elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 августа 2012 г.

Əlizadə Farizə Zeynal qızı

 
Farizə nənə yeni dünyaya gələn nəvəsinə öz adını verdi. Ailənin ilk nəvəsi olan Farizə valideynlərini zərrə qədər də olsa incitməmişdir. Anası: “ - Hərdən fikirləşirəm ki, görəsən Farizə uşaqlıqda hansı dəcəlliyi edib, yadıma düşmür. O, çox sakit və ağıllı uşaq idi. Yazıb-oxumağı ona məktəbə qədər öyrətmişdik.
Mənə elə gəlir ki, hər bir valideyn üçün onun uşaqları qeyri adidir. O, həyatda çox sakitdir. Onu tanımayan ilk gündən elə bilir ki, Farizə çox zəif və savadsızdır. Müəllimləri də ilk dəfə görəndə o fikrə düşmüşdülər. Sonradan onu tanıyanda yanıldıqlarını başa düşürdülər. Məktəbədə onun sevdiyi Azərbaycan dili və ədəbiyyatı müəllimi Suda Hüseynova idi. Bütün uşaqlar sinif rəhbəri olaraq onu çox sevirdilər. Şahmatı çox sevərdi. Atası bu həvəsini görüb onu Sumqayıt şəhər Şahmat Klubuna dərnəyə qoydu. Yarış zamanı öz rəqiblərinə gözəl oyunlar nümayiş edirdi.
Sumqayıtda yerləşən AMMALTD prodakşın şirkəti uşaqların istedadlarını yoxlamaq üçün şərait yaradanda uşaq filmlərində Farizə də çəkilmişdir.
Farizə Zeynal qızı Əlizadə 1992-ildə aprelin 8-də Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri 11 saylı orta məktəbin I sinfinə gedib. 2009-cu ildə orta məktəbi bitirib ADPU-nun biolgiya fakultəsinə daxil olub. Hazırda IV kurs tələbəsidir. Məktəbdən əlavə ən başlıca məşğuliyyətim şahmat olub. Şahmat oynamağı balaca vaxtından sevir. Şahmatdan əlavə rəsm və üzgüçülüklə də məşğul olub. Lakin dərslərilə əlaqədar VII sinifdən şahmatdan ayrılmalı olub.
Farizə: “ - Orta məktəblərdə dərslərimi əla oxumuşam. Ən sevimli fənnim riaziyyat olub. Daha çox texniki fənnlərlə maraqlanmışam. V sinifdə məktəbdə keçirilmiş siniflərarası olimpiyadada 3 sinif yoldaşımla bərabər raziyyat fənni üzrə II yerə layiq görülmüşəm 2006, 2007 və 2008- i illərdə məktəbdə fəxri fərmanlarla təltif olunmuşam. Ali məktəbldə də dərslərimi əla oxumağa çalışmışam. Ən sevdiyim fənn zoologiyadır. Həyatımın ən uğurlub günü ali məktəbi qazandığım gündür.
Biologiya fənni hər zaman marağımı cəlb edib. Biologiya müəllimim çox maraqlı bir insan olub. Dərsi hər zaman maraqla bizlərə izah edirdi. Bizlər onun dərsində heç bir zaman darıxmamışıq. Bu ixtisasa marağımın olmasında onun rolu böyükdür. Ali məktəbdə hazırda bizə zoologiya fənni üzrə dərs deyən Elya xanıma oxşamaq istərdim. Onun sayəsində bu ixtisasa marağım daha da artdı. Ümüd edirəm ki, onun kimi əla mütəxəssis ola bilərəm.
Ali məktəbi bitirdikdən sonra magistraturaya daxil olmaq arzusundayam. İxtisasımla bağlı daha artıq biliyə malik olmaq istəyirəm. Harada işləyəcəyim barədə hələ dəqiq fikrim yoxdur.
Xoşbəxtliyi məni sevən insanların əhatəsində olmaqda görürəm. İnsanlara faydalı ola biləcək bir insan olmaq istəyirəm. İmkanlarımla onlara kömək etmək arzusundayam.
Asudə vaxtlarımda adətən musiqi dinləməyi,həmçinin maraqlı filimlərə baxmaqdan xoşum gəlir. Kitablarla da maraqlanıram.
2005-ci ildə Xocalı faciəsi ilə əlaqədar, 2007-ci ildə isə Heydər Əliyevlə əlaqədar yazdığım inşa kitabda dərc olunub.
İxtisasım üzrə yüksək səviyyəli mütəxəsis olmaq, vətənim, xalqım üçün xeyirli işlər görmək, az da olsa Azərbaycanıma xeyr vermək ən böyük arzumdur”. 

Комментариев нет:

Отправить комментарий