elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Quliyeva Mətanət Elçin qızı













Mətanət Elçin qızı Quliyeva 9 iyul 2002-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə məktəbə qədər təhsil müəssisəsi olan “NORD” uşaq bağçasına daxil olub. 2008-ci ildə T. İsmayılov adına “İntellekt” məktəb-liseyinə daxil olub. Hazırda həmin liseyin V sinfində oxuyur.
Qızımın adını babası qoyub. Körpəlikdə çox dəcəl olub. Hər gün cizgi filimlərinə baxmaq, oyuncaqları ilə oynamaq onun sevimli məşğuliyyəti idi. Hələ uşaq bağçasında olarkən yazıb-oxumağı öyrənmişdi.
Mətanətgilin qrupu bayrama hazırlaşırdı. O, bu bayramda digər qızlarla birlikdə “Qaraca” rəqsini oynamalı idi. Bu rəqs üçün ancaq uzun saçlı qızlar seçilmişdi. Mətanət də bunlardan biri idi. Bundan xəbərim olmadığımdan bu vaxtlar Mətanətin saçını kəsdirmişdim. Baxmayaraq ki, Mətanət bu rəqsi çox sevirdi, ancaq başqa rəqs oynamağa məcbur oldu.
Hələ üç yaşı olandan onda kitablara qarşı xüsusi maraq var idi. Nağıl kitablarında olan şəkillərə baxır, onların hamısının mənasını bilmək istəyirdi.
Dərslərimi yaxşı oxuyuram. Ən çox sevdiyim fənnlər riaziyyat, ingilis dili və Azərbaycan dilidir. Mən həm bağçada, həm də məktəbdə olan tədbirlərdə fəal iştirak etmişəm. Bağcada Yeni il bayramında “Qar adam” rolunda, A. S. Puşkinin 100 illiyinə həsr olunmuş tədbirdə isə aparıcı olmuşam. Bundan başqa bağçada keçirilən tədbirlərdə çoxlu şeir və nağıllar söyləmişəm, mahnılar oxumuşam. Məktəbdə isə “Əlifba” bayramında “Külək” rolunda, Maydadır bayramında isə “Sabun” rolunda çıxış etmişəm. Həyatımda ən maraqlı gün liseyə daxil olduğum gündür. Çünki iki mərhələli musabiqədə uğurla iştirak edib bu liseyin şagirdi adını qazanmışam. Bunu həyatımda ən böyük uğur hesab edirəm. II sinifdə oxuyarkən məktəbimizdə keçirilən riyaziyyat olimpiadasında və Türkiyədə keçirilən rəsm müsabiqəsində uğurlar qazanmışam. Bu uğurlarıma görə valideynlərimə və müəllimlərimə borcluyam.
Asudə vaxtlarımda cizgi filimlərinə baxır, nağıl kitabları oxuyur və əlavə dərs kitabları ilə məşğul oluram. Gələn ildən skripka üzrə təhsil almaq istəyirəm. Xoşbəxtliyi savadlı, düşüncəli bir insan olub vətənə hər hansı bir sahədə uğur verməyimdə görürəm.

Gələcək planlarım orta məktəbi əla qiymətlərlə bitirib universitetə daxil olmaqdır. Gələcəkdə bilik və bacarığımla vətənə xeyirli bir insan kimi tarixin yaddaşında qalmaq istəyirəm.

Комментариев нет:

Отправить комментарий