elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Bir ana qəlbinin sevinci Pərvin (Dağıstanlı Pərvin Allahverdi oğlu)

Pərvin adı babası Dağıstan kişinin xoşladığı ad olub. Babasının və Hüsnü bibisinin istəyi ilə bu adı qoyublar.
Körpəlikdə sağlam, hər şeyə maraq göstərən uşaq olub. Suyu çox xoşlayırdı. Çıxartmasan saatlarla suda qalmaq istəyirdi. Şəkillərə baxmağı xoşlayırdı. Anası ona layla çalanda yatmaq əvəzinə oynayıb gülərdi. Uşaq vaxtı su işməyi heç xoşlamırdı. Sonralar isə onun bu hərəkətlərini xalasının həyat yoldaşı Aftandil bəy Pərvinin bir yaşında yazdığı şeirdə belə qeyd etmişdi.
Çay içməyi bir tamaşa,
Püflər geri çəkər başa.
Xalası bu, sağ olmuşa
Qurban olum, qurban deyir.
Pərvinin qırxı çıxandan sonra onlar Bakıya köçdülər. Anasından çox xalası Pərvinin qayğısına qalıb, əziyyətin çəkib, indi də ona zarafatla “xalasının balası” deyirlər.
Məktəbə getməmişdən əvvəl yazmağı, saymağı bilirdi. Pərvinə yazmağı, saymağı və oxumağı xalası oğlanları İlkin və İman öyrətmişdilər.
Onun haqqında xalasının yoldaşı Afdandil Baba oğlunun qələmə aldığı şeirdən bir neçə bəndi sizə təqdim edirik:
Bir oğul atadır, bir qızsa ana,
Sənin gəlişinlə Pərvin cahana,
Sevincsən, fərəhsən həm də xalana,
Tanrının ən gözəl qisməti Pərvin

Bir ana qəlbinin ülvü duyğusu,
Ən gözəl qayğıdır-ata qayğısı,
Beşiyin üstündə ana laylası,
Tanrının ən gözəl qisməti Pərvin.

Bir vaxt gözlərini güclə açardın,
Gecəni gündüzü çaş-baş salardın,
Şirin-şirin barmağını sorardın,
Bir yaşa çatmısan Pərvin, a Pərvin.

Atan hər ağrını çəkər içində,
Sevinci üzündə, kədər qəlbində,
İstəyi, arzusu körpə Pərvində,
Böyüyüb atalı bir ata olsun..

Sən bir az azarlı, kefsiz olanda,
Görəsən Səbinə nə çəkir onda,
Gözlər lal haraylı, əllər qoynunda,
Bir ana qəlbinin sevinci Pərvin..
Birinci sinfə gedəndə riyaziyyata xüsusi marağı var idi. Sonralar isə xalası oğlu İlkin onun riyaziyyata daha çox maraq göstərməsinə səbəb oldu. İlkin Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində oxuyur. Pərvinə bilgisayarı, riyazi hesablamaları asan və şifahi yolla öyrədir. Ona görə də Pərvin yaşıdları arasında həm riyaziyyat, həm də başqa fənlər üzrə irəlidədir.
Valideynləri Cəbrayıl rayonu Nüzgar kəndindən olsa da, 16 fevral 1997-ci ildə Sabirabad rayonu Qalaqayın çadır şəhərciyində anadan olub. 2003-cü ildə Nizami rayonu 250 saylı orta məktəbə gedib. 2006-cı ildən Xətai rayonu 55 saylı orta məktəbdə təhsilini davam etdirir. Futbolu çox xoşlayır, dzyü-do və sərbəst güləşlə məşğul olur.
Pərvinlə də söhbətimiz maraqlı oldu. O, dedi: “ - Dərslərimi əla oxuyuram. Ən sevimli fənlərim riyaziyyat,tarix və ədəbiyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirəm. 20 Yanvar, Xocalı soyqırımına aid mərasimlərdə şeirlərlə çıxış emişəm.
31 may 2007-ci ildə 55 saylı məktəbdə fəxri fərman almışam. Həm dərslərimdə, həm də yaşıdlarım arasında seçilməyimə görə atama və müəllimlərimə borcluyam. Riyaziyyatçı olmaq istəyirəm. Çünki riyaziyyatı bütün elimlərin əsası, özülü bilirəm. Ən çətin misal və məsələlər səbr və təmkinlə həllini tapdıqda keçirdiyim sevinc hissini heç nəylə müqayisə etmək olmaz.
Asudə vaxtlarımda bilgisayarda oyunlar oynayır, yaşıma uyğun məlumatlarla tanış oluram. Qarın yağmağına tamaşa etməyi xoşlayıram. Fəsillərdən isə yaz fəslini çox xoşlayıram.
Həyatımda ən yadda qalan, xoşbəxt günlərimdən biri də xalamgillə Masallı “İstisu” istirahər zonasına getdiyimiz günlərdir. Orada keçiritdiyimiz günlər ən unudulmaz günlərdir. Çayda çimdik, “Yanar dağda” olduq, yerdən çıxan suyun necə yanmasına tamaşa edirdik. Çayın bir tərəfinin suyu isti bir tərəfi isə soyuq idi. Şəlalələrə tamaşa edir, gözəl təbiət, meşələri seyr edirdik”.
İbtidai sinif müəllimi Fərqanə xanım: “ - Qabiliyyət təbiətin hər insana verdiyi sehrli hədiyyədir. Bu hədiyyədən birinə çox, birinə isə az pay düşür. İlk gündən hiss etdim ki, Pərvinə bu qabiliyyətdən çox düşüb. Pərvinin riyaziyyat üzrə yüksək qabiliyyəti var. Pərvin səylə oxuyan, yoldaşları ilə səmimi ünsiyyət yaratmaq bacarığına malik şagirddir. Onun çətinliyi xoşladığını bilirdim. Bu xüsusiyyətləri ilə həmişə həmyaşdlarından fərqlənirdi. Pərvin hər şeyi öyrənir, heç bir şeyi nəzərdən qaçırmırdı. Ona görə də çətin tapşırıqların öhdəsindən asanlıqla gəlir”.
Sinif rəhbəri Ülkər Paşayeva: “ - Pərvin Dağıstanlı ilk görüşdə mənə sakit təbiətli, ağıllı və məsuliyyətli bir şagird təsiri bağışlamışdır. İlk günlərdə dərslərinə hazırlığı, diqqətliliyi ilə gözə çarpmışdır. Onu hərəkətinə, davranışına fikir verən, mədəni bir şagird kimi tanıyıram.
Mən Pərvini savadlı, ağıllı, vətənini qoruyan bir vətəndaş kimi görürəm.
Pərvin sinif yoldaşlarından təmkinliyi, savadı, bacarığı ilə fərqlənir. Gələcəyinin parlaq olmasına inanıram”.

Комментариев нет:

Отправить комментарий