Veronika bütün fənləri eyni səviyyədə
asanlıqla mənimsəyir. Fizika, cəbr, həndəsə kimi dəqiq fənləri daha çox sevir. Çətin
tapşırıqları yerinə yetirməyə daha çox can atır.
Eyni zamanda dünya,
insanlar, hiss və münasibətlər barədə biliklər əldə etdiyi tarix, biologiya və ədəbiyyat
fənlərini də sevir.
Veronika Yuri qızı
Bezlepkina 13
sentyabr 1996-cı ildə Bakı şəhərində dünyaya gəlib. Hazırda T.İsmayılov adına “İntellekt”
liseyinin şagirdidir. Ən çox sevdiyi dərs
informatikadır. Veronika məktəbin ictimai həyatında da fəal iştirak edir. “Əlifba”
bayramında, 8 mart Beynəlxalq Qadınlar günündə, ibtidai sinifi bitirməklə bağlı
tədbirdə rəqs etmək, şeir söyləmək və səhnəciklərdə rol ifa etmək kimi
bacarıqlarını nümayiş etdirib. İnformatika ilə bağlı, ŞHK-nın hazırladığı tədbir
bu günə qədər yadımdan çıxmayıb. Orada Veronika Prinsessa Disketa rolunu ifa
edib. Bundan əlavə siniflərinin fəxri yer tutduğu müsabiqələrin daimi
iştirakçısıdır.
Əldə etdiklərində
valideyinlərinin mühüm rolu olduğunu deyir qəhrəmanımız . Valideyinləri onu
bilgisayar təmir etməklə yanaşı, istifadə qaydaları öyrədib, internetə çıxış şəraiti
yaradıb.
Veronika məhşur
milyader Bill Qeytsin uğurlarından ruhlandığını deyir. Gələcəkdə hansı peşəyə
yiyələnəcəyini tam müəyyənləşdirməsə də hər halda bilgisayar texnologiyası ilə
bağlı olacağını əminliklə deyir.
Qəhrəmanımız asudə
vaxtını kitab oxumaqla,yaradıcılıqla məşğul olmaqla, bilgisayarda işləməklə
keçirir. Bilgisayarda məntiqlə bağlı olan oyunları çox sevir. Rəsm çəkməyə, hərdənbir
yaşına uyğun şeirirlər yazmağa da vaxt ayırır.
Veronika gələcəkdə tək özü və
ailəsi üçün deyil, vətəni üçün də dəyərli vətəndaş kimi yetişmək arzusundadır. Onun
istədiyinə nail olacağını əminliklə söyləmək olar. Çünki o, bu yaşında belə
başqalarına nümunə olacaq biridir. Məktəblərində “İlin şagirdi” seçilib. Veronika
bu gün məktəbi bitirib ali təhsil almaq, öz biznesini qurub xeriyyəçiliklə məşğul
olmaq arzusuyla alışıb yanır. Öz fəaliyyəti ilə tarixdə, insanların qəlbində iz
qoymaq niyyətində olan bu gənc qıza hamılıqla uğurlar diləyək.
Комментариев нет:
Отправить комментарий