elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 августа 2012 г.

Cəfərzadə Anar Rasim oğlu

 
Elnur əmi yeni dünyaya gələn qardaşı oğluna ad seçəndə onun gələcəkdə hər şeyi anlayan, savadlı bir övlad olması diləyilə Anar adını verdi. Yaşının üstünə yaş gəldikcə adını doğruldan Anar hələ uşaqlıqdan hər şeylə maraqlanırdı. Hər nə gördüsə onun haqqında ətraflı məlumat almağı xoşlayırdı. O, 3 yaşında ikən uşaq bağçasına gedirdi. Bağçada müəllimlərinin sevimlisinə çevrilmişdi. Anar bağçadakı həmyaşıdları arasında ən fəal uşaqlardan idi. Tərbiyəçi Valya Əlibəyova indi də hər dəfə onu görəndə Anarın gələcək həyatı ilə maraqlanır.
O, hələ məktəbə getməmişdən saymağı bilirdi. Şeirlər əzbərləyirdi. Anarla anası məşğul olurdu. Anar haqqında xatirələr çoxdur. O, həm də cürətlidir. Hələ hərbi xidmətdə olarkən əsgər yoldaşlarının haqlı narazılıqlarını heç kimin cürət etmədiyi halda Anar alay komandirinə birbaşa çatdırmışdır. Bundan sonra hərbi komissiya yaradılmış və bəzi özbaşınalıqlar müəyyənləşdirilmişdir. Bunun nəticəsində günahkarla cəzalandırılmış, Anar isə çavuş rütbəsi ilə təltif olunmuşdur.
Anar Rasim oğlu Cəfərzadə 1986-ci il mayın 21-də İmişli şəhərində anadan olmuşdur. 1994-cü ildə A. Eminov adına 7 saylı orta məktəbdə I sinifə getmiş. 4 il bu məktəbdə təhsil alıb. Oxuduğu 4 il ərzində qiymətləri əla olub. Məktəbin ən fəal uşaqlarından biri idi. V sinifdən VII sinfə qədər Bakı şəhəri Binəqədi rayonu 115 saylı məktəbdə oxuyub. Burada oxuduğu bu 3 il müddətində 4-5 qiymətlərlə oxuyub. VIII sinifdən XI sinfə qədər İmişli şəhər A. Eminov adına 7 saylı məktəbdə əla qiymətlərlə oxuyub. Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. İxtisasına maraq onda hələ orta məktəbdə xalqımızın həyatında önəmli rollar oynayan böyük dövlət xadimləri haqqında oxuyarkən yaranmışdır. Bu ixtisası seçərkən xalqımıza və dövlətimizə az da olsa töhfə verməyi qarşısına məqsəd qoydu.
IX sinifdə tarix fənni üzrə olimpiadada III dərəcəli diplomla mükafatlandırılıb. Həmin ili məktəbdə “İlin şagirdi” elan edildi. O, IX sinifdə oxuyarkən NİCEI təşkilatının “Günəş resus mərkəzinin” lideri seçilib. 2 il bu təşkilata rəhbərlik edib. Ali məktəbdə əla qiymətlərlə oxuyub. Universitetin müəllim və tələbə heyətinin rəğbətinin qazanıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. III-IV kurslarda fakültə elmi konfrans mükafatçısı olub.
17 noyabr 2007-ci ildə “Azərbaycan-Avropa qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” mövzusunda tələbələrin VI respublika elmi-praktik konfransda elmi məruzəsinə görə I dərəcəli diplomla mükafatlandırılıb. 25 aprel 2008-ci ildə humanitar elmlər problemləri III beynəlxalq tələbə elmi konfransının iştirakçısı olduğuna görə sersifikatla, 12 may 2006 ildə mərhum prezident Heydər Əliyevin anadan olmasının 83 illiyinə görə sersifikatla mükafatlandırılıb.
2007-ci ildə mərhum prezident Heydər Əliyevin anadan olmasının 84 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın xarici siyastində varislik” mövzusunda tələbə-elmi praktik konfransda iştirakına görə təşəkkürnamə ilə təltif olunub. 6 avqust 2008-ci ildə mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illiyinə hərs edilmiş tələbə və şagird elmi konfransının iştirakçısı olduğu üçün sertifikatla təltif olunub. 29 may 2008-ci il tarixində dövlət gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyinə görə fəxri fərmanla təltif olunub.
“Avropa İttifaqı və Türkiyyə müstəvisində erməni məsələsi”, “Dağlıq Qarabağ münaqişəsi”, “Beynəlxalq hüquq çərçivəsində Rusiyanin, Qafqaz siyasətində münaqişələrin rolu” adlı tezis və məqalələrlə respublikada keçirilən müxtəlif konfrans və tədbirlərdə çıxış edib. Rektor təqaüdçüsü olub. Universtetdə oxuyarkən Azərbaycanın xarici siyasəti fənninə maraq göstərib.
Ən uğurlu gün universitet diplomunu aldığı gün olmuşdur. Çünki buna görə çox çalışdı. İxtisas seçimində valideynlərinin və müəllimlərinin, oxuduğu kitabların rolu böyük olmuşdur.
Xalqın böyük oğlu Ş. İ. Xətainin özünə örnək seçib. Bu ixtisas üzrə öz müəllimi A. Ə. Rəcəblini örnək mütəxəsis hesab edib.
Qəbul imtahanında göstərdiyi nəticələrə görə mərhum müəllim Mirkamal Seyidova və Gülnaz Abbasovaya borcludur. Çünki onlar daim çalışmağı, səbrlə tutduğu yola çatmağı məsləhət görüblər.
Çəkilən zəhmət heç vaxt yerdə qalmaz. Ali məktəbə girərkən çox kədərləndi. Hamı onu təbrik edirdi. Lakin o kod nömrəsini səhv yazdığı üçün istədiyi universtetə saxil olmamışdı. Ona görə də oxumaq istəmirdi. Valideynlərinin və müəllimlərinin təkidi ilə BSU-da oxumağa qərar verdi.
Lakin bu universitetin məzunu olduğu üçün şox sevinclidir. Azərbaycanı diplomat kimi təmsil etməyi arzulayır. O, xoşbəxtilyi Azərbaycanın birləşməsində görür.
Asudə vaxtlarında hekayə yazmağı və idmanın kunq-fu növü ilə məşğul olmağı xoşlayıb.
İlk uğuru ondan ötəri valideynlərinə edilən təşəkkürdür. Daim istəyib ki, illər sonra da onun haqqında danışsınlar və müsbət mənada yazsınlar. Bunun üçün daim çalışır.
2002-ci ildə “Space” telekanalında 3 dildə yayımlanan “Kəsişmə” verlişində ictimai fəlaiyyəti ilə bağlı qısa məlumat verilmişdir.

Комментариев нет:

Отправить комментарий