Qəhrəmanımızın adını atası babasının adını yaşatmaq məqsədilə qoyub. İbrahim
körpəlikdə çox maraqlı uşaq olub. Dəcəl olub onun maraqlı məşğuliyyətlərindən
biri maqnitafonla oynamaq, müxtəlif musiqilərə qulaq asmaq idi. Maqnitafonu əlindən
almaq olmurdu.
İbrahim məktəbə gedənə qədər hərfləri yazıb-oxumağı öyrənmişdi. Ona bu
işdə anası Təranə xanım köməklik etmişdi. İbrahim at minməyi xoşlayır. Tək
başına açıq atı tutmaq çətindir, amma İbrahim atasının atını çöldən tək minib gəlirdi.
İbrahimdə musiqiyə maraq 7 yaşında yaranıb. Bu marağın oyanmasının əsas
səbəbi atasının musiqiçi olmağa və el şairi, saz-söz ustadı Sərraf Qasımın
mühitində böyüməsi olub. Və bu işdə ona müəllimlik edən Aşıq Zahir Hüseynova minnətdardır.
İbrahim Hümbət oğlu İbrahimli 1 aprel 1995-ci ildə Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. O,
2001-ci ilin sentyabrında Aşağı Qışlaq kənd orta məktəbini I sinfinə qəbul olub.
2004-cü ildə isə Kolanı kənd Uşaq Musiqi Məktəbini saz şöbəsinə qəbul olmuşdur.
İbrahim ailənin ilk övladıdı. Onun Röyal adında bir qardaşı var.
İbrahim dərslərini əla oxuyur. Ən sevimli fənni Azərbaycan dili və ədəbiyyatı,
ingilis dilidir. Ona elm öyrədən bütün müəllimlərinə təşəkkür edir. Xüsusilə Ramazan
Hüseynov və Şövkət Seyidovaya bocludur.
Dəfələrlə Naxçıvan MR Təhsil Nazirliyinin, Uşaq Yaradıcılıq Birliyinin
tədbirlərində, müxtəlif bayramlarda, el şənliklərində öz sazı və sözü ilə çıxış
edib. Həyatında ən maraqlı və uğurlu gün ilk yazdığı “Atama” adlı şeirinin “Tumurcuq”
qəzetinin 2003-cü ilin noyabr sayında çıxması olub.
Naxçıvan MR Təhsil Nazırliyinin təşkil etdiyi mahnı müsabiqəsində
layiqli yer tutub, dilom alıb. Poeziya sahəsində uğur qazanmağında özünü el
şairi, saz-söz ustadı Sərraf Qasıma borclu bilir.
İbrahim gələcəkdə görkəmli bir incəsənət xadimi olmaq istəyir. Asudə
vaxtalarında maraqlı kitablar oxumağı və saz çalmağı xoşlayır. Çıxışları dəfələrlə
televiziyada nümayiş etdirilib.
O xoşbəxtliyi vətənə layiqli bir oğul olmaqda görür. Gələcəkdə ali təhsil
almaq, elm xadimi və sənətçi kimi
yüksək zirvələrə çatmaq istəyir.
İbtidai sinif müəllimi Ramazan Hüseynovun İbrahim haqqında rəyi: “ -
İbrahim ilk gündən öz fəallığı və bədii yaradıcılığı ilə seçilib. Onda müşahidə
etdiyim biliklərə əsaslanıb gələcəkdə böyük uğurlar gözləyirəm. İbrahim əla
davamiyyəti, dərs hazırlığı və nizam-intizamı ilə başqa şagirdlərdən fərqlənib”.
Balaca vətənpərvər İbrahim uşaqlıqdan böyük bir elm xadimi, sonra sənətçi
olmaq arzusuna düşüb. İndi isə xalqına daha artıq xidmətlər göstərmək, daha
böyük bir hədəf uğrunda irəliləmək niyyətindədir. Beləliklə də xalqımıza və əraziləri
düşmən tapdağında olan ölkəmizə daha layiqli bir övlad olmaq üçün o, hərbçi
kimi təhsilini davam etdirmək məqsədi ilə 2010-cu ilin sentyabrında yüksək
balla Heydər Əliyev adına Hərbi Liseyə qəbul olur.
Biliyini artırmaqla layiqli bir şəxsiyyət və vətən övladı kimi
tarixin yaddaşınada qalmaq onun ən böyük arzusudur.
Комментариев нет:
Отправить комментарий