elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Məmmədov Mövlud İlham oğlu

 

Mövlud İlham oğlu Məmmədov 21 dekabr 1997-ci ildə Bakı şəhərinin gözəl güşəsi olan Şüvəlan qəsəbəsində anadan olmuşdur. Nənəsi Solmaz xanım onun adını Məhəmməd peyğəmbərin doğum günündən götürmüşdür. Adının müqəddəsliyini və mahiyyətini nəzərə alaraq ata-anası, nənə-babası və bütün sevdikləri bu adın həmişə ona kömək olması, eləcə də kamil insan kimi yetişməsi istəyilə Mövlud adını ona qoymuşdur.
Mövlud ailənin tək uşağıdır. Körpəlikdə ən çox avtomillərə həvəs göstərmiş, sonradan isə idmanla maraqlanmağa başlamışdır. Futbol oyunlarını izləməkdən, dünya miqyaslı yarışları seyr etməkdən və bütün yarışların hesablarını bilməkdən zövq alır. Məktəbə getməmişdən bir il əvvəl uşaq bağcasına getmişdir. Yazıb-oxumağı orada Gülnarə müəllimin köməyilə öyrənmişdir. Bu işdə nənələri Solmaz xanım və Aliyə xanımın, anası Mehriban xanımın rolları əvəzedilməzdir. Məhz bağçaya getdiyi zamanlar Mövludda təhsilə maraq gücləndi, get-gedə daha artıq həvəs yarandı. Mövlud hələ o dövrlərdə yaşıdları içərisində riyazi hesablamalarda daha dəqiq və cəld olması ilə seçilirdi.
Mövlud 2004-cü ildə milli qəhrəman Arif Vəliyev adına 258 saylı orta məktəbin I sinfinə getmişdir. I sinifdən IV sinfədək Gülarə xanımın sinfində oxumuşdur. Dərslərdə yüksək davamiyyəti və əla oxumağı ilə sinfin aktiv şagirdlərindən biri olmuşdur. Məktəbdə keçirilən bütün tədbirlərdə (viktorinalar, olimpiadalar, əyləncə proqramları və. s.) iştirak etmiş, öz sinfini layiqincə təmsil etmişdir. Həmişə əziz müəllimi Gülarə xanımın sevimli şagirdi olmuşdur.
Mövlud IV sinfi bitirdikdən sonra test imtahanında yüksək bal toplayaraq Xəzər unversitetinin “Dünya məktəbi”nə qəbul olmuşdur. V sinifdən etibarən bu məktəbdə oxuyur. Hazırda “Dünya məktəbi”nin eksperimental sinfində oxuyur. Dərs əlaçısıdır. Çalışqanlığı, daimi öz üzərində işləməyi ilə seçilir. Ən çox sevdiyi fənlər riyaziyyat, tarix fənləridir. I sinifdən üzgüçülüklə, axırıncı bir ildə isə kinq-boksla məşğul olur. Yarışlarda iştirak etməsə də məşq etməyi çox sevir. Gələcəkdə hər iki idman növü üzrə yarışlarda iştirak etmək arzusundadır. Bazar günlərini doğma Şüvəlanda keçirməyi xoşlayır. İstirahət günləri babası Sabir kişi vaxt keçirməyi həftə boyu səbirsizliklə gözləyir. Dostları ilə futbol oynamağa, isti yay günlərində dənizdə üzməyə və dincəlməyə böyük üstünlük verir.
Asudə vaxtlarında televizora baxır, onu maraqlandıran qəzetləri mütaliə edir, bilgisayarda müxtəlif oyunlar oynayır. Xoşladığı məşğuliyyətlərdən biri də məktəbdə keçirilən dram dərslərində müxtəlif rollarda çıxış etməkdir.
Hansı peşə sahibi olacağı barədə son qərarını verməyib. Bir məsələ dəqiqdir ki, hansı sahədə olursa olsun, onun peşəkarı olmağı və ən yüksək pilləyə çatmağı qarşısına məqsəd qoymuşdur. Bu gün bütün vaxtını və diqqətini dərslərinə oxumağa, zamandan maksimum yararlanaraq biliyini artırmağa çalışır.
Anası Mehriban xanım onun həkim olmasını, insanlara şəfa verməsini istəyir. Atası İlham müəllim günümüz üçün kifayət qədər vacib və əhəmiyyətli olan diplomatiya və ya beynəlxalq iqtisadi münasibətlər üzrə ixtisaslanmasını arzu edir.
Mövludun fikrincə, xoşbəxtlik xalqına, vətəninə layiqincə xidmət etməkdir. Bunun üçün isə çox çalışmalı, çox əziyyət çəkməli olduğunun fərqindədir.

Комментариев нет:

Отправить комментарий