elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 августа 2012 г.

Sadıqzadə Cəmil İlham oğlu


Növbəti qəhrəmanımız Cəmildir. O balaca vaxtı kinder oyuncaqlarının kolleksiyasını toplayırdı. Maraqlıdır ki, indiyə kimi onları saxlayıb. Cəmil məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi. Bütün uşaqlar kimi nağılları çox xoşlayırdı. 5 yaşında “Zabitlər evi”ndə hazırlığa gedərdi. Orda çoxlu şeir öyrənmişdi. Qiymətləri 5 idi. Şəkil çəkməyi çox xoşlayırdı. Məktəbdə botanika fənninə çox maraq göstərir. O, evlərinin eyvanında dibçəklərdə lobya, pomidor, kartof və sairə tərəvəzlər əkir.
Cəmil İlham oğlu Sadıqzadə 25 may 1994-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Binəqədi rayonundakı 102 saylı orta məktəbin I sinfinin rus bölməsinə daxil olmuşdur. Təhsildən əlavə idmanın qılıncoynatma növü ilə məşğuldur.
Cəmil olduqca vətənpərvər yeniyetmədir. Evdə onun öz güşəsi var. Orada medalları, kolleksiyası, dövlət bayarğı, gerbi və himni, diplom və tərifnamələri yer alır.
Dərslərini yaxşı və əla oxuyur. Ən sevimli fənləri biologiya, coğrafiya, tarix, Azərbaycan dili, rus dili və ədəbiyyatdır.
Gül bayramında, Mirzə Xosrov Axundzadənin 120 illiyinə həsr olunmuş tədbirdə təşkilatçılıq işləri ilə məşğul olub. Qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya birinciliyində, digər yarışlarda hakim köməkçisi olub. Həyatında ən maraqlı və uğurlu gün 31 may 2009-cu ildə məktəblilər arasında keçirilən fənn olimpiadasında biologiya fənni üzrə fərqləndiyinə görə tərifnamə ilə təltif olunduğu gündür. Bu nailiyyəti əldə etməsində biologiya müəllimi Sevda xanımın danılmaz zəhməti var. Həmin gün həm də qardaşının son zəngi idi.
14 mart 2010-cu ildə qılıncoynatma idmanının rapira növü üzrə birinci açıq Novruz turnirində II yeri tutduğuna görə diplom və medalla təltif olunub.
Gələcəkdə bioloq olmaq istəyir. Lap çoxdan bu fikrə düşüb. Onun fikrincə bioloq maraqlı və çox şərəfli sənətdir.
Asudə vaxtlarını elmi kitablar oxumaq, tar alətində ifa etməklə keçirir, rəsm çəkir. Ən çox xoşladığı məşğuliyyət isə rəsmlər çəkməkdir.
Cəmil həm alim olmaq, həm də olimpiya, dünya çempionu zirvəsinə qalxmaq arzusundadır. Valideynləri onu həkim kimi görmək istəyirlər. Məktəbi uğurla bitirərək ali məktəbə daxil olmaq və idman sahəsində də Azərbaycan bayrağını daim ucaltmaq niyyətindədir.

Комментариев нет:

Отправить комментарий