elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 августа 2012 г.

Kərimov Orxan Oğul oğlu

Orxanın adını nənəsi hələ doğulmamışdan əvvəl qoymuşdu. “Ordu xanı” anlamını daşıyan bu ad onun həyatında da öz təsirini göstərib və göstərir. Orxan da hər zaman adının məsuliyyətini dərk edir və ümid edirik ki, gələcəkdə də belə olacaq.
Orxan digər həmyaşıdlarından çox hərəkətli bir uşaq olmasıyla fərqlənib. O, heç vaxt digər uşaqlar kimi cizgi filminə baxmağı xoşlamazdı. “Böyüyəndə nə olcaqsan?” sualına - kosmonavt cavabını verərdi. Konstruktorlar yığar, içərisində elektrikli hissələr olan oyuncaqları söküb yenidən yığmağa çalışardı. Hər halda elə uşaqlıqdan böyüyəndə onun hansı ixtisasa yiyələnəciyini sezmək mümkün idi. İdmanı da sevirdi. Elə buna görə də müəyyən bir müddət basketbolla da məşğul oldu. Orxan I sinfə gedəndə nəinki yazıb-oxumağı bilirdi, hətta Nizaminin, Füzulinin qəzəllərini də əzbərləmişdi. Düzdü Orxan rus bölməsində təhsil alıb, amma bu Azərbaycan dilini səlis bilməkdə ona mane olmayıb.
Bütün bunlar onun 11 illik məktəb həyatının çox uğurlu keçməsinə səbəb oldu. O, 11 il sinif nümayəndəsi oldu və yalnız əla qiymətlərlə oxudu. Məktəbi fərqlənmə diplomu ilə bitirdi. Daha sonra ali məktəbə qəbul oldu. Azərbaycan Dövlət Neft Akademiyası onun həyatında önəmli yer tutur. Burada oxuduğu müddətdə ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsi - fakültə sədri, ADNA Tələbə Gənclər Təşkilatı sədr müavini və sədri, ADNA Elmi Şurasının üzvü, Buta Azərbaycan-Koreya Tələbə Ğəmiyyəti idarə heyətinin üzvü olmaqla yanaşı ADNA 57-ci elmi-texniki konfransında “Kompyüter və çatışmayan biliklər” kitab və məqaləsinə görə I yerə layiq görüldü. Moskvada dərc olunan “Elektriçestvo” jurnalında, Bakıda dərc olunan “Energetika” jurnalında məqalələri işıq üzü gördü. Orxan eyni zamanda “Kompyüter və çatışmayan biliklər” kitabının da müəllifidir. O, həmçinin ADNA-da yaratdığı komandaya rəhbərlik edərək ali məktəb tələbələri arasında proqlamlaşdırma üzrə keçirilən respublika çempionatında II yerə layiq görüldü. Daha sonra Gürcüstanda keçirilən eyni adlı olimpiadada komandayla bərabər II yeri tutdu.
Onun ən böyük arzusu nə vaxtsa Azərbaycanın da məhz texnologiya üzrə dünyada seçilən bir ölkə olması və öz kəşflərilə tanınmasıdır. Orxanın bütün uğurlarında valideynlərinin rolu danılmazdır. Onların bir çox cəhətləri Orxanın xarekterində öz əksini tapıb. Hər zaman ailənin sevimlisi olmasına baxmayaraq, valideynləri onun ərköyün böyüməməsi üçün daim ciddi yanaşmışlar.
Orxan Oğul oğlu Kərimzadə 1989-cu il Xırdalan şəhərində anadan olub. 1995-ci ildə Xırdalan şəhər 2 saylı orta məktəbəin I sinfinin rus bölmösinə gedib. IV sinifdən təhsilini Yasamal rayonundakı 18 saylı məktəbdə davam etdirib. 2006-ci ildə 18 saylı məktəbi əla qiymətlərlə bitirib ADNA-nın energetika fakültəsinə daxil olub. 2010-cu ildə ADNA-nə fərqlənmə diplomu ilə bitirərək ikinci təhsil almaq ücün Cənubi Koreyanin KAİST (Korea Advance İnstitute of Science and Technology) universitetinə sənədlərini verdi və qəbul olundu. İdmanla məsğul olmağı, musiqi dinləməyi, tarixi kitablar oxumağı sevir. Koreya, rus, ingilis, türk dillərini bilir.
Orta məktəbdə əla qiymətlərlə oxuyub. Lakin fizika və riyaziyyat fənləri onun ücün həmişə çox maraqlı olmuşdur. Bunun nəticəsi olaraq fizika fənnindən iştirak etdiyi olimpiadanın məktəb, rayon, şəhər turlarında I,  respublika turunda isə III olub.  İstər orta məktəbin, istərsə də ali məktəbin ictimai həyatinda fəal istirak edib.  18 saylı məktəb dahi şairimiz M. Müşfiqin adını daşıdıgı üçün şairin adına keçirilən bütün tədbirlərdə, respublika miqyaslı rəsm, idman yarışlarında istirak edib.
Ali məktəbdə də daim əla qiymətlər alıb. Universitetin ictimai həyatında da aktiv iştirak edib. Orxan ixtisası üzrə seçilən bir mütəxəssis olmağı qarşısına məqsəd qoyub. İdman etmək, musiqi dinləmə, kitab oxumaq, maşın sürmək sevdiyi hobbiləridir.
e-mail: orxanee@gmail.com

Комментариев нет:

Отправить комментарий