Balaca Səbinə uşaq bağçasına gedəndə artıq yazmağı da, oxumağı da bacarırdı.
Səbinə Sulduz qızı Məhərrəmova 14 iyun 1999-cu ildə Rusiyanın Surqut şəhərində
anadan olub. 2005-ci ildə XXI əsr Ümumtəhsil Mərkəzinin I sinifinə qəbul olub. Hazırda
Tofiq İsmayılov adına 6 saylı “İntellekt” liseyinin VII sinfində oxuyur. Bundan
başqa 22 saylı Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdidir.
Səbinə dərslərini əla oxuyur. Ən sevimli fənləri riaziyyat, tarix və
ingilis dilidir. Məktəbdə keçirilən tədbirlərdə, mərasimlərdə, bayramlarda fəal
iştirak edir. Olimpiadalarda iştirak edərək bir sıra mükafatlara, diplomlara layiq
görülüb.
2006-ci ildə XXI əsr ÜTM-nin I sinfini uğurla bitirdiyimə görə tərifnamə, 2007-ci
ildə riaziyyat fənni üzrə keçirilən “Yaxşı dəftər” yarışmasında II, rus dili fənni
üzrə təşkil olunan eyniadlı yarışmada isə I yerə, elə həmin il “Bilik zirvəsi”
və “Gənc rəqqas” nominasiyaları üzrə diplomları qeyd etmək olar. Niyazi adına 22
saylı Uşaq Musiqi Məktəbində baş tutan hesabat konsertlərindəki çıxışları mütəmadi
xarakter daşıyır.
Səbinə qazandığı uğurlarda valideynləri və müəllimlərinin danılmaz rolu
olduğunu söyləyir. Çünki həm təhsildə, həm də musiqi və digər sahələrdə uğurlar
əldə etməyim üçün hər şəraiti yaradırlar.
Bir dəfə nənəsi bərk xəstələndikdə ona kömək etməkdə aciz olduğunu dərk edən
gündən Səbinə həkim olmaq qərarına gəlib. Bu nənəsinin arzusudur. Həm də Səbinə
insanların sağlamlığının keşiyində durmaqdan, onlara yardım etməkdən zövq alır.
Asudə vaxtlarında rəsm çəkməyi, kitab oxumağı, musiqi ilə məşğul olmağı
xoşlayır.
Səbinə: “ - Xoşbəxtliyi qarşıma qoyduğum məqsədə çatmaqda görürəm. Amma onu
da yaxşı başa düşürəm ki, bunun üçün çox çalışmalı, əzmkar olmalı, əmək sərf etməyəm.
Fortepianoda ifa etməkdən həzz alıram. Əldə etdiyim uğurlar məndə məsuliyyət
hissini daha da artırıb.
İstərdim ki, cəmiyyətdə,
tarixdə öz yerim, dəsti-xəttim olsun. Bunun üçün lazımı addımlar atmaq, hər işi
planlı, ağıllı və məntiqi şəkildə görməyə çalışıram”.
Комментариев нет:
Отправить комментарий