Rəhilə
Əlizamin qızı Məmmədova 1996-cı il yanvarın 12-də Bakı şəhərində dünyaya göz
açıb. Anası Nəzakət xanım söyləyir ki, Rəhilə körpəlikdə çox sakit, şirin, toppuş
uşaq olub. 3-4 yaşından şəkillər şəkər, çəkdiyi şəkilləri atasına göstərər, bu
məşğuliyyətdən böyük zövq alardı.
Rəhilə
məktəbə gedənə kimi yazıb-oxumağı 16 saylı uşaq bağçasındakı tərbiyəçidən və anasından
öyrənib.
Hazırda
Nəsimi rayonundakı 14 saylı orta məktəbin şagirdi olan Rəhilənin sevimli fənləri
rəsm və coğrafiyadır. O, məktəbdə keçirilən bütün tədbirlərdə müntəzəm iştirak
edir, şeirlər söyləyir və rəqs nömrələri ilə çıxış edir. Novruz bayramında “Bahar
qız” olub.
Asudə
vaxtlarını səmərəli keçirən Rəhilə təmiz havada gəzməyi, əsasən təbiət qoynunda
dincəlməyi, televizorda intellektual verilişləri izləməyi, bilgisayarda müxtəlif
oyunlar oynamağı xoşlayır.
Hər
bir insanın həyatında əlamətdar və yaddaqalan günlər olur. Rəsmlərinin
“Savalan” qəzetində çap olunduğu günü Rəhilə ən yaddaqalan və əlamətdar hadisə
kimi dəyərləndirir.
Rəhilənin
ən böyük arzusu gələcəkdə anasının yolunu davam etdirmək, onun kimi həkim
olmaqdır. Təbii ki, sevimli məşğuliyyətini, rəsm çəkməyi kənara qoymamaq şərtilə.
İbtidai
sinif müəllimi Esmira Sabirqızı istedadlı və tərbiyəli övlad böyütdükləri üçün
Rəhilənin valideynlərinə minnətdar olduğunu gizlətmir və gələcək həyat
yollarında ona uğurlar, müvəffəqiyyətlər diləyir.
Rəhilə
xoşbəxtliyi valideynlərinin əhatəsində olmaqda, sağlam həyat sürməkdə və rəsm
sahəsində daha böyük nailiyyətlər əldə etməkdə, dünya şöhrəti qazanmaqda görür.
Tarixin yaddaşında Azərbaycanın
ən tanınmış, istedadlı gənclərindən biri kimi qalmağı arzulayan Rəhilə vətəninin
adını başqa ölkələrdə, bütün dünyada yüksəldib vətəninə layiqli övlad olmağı
arzulayır.
Комментариев нет:
Отправить комментарий