Ülvi Əhmədağa oğlu Babaşov 1986-cı
il dekabrın 7-də Sumqayıt şəhərində dünyaya göz açıb. İbtidai təhsilini 1993-cü
ildə Sumqayıt şəhərində nə vaxtsa “Şərq liseyi” adı ilə tanınan 35 saylı məktəbdə
alıb. VIII sinfin II yarısından təhsilini TTEL-də (Texniki və Təbiət Elmlər
liseyi) davam etdirib. Səbəb isə bu məktəbdə təhsilin daha yüksək və keyfiyyətli
olması idi. Ən sevimli fənləri biologiya, zoologiya və anatomiya idi. Həmçinin ədəbiyyatla
da maraqlanırdı. Qəzəlləri və şeirləri çox sevirdi. Ən çox sevdiyi şair Nizami
və Nəsimi idi. Hələ o zaman belə bir şeir də yazmışdı:
Bil ki, dostum sən yox, dəyişdi
dövran,
Cism də ayrılır nə vaxtsa candan.
Fəsillər dəyişir, güllər də solur,
Çox sıxır zəmanə o yan, bu yandan.
2004-cü ildə orta məktəbi uğurla
başa vuran Ülvi 608 balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və
iqtisadi kibernetika fakültəsinin informatika bölməsinə daxil olub. Ali məktəbi
başa vurduqdan sonra o, təhsilini davam etdirmək üçün magistraturaya sənədlərini
təqdim edərək Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakültəsinin
bilgisayar-riyaziyyat bölməsinə daxil olub. O, artıq öz ixtisası üzrə fəaliyyət
göstərir.
Ülvi orta məktəbin X sinfinə qədər
həkim olmaq arzusu ilə yaşayırdı. Çünki hələ körpəlikdən təbiətə bağlı idi. Hətta
təbiət haqqında bir çox kitablar da oxumuşdu. Ən çox sevdiyi və dəfələrlə
oxuduğu kitab isə “Səhra cərrahlığı” idi. Həmin kitabı oxuyandan sonra o, özünü
cərrahiyyə otağında hiss edirdi.
Ülvi həyatının bütün günlərini
uğurlu və yaddaqalan hesab edir. Ailədə və məktəbdə ona qarşı olan münasibətdən
heç vaxt şikayətçi deyil. Sinif rəhbəri ona ana kimi münasibət bəsləyib. Ülvi
hesab edir ki, bundan böyük xoşbəxtlik ola bilməz.
Asudə vaxtlarını dostlarının əhatəsində
və ailəsi ilə səmərəli keçirən Ülvi musiqi dinləməyi də çox xoşlayır.
Tarixin yaddaşında xalqına, valideynlərinə
layiqli övlad kimi qalmaq istəyir və buna inanır.
Ülvinin qələmə aldığı şeirlərdən
birini təqdim edirik:
Mən
yarandım sənin üçün
Mən yarandım yalnız səni sevmək
üçün,
Qəmi alıb xoşbəxtliyi satmaq üçün.
Yaşayıram məhəbbəti yaşatmaqçün,
Mən yarandım haqq yolunda ölmək
üçün.
Vəfa gözləmirəm həyatdan daha,
Həyatın mənası cəfa deməkdir.
Ol dəxi nə sevmək dəlisənmi sən?
Xoş sözlər, sığallar istəmirəm mən.
Ki, dövran dəyişdi vəfasız oldun,
Ağlını itirdin huşiyar oldun.
Özgələr aldadıb apardı səni,
Yaşadın xəyalda bir yuxu oldun.
Bu həyat şirin yuxuya bənzər,
Hər halda sonu var o da tez bitər.
Nə deyim? Doymadı çıxıb gedənlər
Ah çəkib getdilər həyatsevərlər.
Комментариев нет:
Отправить комментарий