elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 августа 2012 г.

Familzadə Tural Əlövsət oğlu

Turalın adını bibisi uşaqları qoyub. Tural körpəlikdə çox gözəl uşaq olub. Tez-tez xəstə olmasına baxmaraq həm fiziki, həm əqli inkişaf baxımından bütün parametrləri qabaqlayardı. Təqribən 3 yaşında ona alınan “konstruktor” kubiklərindən Tural məharətlə gözəl fiqurlar düzəldirdi. Hətta növbəti fiquru düzəltmək üçün köhnəni sökdükdə ailə üzvləri çox heyifsilənirmişlər. Lakin növbəti iş bu heyfslənmənin üzərinə xətt çəkirdi. Onun sevə-sevə düzəltdiyi fiqurlar təyyarə, vertolyot, tank və parkda məharətlə sürdüyü maşınlar olurdu.
Uşaqlıqdan musiqiyə həvəsini hiss etdikdə ona ucuz bir sintezator alırlar. Və o yavaş-yavaş mahnılar ifa etməyə başladıqda sintezator pianino ilə əvəz olunur. O, Səttarxan adına Mədəniyyət Evində Seyid Şuşinski adına Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində 7 il təhsil alıb və müvəffəqiyyətlə bitirib. İstedadlı olduğu üçün müəl­limləri İlahə və Nərgiz xanım Turalı gələcəkdə məhz pianoçu kimi görmək istəyirdilər. Ümumiyyətlə, gördüyü işlər yaxşı alınır.
Tural məktəbə gedənə qədər yazıb-oxumaqdan əlavə çoxlu şeirlər bilirdi. Çox sevə-sevə söylədiyi isə Azərbaycan dövlər himni və Füzulinin “Usanmazmı” qəzəli idi. Bütün bunları əldə etməsində anası və babasının zəhmətini xüsusilə qeyd etmək lazımdır.
Anası: “ - Hələ ibtidai sinifdə oxuyarkən maraqlı bir hadisə baş vermişdi. Bir gün Turalı dərsdən evə götürmək üçün məktəbin həyətində onu gözləyirdim. Dərs saatının çoxdan bitməsinə baxmayaraq o, hələ də aşağı düşmürdü. Nəhayət özüm yuxarı qalxdıqda gözlərimə inanmadım, Tural arxa partada oturub hönkürtü ilə ağlayırdı. Ağlamaqdan gözləri qızarmış və az qalırdı yerindən çıxsın. Gözəl pedaqoq və mədəni xanım Rəfiqə müəllim isə onu bağrına basaraq sakitləşdirməyə çalışırdı. Sən demə həmin gün Tural 4 almışdı. Və uşağın 4 qıyməti almasına görə bu qədər sarsıntı keçirməsi düzü, məni o vaxt çox heyrətləndirdi”.
Tural Əlövsət oğlu Familzadə 1992-ci il fevralın 15-də Bakı şəhərində anadan olub. 1998-ci ildə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında daxil olub. Gimnaziyada oxuduğu bütün illər ərzində şəkli məktəbin şərəf lövhəsini bəzəmişdir. Hər bir məktəbli kimi onun da ən böyük arzusu ali məktəbə qəbul olmaq idi. Buna görə də BDU-nun hüquq fakültəsinə qəbul olduğu gün onun həyatının ən maraqlı və uğurlu günüdür. 2009 ildə 615.000 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuşdur. 
O orta məktəbdə oxuyarkən hüquq elmində böyük xidmətləri olmuş fəxrimiz Mərkəz Quliyev-Qacar öz kitablarını atasına hədiyyə etmişdi. Boş vaxtlarında o kitabları oxuduqca bu ixtisasa qarşı böyük həvəsi yarandı və o zaman gələcək peşəsini müəyyənləşdirərək hüquqşünas olmağı qərara aldı. Orta məktəbdə olimpidadalarda, dərnəklərdə fəal iştirak edib. Təhsil Nazirliyi tərəfindən mükafatlar alıb.
Universitetdə də dərslərini yaxşı qiymətlərlə oxuyur və sırf ixtisası ilə bağlı fənlərə daha çox maraq göstərir. Seçdiyi ixtisas üzrə ölkənin tanınmış hüquqşünaslarından Mərkəz Quliyev-Qacarı özünə ideal sayır.
Tural məhkəmə orqanlarında işləməklə respublikamızda qanunvericiliyinin keşiyində durmaq istəyir. Elm pillələrində doktorluq pilləsinə qədər qalxmaq niyyətindədir.
Boş vaxtlarını kitab oxumaq, internetlə məşğul olmaq, futbola baxmaq və oynamaqla keçirir.

Комментариев нет:

Отправить комментарий