elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 августа 2012 г.

Axundzadə Aliyə Mirzə-Mesi qızı

Aliyənin adını qoymaq üçün xüsusi seçim aparmayıblar. O, bir çox ailələrdə olduğu kimi nənəsinin adını daşıyır. Amma sonralar başa düşdü ki, bu təsadüfü deyil. Çünki Aliyə adı onun tam xarakterini məşğul olduğu bütün sahələrdə (xüsusi ilə məktəbdə) daim I olmaq həvəsini ifadə edir. Deyirlər ki, hər adamın özünə uyğun adı olmalıdır. Bu ona bir misaldır.
Körpəlikdə çox sakit, amma çox inadcıl olub. Ancaq bu inadkarlıq boş ərköyünlük deyil, daha çox öz mövqeyini bildirmək və müdafiə etmək xarakterini daşıyır. Əlinə verilən hər oyuncağı (daha çox elektron oyuncaqlara, batareyalı oyuncaqlara meyl göstərirdi. ) dərindən təhlil etməyi sevirdi. Çoxlu suallar verir, hər şeylə maraqlanırdı. 4-5 yaşlarında artıq kitab oxuyur, oxuduğu nağılları anası ilə müzakirə etməyi xoşlayırdı. Bundan başqa, bilgisayar oyunlarına böyük həvəs göstərirdi. Hələ uşaq bağçasında olarkən bütün tədbirlərdə fəal iştirak edirdi. Əlifbanı 3 yaşında ikən ona dayəsi öyrətmişdi. Bu onun o qədər xoşuna gəlmişdi ki, bütün günü əlifba kitabı ilə gəzib hamıya bir-bir göstərib, adları dəfələrlə təkrar etməkdən yorulmurdu. Sonra sərbəst oxumağı anası ona öyrətdi. Yazmağa gəlincə isə çap hərfləri ilə bütün sözləri yaza bilirdi. Məktəbə gedənə qədər Azərbaycan dili ilə, yanaşı rus dilində də sərbəst danışırdı.
Valideyinləri üçün övladın hər anı, hər hərəkəti maraqlıdır.
Bir dəfə bağçada keçirilən bayram tədbirlərinin birində Aliyəyə dovşan rolunu oynamaq tapşırılmışdı. Dovşanın evini təsvir etmək üçün müxtəlif əşyalar qoymuşdular. Anasına da tapşırılmışdı ki, bir dəstə kök alıb gətirsin, simvolik olaraq boşqabda qoysunlar. Anası da gətirdi. Bayram vaxtı səhnəciyi oynayarkən bir dəstə kökü boşqabda dovşanın, yəni Aliyənin qabağına qoydular. Bu səhnəcikdə keçi ilə dovşanın dioloqu olmalı idi. Keçi sözləri bitirdikdən sonra dovşan danışmalı idi. Amma nədənsə dovşanın səsi çıxmırdı. Yalnız xırıltı səsi gəlirdi. Müəllimlər narahatlıqla Aliyəyə tərəf baxanda gördülər ki, onun ağzı doludur. Sən demə, Aliyə bu vaxt ərzində dözməyib köklərin hamısını yemişdi. Yalnız sonuncu kökü bitirəndən sonra dovşan keçiyə cavab verdi. Aliyə uşaqlıqdan kökü çox sevir.
Hələ kiçik yaşlarından hər şeylə maraqlanırdı, bütün sahələrə maraq göstərirdi. Anası da öz tərəfindən bir valideyin olaraq heç vaxr bunun qarşısını almayıb, çünki uşağın hansı sənət və ya peşə ilə ciddi məşğul olacağını əvvəlcədən təyin etmək çətindir. Buna görə də hesab edir ki, uşaq meyl etdiyi sahələrdə özünü sınamalıdır. İdmana meyl etdiyi zaman (7-8 yaşlarında) bir neçə il şahmatla məşğul olub. Eyni zamanda ingilis dilini öyrənib, bununla paralel bitki və heyvanlar aləmi, kosmonavtika və astronomiya haqqında kitablar oxuyub. (Əlbətdə, bu cür mürəkkəb sahələrə aid mətinləri oxuyarkən anası ona izah edirdi. ) Artıq 4 yaşında rəqəmləri yazmağı özü öyrənmişdi, 5 yaşında isə artıq 10- a qədər toplama - çıxma misallarını həll edə bilirdi.
Axundzadə Aliyə Mirzə-Mesi qızı 10 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə ibtidai sinifləri (1-4) 158 saylı orta məktəbdə oxuyub. 2005-ci ildən başlayaraq (5-ci sinifdən) H. Mahmudbəyov adına texniki – humanitar liseydə təhsil alır. Hazırda XI sinif şagirdidir. I sinifdən indiyə qədər əlaçıdır. Liseydə oxuduğu hər tədris ilini fəxri fərmanla başa vurub. Texniki fənlərə daha böyük maraq göstərir. I sinifdən indiyə qədər bütün bayramlarda, tədbirlərdə fəal iştirak edir, aktyorluq onun üçün bir hobbiyə çevrilib. 2002-2005-ci illərdə şahmatla məşğul olub. (III dərəcəsi var) bu yaxınlarda keçirilən “Cəsurlar” adlı məktəblər arası yarışmada məktəb komandası ilə birlikdə III yerə layiq görülüb.
Dərslərini əla oxuyur. Bütün dərslərini eyni dərəcədə yəni tam gücü ilə oxumağa çalışır. Onların sinfində az uşaq olduğuna görə onlar hər gün dərsə cavab verirlər. Həmçinin o da. Məktəbdə bütün fənlər yaxşı keçirildiyinə görə o, bütün fənləri çox sevir. Amma daha çox riyaziyyatı xoşlayır, əsasəndə cəbri. Bu dərsdə sinif yoldaşları ilə tez-tez yarışır. Onlara direktor tez-tez çətin və maraqlı misallar verir. Onların arasında məntiqi suallar da olur. O rus sektorunda oxuyur. Onların tədbirləri çox maraqlı və şən keçir. Bu tədbirlərdə daha çox oxumağa. sinfin aktyorluq istedadına malik uşaqları iştirak edir, Aliyə də onlardan biri sayılır. Hətta onlar başqa siniflərin tədbirlərində də iştirak edirlər. 23 may 2008- ci il də bir tədbir keçirdilər. Bu tədbirdə onlar müəllimlərini yamsılayırdılar. Bu tədbirin senarisini də özləri yazmışdılar. Tədbir çox maraqlı və şən keçdi. Bütün müəllimlər də çox bəyəndilər. Onlar hamısı uşaqları ayaq üstə alqışladılar. Sonra yenə də buna bənzər tədbir keçirdilər. Uğurlu günləri çox olub. Hər tədris ilini başa vuranda təşəkürnamə və fəxri fərmana layiq görüldükdə bu, onun yeni uğuru olub. Amma ilk uğuru hazırda oxuduğu məktəbə daxil olduğu gündür. H. Mahmudbəyov adına texniki - humanitar liseydə tədris V sinifdən başlayır və bura daxil olmaq üçün hər bir şagird test imtahanından keçməlidir. O, bu sınaqdan uğurla keçdi. Məktəbə qəbul edildiyini biləndə çox sevindi. V sinifdən başlayaraq hər tədris ilinin sonunda (yəni 2006-cı ildən başlayaraq hər il ) fəxri fərmanla təltif olundu.
Tədris sahəsində uğur qazanmağında özünü anasına bocrlu bilir. Çünki uşaqlıqdan onun dərslərinə çox kömək edirdi. Anasının sayəsində o, indiki səviyyəni əldə edib. Bütün fənlər onda çox yaxşı alındığına görə sənət seçmək çox çətindir. Amma o, həmişə seçdiyi işlə məşğul olmaq istəyir. Çünki o, riyaziyyatı çox sevir. Bu qərara IX sinifdən gəlib. Hansı sənəti seçməyindən aslı olmayaraq, ailəsi onu həmişə dəstəkləyir.
Boş vaxtlarında kitab oxumağı, bilgisayar vastəsilə hər hansı bir məlumata sahib olmağı sevir. Xoşbəxtliyi bütün məqsədlərinə çatmaqda və ailəsinin həmişə onunla olmasında görür. Bunlardan başqa, nəyəsə ehtiyacı olduğunu düşünmür.
Əlbəttəç bu gün məktəbdə əldə etdiyi naliyyətlərdən razıdır, amma həmişə I olmaq üçün daim oxumaq lazımdır.
Hesab edir ki, ilk uğuru hazırda oxuduğu məktəbə daxil olmağıdır. Sonra V sinfi əla qiytmətlərlə başa vurduğu üçün o, ilk fəxri fərmanını aldı. Bunu ona hamının qarşısında təqdim etdilər. O, özünü çox xoşbəxt hiss edirdi.
Valideyinləri onun fikrinə hörmətlə yanaşırlar və onu dəstəkləyirlər. Onlar, Aliyəni seçəcəyi sənətdən asılı olmayaraq, yaxşı mütəxəssis kimi görmək istəyirlər.
Onun arzusu ali təhsil almaqdır. Amma buna daha çox məqsəd demək olar. Bundan sonra o, daha yüksək zirvələrə qalxmaq istəyir. O, ömrü boyu yerində sayanlardan olmaq istəmir. Planlaşdırdığı bütün məqsədlərə çatmaq istəyir.
İnsanların yaddaşında xalqına xeyir verən bir şəxsiyyət kimi qalmaq istəyir. Bunun üçün daim öz üzərində işləmək fikrindədir.

Комментариев нет:

Отправить комментарий