Ağayarlı
Aygül Azər qızı 1989-cu il martın 12-də Bakı şəhərində anadan olub. 1996-cı ildə
Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbin I sinfinə getmişdir. 2007-ci ildə məktəbi
bitirən Aygül Bakı Dövlət Universtetinin filologiya fakültəsinə qəbul olur.
Filologiyaya
maraq V sinifdə oxuyakən yaranıb. O, dedi: “ - Bu marağı məndə ədəbiyyat fənnini
tədris edən Südabə Məmmədova yaradıb. İndiki kimi yadımdadır, V sinfə yenicə
başlamışdıq. Ənvər Məmmədxanlının “Buz heykəli” hekayəsi ilə bağlı inşa yazmalı
idik. Müəllim necə yazmağımız barədə məsləhətlər verir, mən də onu diqqətlə və böyük
həvəslə dinləyirdim. Çünki inşanı hamıdan yaxşı yazmaq istəyirdim. Növbəti dərsdə
inşalarımızı oxuduq. Müəllim ən çox mənim inşamı bəyəndi və məni təriflədi. O
gündən ədəbiyyat fənninə marağım daha da artdı. İxtisas seçiminə gəlincə isə,
gözəl bir atalar sözü var “Niyyətin hara, mənzilin ora”. Bax elə mənim ixtisas
seçimim də belə oldu. Çox sevdiyim bir fənn üzrə ali məktəb tələbəsi oldum”.
Orta
məktəbdə dərslərini əla oxuyub. Sinif nümayəndəsi olduğu üçün hər zaman məsuliyyətli
olmağa çalışıb. Sevimli fənləri Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis
dili, rus dili, fizika, insan və cəmiyyət, rəsm olub. Orta məktəbdəki elmi
yarışlarda, ictimai işlərdə fəal iştirak edib. İlk dəfə I sinifdə oxuyarkən “Əlifba
bayramı”nda aparıcı olub. Yuxarı siniflərdə oxuyarkən məktəbdə keçirilən tədbirlərdə
də aparıcılıq edib, sonuncu dəfə isə 2007-ci ildə “Son zəng”. Məktəb həyatına
sözün yaxşı mənasında nöqtə qoyan 2007-ci il 31 may “Son zəng” günü xoş bir
xatirə kimi hər zaman onun hafizəsində yaşayacaqdır. VI sinifdə “Xocalım mənim”
şeir müsabiqəsində iştirak edib və yazdığı şeirə görə II yerə layiq görülüb. Ədəbiyyat
müəllimi Südabə Məmmədovanın dəstəyi ilə “Yalan danışma” adlı şeiri “Azərbaycan
Gəncləri” qəzetinin 2002-ci il 28 may buraxılışında nəşr olunub. IX sinifdə
oxuyarkən Azərbaycan dili və ədəbiyyatı olimpiadasının rayon turunda I,
respublika turunda isə II yerin sahibi olmuş və 2005-ci ilin aprelin 30-da Təhsil
Nazirliyində olimpiadada qaliblər üçün təşkil olunmuş tədbirdə təhsil naziri
Misir Mərdanov tərəfindən diplom və medalla mükafatlandırılmışdır. 2007-ci ildə
“Heydər Əliyev və müstəqil Azərbaycan” inşa müsabiqəsinin qalibi olmuş və Abşeron
rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır.
Ali
məktəbdə əlaçıdır, bütün fənləri sevərək oxuyur. Ən çox Azərbaycan dili və ədəbiyyatı
fənlərini sevir. 2007-ci il dekabr ayında universitetdə keçirilən “İlin ən
yaxşı tələbəsi” müsabiqəsində iştirak edib. II, III, IV kurs tələbələrinin
iştirak etdiyi bu müsabiqənin qaliblərini tələbələr özləri müəyyən edirlər. Çox
sevindirici hardır ki, hər fakültədən seçilən 4 nəfər qalibdən biri də Aygül
oldu. 2007-ci il dekabrın 25-də universitetin akt zalında qaliblər üçün təşkil
olunmuş tədbirdə tərifnamə ilə təltif olundu.
Universitetdə
ona dərs deyən müəllimlərdən hər dərsdə yeni bir şey öyrənir, onların biliyindən,
mənəvi dünyasından bir tələbə kimi o da pay alır.
Ali
məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində filoloq kimi işləmək
arzusundadır.
Asudə
vaxtlarında şeir yazır, mənəvi-əxlaqi mövzularda olan kitablar, jurnallar
oxumağı, musiqi dinləməyi çox sevir.
V-XI
siniflərdə sinif rəhbəri olmuş Solmaz Babayeva: “ - Aygül mənim sevimli şagirdlərimdən
olub, hər zaman xatirəmdə bu cür qalacaqdır. Ona dərs dediyim müddətdə hər
zaman dərsə hazırlıqlı, çalışqan, tərbiyəli şagird, məsuliyyətli sinif nümayəndəsi
kimi fərqlənmişdir. Əminəm ki, Aygül gələcəkdə böyük nailiyyətlər əldə edəcək və
ixtisasına mükəmməl yiyələnəcəkdir. Onu gələcəyin təcrübəli filoloqu kimi görürəm.
Aygülün
digər həmyaşıdlarından fərqli cəhəti ona dərs deyən bütün müəllimlərinin
sevimlisi olması idi. Heç bir müəllimlə Aygül arasında kiçicik də olsa bir
mübahisə ola bilməzdi. O bütün müəllimləri ilə gözəl ünsiyyət qurmağı bacarırdı”.
Gecənin
mələyi (ay)
Göylərdə
göründü gecənin mələyi,
Son
qoydu səmanın həsrətinə o,
Nur
yaydı aləmə gecənin mələyi,
Döndü
ulduzların nəğməsinə o,
Seyr
edib o anın sənsizliyini,
Zövq
aldı göylərin mənzərəsindən,
Dinlədi
rüzgarın həzin səsini
Qəm-kədər
silindi hafizəsindən.
***
Sığmadı
qəlbinə şirin arzular,
Səadət
gətirdi o kainata.
Sevincli
ümüdlər, gözəl duyğular,
Bir
sevgi bəxş etdi sanki həyata.
***
Danışdı göylərə öz sevgisindən,
Danışdı göylərə öz sevgisindən,
Səssiz
yağan yağış göz yaşı oldu.
Bir
həsrət duyuldu onun səsindən,
Səma
ulduzlarla sirdaşı oldu.
***
Növbəti bir səhər açılan zaman
Növbəti bir səhər açılan zaman
Səmanı
tərk edib getdi o mələk.
Günəş
qürub edib gün bitən zaman
O
yenə səmaya geri dönəcək.
Kimdir
o?
Bir
çiçəkdir zərif, incə,
Ətrindən
doymaq olarmı?!
Bir
günəşdir qəlb isidən
Xoş, mehriban təbəssümlə o gülüncə,
Günəşsiz həyat olarmı?!
Bir
dəryadır, bir ümmandır,
Sədaqətlidir, mehribandır,
Sevgilidir, o, canandır,
Sevgisindən böyük sevgi
Bu cahanda ola bilməz.
Bəs
kimdir o?
- O, anadır,
Anamız tək heç kəs bizi sevə bilməz.
Azərbaycan
Azərbaycan!
Eli üçün canlar verən
ərənlərin,
igidlərin canı sənsən,
Azərbaycan!
Həyatından keçib yurda həyat verən
Şəhidlərin
qapısısan sən.
Azərbaycan! Vuran qəlbim, görən gözüm,
Varlığımın
özüsən sən.
Azərbaycan!
Dədəm Qorqud qopuzusan,
Dastanım sən, məğməm sənsən
Azərbaycan!
Odlar yurdu vətənimsən,
Dünənimsən,
bu günümsəm, sabahımsan.
Günüm, ayım, ilimsən sən.
Azərbaycan!
Biz qığılcım, sən günəşsən,
Qəlbimizdə
daim yanan,
Heç
bir zaman sönməyəcək-
“Vətən” adlı bir atəşsən.
Azərbaycan!
Sazım, sözüm, şeirim sənsən,
Min illərə sığışmayan tarixin var,
Türk yurdum, türk elim sənsən.
Комментариев нет:
Отправить комментарий