını hörmətini qazandı.
Nuranə özünə qarşı çox tələbkardır, evə tapşırılan dərsləri yüksək səviyyədə hazırlayır. Biz hamımız onun parlaq gələcəyinə əminik. Bildiyimə görə Nuranə gələcəkdə riyaziyyat müəllimi olmaq istəyir. Mən inanıram ki o öz arzusuna çatıb gələcəkdə savadlı riyaziyyatçılarımızdan biri olacaq.
Bildiyimiz kimi Nuranə IX sinfə qədər Bakı şəhərində təhsil almışdır. Fərqli bir mühitdə yaşamasına, təhsil almasına baxmayaraq asanlıqla yeni məkətbinə, sinif yoldaşlarına, müəllimlərinə uyğunlaşdı. Bu onun sadəliyindən, açıq ürəkliyindən irəli gəlir. Nuranədə olan mənəvi keyfiyyətləri çox bəyənirəm. Sinifdə yeni olmasına baxmayaraq etibarımızı qazandı və mən az keçmədən sinfin razılığı ilə sinif nümayəndəsi kimi məsuliyyətli bir işi ona tapşırdım. Nuranə mənim sinfimin yeganə əlaçısıdır.
Sevimli şagirdim kimi Nuranəyə dərslərində müvəffəqiyyətlər arzulayıram. Gələcəkdə onu yüksək səviyyədə hazırlıqlı bit kadr kimi görmək istəyirəm və inanıram ki, az keçmədən bu belədə olacaq”. 

Комментариев нет:

Отправить комментарий