Tamilla
Ramiz qızı Əzizova 1997-ci il yaz fəslinin ən gözəl çağında - Bahar bayramında,
martın 20-də Bakı şəhərində dünyaya göz açıb.
Yaxınları
və valideynləri söyləyir ki, Tamilla körpəlikdə ağıllı, sözə baxan, ağlağan
uşaq olub. Kiçik yaşlarında məktəbəqədər hazırlıq kurslarına, ingilis dili, rəssamlıq
dərnəklərinə gedib.
Məktəbə
qədər nəinki yazıb-oxumağı, hətta M. Ə. Sabirin “Ağacların bəhsi”, Çukovskinin
“Milçək-Vizilçək” kimi bir çox şeirləri rus və Azərbaycan dilində əzbər bilirdi.
Tamilla
2006-cı ildə Xətai rayonunda yerləşən 86 saylı məktəbin I sinfinə qədəm qoyub. Əlavə
olaraq “Zabitlər Evi”nə ingilis dili kurslarına da gedirdi.
Orta
məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Tamillanın sevimli fənləri rəsm, Azərbaycan
dili və ədəbiyyatıdır. Məktəbdə keçirilən bayram tədbirlərində, səhnəciklərdə
şeirlər söyləyir və rəqs nömrələri ilə çıxış edir.
Tamillanın
həyatında ən maraqlı və uğurlu günlər çoxdur. “Əlifba bayramı”, qəzetlərdə ilk
dəfə şeirlərinin çap olunduğu günlər həyatının ən unudulmaz günləri
sırasındadır.
O,
şeir yazmaqda Zeynəb müəlliminə, rəsm çəkməkdə isə Arzu müəlliminə bənzəmək istəyir.
İnsanlarla ünsiyyət yaratmaqda və dərslərdə fəal iştirak etməkdə isə atasına və
qohumu Sürəyya xanıma oxşamaq istəyir.
Sinif
rəhbəri Sədaqət xanım, ingilis dili müəllimi Nahidə xanım, Azərbaycan dili müəllimi
Zeynəb xanım, rəsm müəllimi Arzu xanım Tamillanın gələcəkdə nüfuzlu şəxsiyyət, perspektivli
kadr kimi tanınacağına inanırlar.
Bədii
yaradıcılıqda daha çox şeir və rəsmə üstünlük verən Tamilla asudə vaxtlarında bədii
kitablar oxuyur, rəsm çəkir və toxuyur.
Xoşbəxt
olmaq hər bir insanın ən ümdə arzularından biridir. Tamilla da xoşbəxtliyi orta
məktəbi uğurla başa vurub tələbə adını qazanmaqda görür. Valideynləri onu gələcəkdə
rəssam, dilçi, tərcüməçi kimi görmək istəyirlər.
Şəxsiyyət
kimi tarixin yaddaşında yaşamağı hər kəs kimi Tamilla da arzulayır. Görkəmli, nüfuzlu
şəxsiyyət kimi həyatda özünə layiqli yer tutub tarixin səhifələrində yaşamaq
Tamillanın ən ümdə istəklərindəndir.
Alma
Ağacda
dolu alma,
Yetişib
sarı alma.
Axşam
üstü yığaram,
Axşam
yeyib doyaram.
Ana
Anamı
çox sevirəm,
Onu
çox istəyirəm.
Mehriban,
əziz anam,
Mənim
sevimli anam.
Gecələr
də yatmayır,
Mənim
qayğıma qalır.
Mehriban,
əziz anam,
Mənim
mehriban anam.
Mənim
üçün çalışır,
Mənim
qayğıma qalır.
Müharibə günləri
Hər
tərəfi od basır,
Alov
alışıb yanır.
İnsanlara
baxaraq
Gülümsəyir,
həzz alır.
Körpələrə
qıymadı
Tanklar
altında qoydu!
İnsanları
ağlatdı,
İnsan
cildində şeytan.
Günəş
qana boyanır,
Buludlara
sığınır.
Gözündən
qan axıdır,
Ağlayır
o hey, ağlayır.
Комментариев нет:
Отправить комментарий