Səbinə körpəlikdə çevik, hazırcavab, diqqətli olub. Maraqlı
oyuncaqları olub. Cizgi filimlərinə və idman verlişlərinə baxmağı xoşlayıb. Evdə
dovşan saxlamağı sevərdi. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Şeirə
qulaq asmağı xoşlayırdı. Hər gecə nənəsinə nağıl danışdırardı. Atası cəbhə bölgəsinə
gedən zamanlarda şəklini götürüb xəlvətcə çarpayının altında ağlayardı.
Səbinə Kamil qızı Haqverdiyeva 1989-cu il sentyabrın 28-də anadan
olmuşdur. 1990-cı
ildən Ağcəbədi şəhərində yaşayır. 1995-ci ildə Ağcəbədi şəhəri M. F. Axundov
adına 3 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. 2006-cı ildə həmin orta məktəbi
fərqlənmə attestatı ilə bitirmişdir. Həmin ildə Azərbaycan Tibb Universitetinin
stomotologiya fakültəsinə daxil olmuşdur. Həkimlik peşəsinə maraq onda 2000-ci
ildə yaranıb. Səbəb atasının həkim olması və sənətinə vurğun olması olub.
Orta
məktəbdə dərslərini əla oxumuşdur. Məktəbin bütün tədbirləində iştirak etmiş,
sevimli fənləri kimya, fizika və biologiya olmuşdur. 22 mart 2006-cı ildə
fizika fənni üzrə respublika olimpiadasının qaliblərindən olub. Mərhum
prezident Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibətilə rayonda
keçirilmiş rəsm müsabiqəsində I yeri tutduğuna görə fəxri fərmanla təltif
edilmişdir.
Ali
məktəbdə dərslərini əla oxuyur. Bütün fənlərə marağı eyni dərəcədədir. Həyatda ən
uğurlu gün ali məktəbə daxil olduğu gündür. Həkimlik sənətini sevməkdə atasına
borcludur.
Qəbul
imtahanlarında göstərdiyi nəticələrə görə Ağcəbədi şəhər M. F. Axundov adına 3
saylı orta məktəbin direktoru Tofiq Zeynalova, kimya müəllimi Əsgər Məmmədova,
fizika müəllimi Fazil Alıyevə, ədəbiyyat müəllimi Mirvari xanıma, Qərənfil Rüstəmovaya
minnətdardır.
Ali
məktəbi bitirdikdən sonra müəllimlik etmək istərdi. O, xoşbəxtliyi əməlin düz
olmasında və mənəvi təmizlikdə görür. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır.
Ağcəbədi
şəhər 3 saylı məktəbin direktoru Tofiq Zeynalov: “ - Səbinəni ilk gördüyüm gündən öyrənməyə,
bilik əldə etməyə böyük maraq göstərən bir şagird kimi tanıdım. O, böyüdükcə ilk
təəssüratımı doğrultdu. Onu həyatda ən çox maraqlandıran bilik əldə etmək həvəsi
olmuşdur. Oxuduğu müddət ərzində həm hərəkət və davranışları ilə, həm də həssalığı
ilə başqalarından seçilmişdir. Bir dəfə də olsun məktəbə hazırlıqsız gəldiyi
müşahidə olunmamışdır. Atası kimi həkim olmaq məqsədini reallaşdırmaq üçün çox
çalışırdı. Kimya, fizika, biologiya fənlərinə daha da maraq göstərirdi. Dəfələrlə
rayon və respublika müsabiqələrində, olimpiadalarda fərqlənmişdir. Biz onu gələcəyin
elm adamı kimi görürük. Hazırda Tibb Universtetində əlaçı tələbə kimi seçilir.
Səbinənin
həmyaşıdlarından fərqli cəhətləri çox idi. Sadə, təvazökar, olduqca mehriban
bir qızdır. Səbinə həm də diqqətli, qayğıkeş, həssas bir qızdır. O, məktəbimizin
fəxridir. Onun kimi şagirdlərimiz bizi mənən ruhlandırır, işimizə həvəs və məhəbbəti
gücləndirir. Biz Səbinənin uğurlu gələcəyinə inanırıq”.
Комментариев нет:
Отправить комментарий