Qəhrəmanımızın anası
İmamət xanımın dediklərindən: “ - Hansı səbəbdənsə oğlan övladımız qalmırdı. Cavan
vaxtı adam təcrübəsiz olur. Altı oğul övladını itirəndən sonra bildik ki, molla
yanına gedib Quran açdırmaq lazımıymış. Böyüklər də bu haqda heç nə deməmişdilər.
Üç bacının bir qardaşı, sonbeşiyimizdir İbrahim. Adı “Qurani-Kərim”dən, İbrahim
peyğəmbərin adından götürülüb. Çox qaynar uşağıydı. Bir yerdə dayanmağı yox idi. Bir az
da dələduzluğu, nadincliyi varıydı. Həssas, kövrək, tərs, ancaq ədalətli uşaq
olub. Körpəlikdən onu şeir yazan görmüşük. Həm əlifbanın dəyişilməyi, həm də
solaxaydan sağa keçməsi onun xəttinə ciddi zərbə vurdu. O vaxtdan xətti düzəlmədi.
20 Yanvar hadisəsi baş verəndə İbrahimin 5-6 yaşı var idi. “Bakı qan içindədi. Azərbaycan
oğulları, qızları fəryad edir. Bakı qan içindədi” - deyirdi”. Biz onun bu bu hərəkətlərinə
məəttəl qalmışdıq. Uşaqlıqdan həddən artıq diqqətcil olub. Nəsə gözündən
yayınmazdı. Uşaqkən tinlərdə tay-tuşlarını yığıb meyxana deyirdi. O vaxtlar
meyxanaya münasibət yaxşı olmadığından danlayırdım. Yaxşı bədahətən söz deməyi
vardı”.
İbrahim dedi: “ - Mən İbrahim
Bürcəli oğlu Qurbanov 1984-cü ildə
Şamaxı rayonu Təklə-Mirzəbaba kəndində ziyalı ailəsində dünyaya gəlmişəm. Qismətimdən
iki məktəbdə oxumuşam. 9 il Şirvan şəhər 18 saylı orta məktəbdə, X-XI sinifləri
isə 20 saylı orta məktəbdə təhsil almışam. 2001-ci ildə orta məktəbi qırmızı attestatla
bitirib BDU-nun filologiya fakultəsinə 577 balla qəbul olmuşam. Hazırda Şirvan
şəhər 18 saylı Təbiət-Humanitar Təmayüllü məktəb-liseydə tərbiyə işləri üzrə
direktor müavini vəzifəsində çalışıram. Yaradıcılıq ən ümdə məşğuliyyətimdir. İstər
nəzmdə, istərsə də nəsrdə qələmimi sınamışam. Şeir yazmaq mənə ruh yüksəkliyi
verir. Şeirlərim, məqalələrim orta məktəbdə oxuyarkən Şirvan şəhər “İşıq” qəzetində
çap olunurdu. Tələbə illərində həm məqalələrim, həm də şeirlərim “Hürriyyət”, “Yeni
Müsavat”, “Tələbə-Press”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Bakı Dövlət Universteti”
qəzetlərində nəşr olunmuşdur. 2002-ci ildə şeirlərim “Addımlar” almanaxının V
sayında dərc olundu. 2008-ci ildə yaradıcılığımın yarıdan çoxunu təşkil edən “Sən
dediyin günəş çıxıb” adlı şeirlər kitabım çapdan çıxdı. Tələbəlik illərimdən
“Vahid ədəbi məclisi”nin üzvüyəm.
Orta məktəbdə olimpiadalarda,
bilik yarışlarında iştirak etmişəm. Humanitar fənlər üzrə olimpiadaların qalibi
olmuşam. Məktəbin ictimai işlərində iştirak edərək tədbirlərdə aparıcı olmuşam.
Səhnələr hazırlayıb kompozisiyalar təşkil etmişəm. 2001-ci ildə Gənclər, İdman
və Turizm Nazirliyi ilə “Kainat” Gənclik Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan
Səfəvi dövlətinin yaranmasının 500 illiyi”nə həsr olunmuş tarix olimpiadasında
iştirak I yer tutmuşam. Həmin dövrdə məktəbin ictimai işlərində fəal iştirakıma
və əla qiymətlərlə bitirdiyimə görə İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən
də fəxri fərmanla təltif edilmişəm.
Ali məktəbdə də dərslərimdən
yaxşı və əla qiymətlər almışam. Millət vəkili Fəzail İbrahimlinin tədris etdiyi
Azərbaycan tarixi fənnini, ədəbiyyatşünaslığa giriş və müasir Azərbaycan ədəbiyyatı
fənlərini çox sevirdim. Həm fakültənin, həm də universtetin bütün tədbirlərində
iştirak etmişəm. Filologiya fakültəsində tələbələrlə görüş keçirmək üçün dəvət
alan şairlərin mənimlə bağlı maraqlı söhbətləri, ürəkaçan rəyləri, o qism tədbirlərdəki
çıxışlar BDU-da mənə əvəzolunmaz hörmət, böyük şöhrət gətirmişdi.
Həyatımda ən maraqlı,
uğurlu gün kitabım çıxdığı gün olub. Çünki illərlə o günü gözləmişəm. Mənimlə
yanaşı əzizlərim, tələbə yoldaşlarım və dostlarım da gözləyib. O uğuru ancaq
Allahın ilham verdiyi şairlər duyar.
Sevdiyim ixtisasa yiyələnməkdə
hazırlıq müəllimim Fəsilə xanıma, universtetdə mənə dərs deyən Təhsin Mütəllimova,
Xalid Əlimirzəyevə, Cəlal Abdullayevə, Tofiq Hacıyevə, Sürəyya xanıma özümü
borclu bilirəm.
Ali məktəbə yaxşı
hazırlaşmışdım. İmtahandan sonra arxayın idim. Cavablar çıxan günü İlqar adlı
dostumu gördüm. Mənim daxil olduğum kodu dedi. O dəqiqə bildim ki, istədiyim
yer deyil. Çünki kodları əzbər bilirdim. Bu müəllimlik peşəsinin kodu olmalıydı.
Ancaq hansı ixtisas olmağını bilmirdim. Atamın yanına çatanda dedi ki, filologiyaya
girmisən. Qanım qaralmışdı, daha da qaraldı. Çoxundan fərqli olaraq tələbə
olanda sevinə bilməmişəm. Söz vermişdim girsəm, Şeyx Eyyub babanın nəslindən
olan Hacı Ağaxan babanın yuyat yeri deyilən yerə qaça-qaça gedəcəm-gələcəm. Evimizdən
ora çox uzaqdır. Özü də qızmar günün altında. Piyada bir saat yarımlıq yoldur. Sonralar
ixtisasımı sevdim. Ümumiyyətlə, Azərbaycan dili və ədəbiyyatını uşaqlıqdan
sevmişəm. Çünki 6-7 yaşından şeirlər yazmışam. Ancaq müəllim olmaq istəməmişəm.
Bəlkə də ədalətli, düzgün, səmimi olmağım, əyilməzliyi qoruyub saxlamağım üçün
bu sənət daha məqsədə uyğun idi. İdarəçilik Akademiyasının hüquqşünaslıq fakultəsinə
qəbul olmaq istəmişəm.
Dörd ildir Şirvan şəhər
18 saylı Təbiət-humanitar Təmayüllü məktəb-liseydə tərbiyə işləri üzrə direktor
müavini vəzifəsində çalışıram. Həm də Azərbaycan dili və ədəbiyyatı fənnini tədris
edirəm.
Asudə vaxtlarımda kitab
oxumağı, meyxana dinləməyi, şeir məclislərində olmağı çox sevirəm.
Bir neçə il bundan öncəyə
qədər Az.TV-də “Kainat Gənclik Mərkəzi” hazırladığı tarix fənni üzrə bilik
yarışı xarakterli, “Qlobus” veriliş gedirdi. 2000-2001-ci illər ərzində mən həmin
verilişin iştirakçısı olmuşam. Şirvan şəhər 20 saylı məktəbdən gedən komandanın
kapitanı idim. Respublikanın hər yerindən komandalar gəlirdi. Və həmin iki il ərzində
həmişə qələbə qazanmışıq. Ayda bir dəfə şənbə günləri efirə gedən bu verilişdən
saysız-hesabsız mükafatlar, diplomlar, hədiyyələr əldə etmişik. Bu qələbələrin
qazanılmasında tarix müəllimimiz Tahir müəllimin böyük xidmətləri olmuşdur.
Tələbə adına layiq görüləndən
sonra - 2001-ci ilin sentyabrında vaxtilə iştirakçısı olduğum üçün yenidən
“Qlobus”verilişinə çağırılmışdım. Geniş veriliş hazırlamışdılar. Keçmiş
iştirakçıların dəvət olunduğu bu verilişin əsas konsepsiyası tələbələrin yeni
iştirakçılara nümunə göstərilməsi, onların tövsiyələrinə, təkliflərinə və
arzularına şərik olmaq idi.
Puşkin demişkən:
“Dünyada xoşbəxtlik yoxdu, azadlıq və rahatlıq var”. Yəni xoşbəxtlik üçün mütləq
zirvə yoxdur. Ən yüksək zirvəyə qalxanlar belə kimdənsə aşağıdadır. Və onlar da
hansısa zirvəyə qalxmağın arzusundadır. Beləcə ömür də gedir”.
Daha xanım deyiləsi gözəl yox. . .
Üzüsulu
bu dünyadan köçüb gedəcəm. . .
Qızlar
inciyəcək bu gedişimdən,
Aldana-aldana
gözləyəcəklər.
Xəbər
alacaqlar ev-eşiyimdən,
Məni
qarış-qarış izləyəcəklər.
İçimdə
bir ömürlük sevgi qaldı. . .
Bir
ömürlük sevgini
bağışlayıb
verməyə,
Bir
qız tapammadım bu yer üzündə.
Tapammadım
yer üzündə bircə qız,
Sevib-sevib
həsrətindən ölməyə.
Mən
“əclaf” hamı kimi
azca
sevə bilmədim,
Özüm
kiçildikcə sevgim böyüdü.
Bu
sevgidən hamı öldü,
bircə
özüm ölmədim,
Ölmədim
ki, deməsinlər yazıq sevib çürüdü.
İndi
ölməyin əsl vaxtıdı, anam gəlini
Bu
dünyada bircə qıza
daha
xanım deməyə,
Dilim
gəlmir nədənsə.
Qabaq
məni ölüm gəlib
çağırardı hər gecə
İndi
özüm çağırıram
ÖLÜM
gəlmir nədənsə.
Yəqin
ölümün də bu yer üzündə,
Hansısa
bir qıza yazığı gəlir.
O
zalım sevgili qız hardadı bəs?
Mənim
o qansıza yazığım gəlir.
Dayan,
ey sevməyib ərə gedən qız,
Yazıqsan
bu günün sabahı da var.
Bəlkə
də kimisə sevə bilərdin,
Boynunda
bu borcun günahı da var.
Mənsə
bu boyda sevgiylə
üzüqara
gedirəm,
Mələklərin,
Allahın yaşadığı dərgaha.
Sevilməyib
ərə gedən qızlar,
sizə
sözüm var:
“ALLAH
soruşsa məndən,
mən nə deyim Allaha”?
Mən əclaf
şairəm, dərdli qız.
Biz tənha deyilik, dərdli qız,
Bizdən də dəlisi var bu
yer üzündə.
Öz qanına bələnib ölənlərin
içində
Bizdən də dirisi var bu
yer üzündə.
Götürüb əlinə bu sərt qələmi,
yazıq taleyimizi
yazan birisi var bu yer
üzündə
Sən hardan biləsən, dərdli qız?
Mən əclaf şairəm, hamını
sevdim
Tək səni sevə bilmədim.
Ürək formasında, qəlb
formasında
Sənə gül də verdim, çiçək də verdim,
Təkcə ürəyimi verə bilmədim.
Indi
ürəyim də mənim qocalıb,
Mənə
yazığın da gəlməsin barı.
Yorğun əllərimi yanıma salıb,
Gedirəm
gəldiyim yollara sarı
Səndən
küsəcəyim, umacağım yox
Mən
bədbəxt bir qəbir daşıyam indi.
Sənə verəcəyim, alacağım yox
Məcburam sənsiz də yaşayam indi.
Indi
məndən dəlisini tapammazsan
yer
üzündə.
Indən belə kimsə desə mən dəliyəm
yalan
deyir!
Mən
dəlidən dəlisini tapammazsan
yer
üzündə.
Səni
sevməməklə,
hamıdan çox sevsəm əgər,
beləsini
tapammazsan yer üzündə.
Mən əclaf şairəm, Dərdli qız. . .
Mənim
xəyalımda yaşayan gözəl. . .
Mənim xəyalımda yaşayan gözəl,
De məni sən çoxmu yandıracaqsan?
Versəm ürəyimi sənə, ayna tək
Salıb əllərindən sındıracaqsan.
********
Mən gündüz bilmirəm, gecə bilmirəm,
Kölgənlə bölürəm dərdi-sərimi.
Səni necə sevim, necə bilmirəm?
Döndər həqiqətə gümanlarımı
********
Sanki lal oluram səni görəndə,
Ruhun hopdu mənə, qarışdı mənə.
Mənim xəyalımda yaşayan gözəl,
Surətin doğmadı, tanışdı mənə.
*********
Yuxum da çəkilib göylərə sarı,
Mənim gündüzüm də, gecəm də yoxdur.
Ölsün, sənə olan sevgimi ölçən,
İlahi, elə bir ölçən də yoxdur.
*********
Bu sevgi payındır mənə, ilahi
Yolladın bu qızı yer üzünə sən.
Sənə hər nə desəm ondan ucasan,
Sən ki gözəllərin ən gözəlisən.
*********
Elə bil səninlə nəfəs alıram,
Çağlayan dənizəm, yanan ocağam.
Mənim xəyalımda yaşayan gözəl,
Səni həyatda da yaşadacağam.
*********
Özüm öz evimdə qonaq kimiyəm. . .
Qara
gözlərinə çökər qaranlıq,
Ayrılaq-
birləşək fərqi yox elə.
Bu,
mənəm, bu, sənsən, bu da tənhalıq,
Ikimiz
bir yerdə tənhayıq belə.
Gözlərin
dikilər mən gələn yola,
Mən
gələn yolların sonusa yoxdur.
Deyərlər:
filankəs, sən xeyir ola?
Deyərsən:
kim məni tanısa yoxdur.
Ilahi,
elə bil yoxa çıxmışam,
Içim
çöldə gəzir, çölüm içimdə.
Çöldə
qurda-quşa yem olmaqdansa,
Qoy
girim içimə ölüm içimdə.
Bu
necə taledi, bu necə baxtdı
Allah,
sən bu işə necə baxırsan?
Bizi
incidirlər günorta vaxtı,
Sənsə
dualara gecə baxırsan.
Kim
var bizə doğma bu yer üzündə?
Gedək
bu ölkədən, atam balası.
Adi
baxışında, adi sözündə,
Çoxdur
dalın güdən, atam balası.
Bir
az ərköyünəm, bir az da kövrək
Süd
dişi çıxardan uşaq kimiyəm.
Məni
başa düşmür doğmalarım da,
Özüm
öz evimdə qonaq kimiyəm.
Səndən
də əlimiz üzülür,Allah
Sən
nədən qorxursan, nə karıxırsan?
Bizim
mənliyimiz əzilir, Allah
Sən
hara baxırsan, hara baxırsan?
Sənindi torpaq, hava, su. . . .
Get o yanda oyna bir az,
Bizə yaxın durma, uşaq.
Biz sənin tayın deyilik,
Üz versək qudurma, uşaq.
Atan da bilinmir kimdir?
Anan da yollar yolçusu.
Bu ölkə sənindi, bala
Sənindi torpaq, hava, su.
Bir oda dəyməsin əlin,
Dəysə, alışıb-yanarıq.
Sən odda qızınarsan, biz
Sənə baxıb qızınarıq.
Sənsən buranın güclüsü,
De görək zəif hansıdır?
Gəl sənə bir sual verim,
Ən böyük hərf hansıdır?
Bu sənin başınçın deyil,
Başlara qoşma başını.
Sən doğulan gün ölmüsən,
Bizdən gizlətmə yaşını.
Bir gör nə cavan qalmısan,
Nə qoca yaşın var, uşaq?
Bu cəsəd sənindi götür,
Getməyə maşın var, uşaq.
Sən özün öz çiynində get,
Özün öz başını saxla.
Gördün yükün ağırdı, de:
Filankəs, maşını saxla.
SÖZÜ yerə
atma, öp göz üstə qoy!
Gəl
sənlə söz ataq bir-birimizə. . .
Dünyanın
ən şirin sözünü sən at,
Sən
at əllərinlə mənim üstümə.
Mən
sənə ən acı söz atsam belə,
Dəyib yerə düşsə, götür, pis demə.
Pis demə, atdığım sözə heç zaman. . .
Mən axı bu köhnə, bu təzə sözün,
İçini-çölünü bilən şairəm.
Sən ana dilində söz deyən adam,
Mən sözün dilini bilən şairəm.
Yeri get, a yaltaq, a qorxaq adam
Məni başa düşməz sənin kimilər.
Sənin danışdığın dilə də yadam,
Bir başqa dildədi qəlbimdəkilər.
Mənə heykəl kimi, daş kimi baxma. . .
Çoxdu bu ölkədə heykəl adamlar,
Daşın qabağında baş əyən də var.
Heykəl sahibinə, daş sahibinə
Daş atıb, başına daş dəyən də var.
Gəl sənlə söz ataq bir-birimizə,
Atdığın sözün də qədrin bil daha.
Gördün ki, bir sözün incitmir məni,
Sözü yerə atma, yıxıl öl daha.
Yad qızı məndən
incimə. . .
Bu evə gələn, yad qızı
Mənimi sevib gəlmisən?
Tövbə qıl, qayıt geriyə,
Bura nə deyib gəlmisən?
Mən başqa Adamam, Adam. . .
Incimə, sənə də yadam,
Ürək oynada-oynada,
Saçını hörüb gəlmisən.
Nə adam tək adam sayıb,
Ümidin kəsib-doğrayıb,
Kimin qəlbin oğurlayıb,
Ürəyin yeyib gəlmisən?
Yolumuzda dayanan qız,
Vaxt-vədəsiz oyanan qız,
Dodaqları boyanan qız,
Bu nədi geyib gəlmisən?
Ömrün-günün durulsa da,
Bəxt ulduzun doğulsa da,
Qapımız hündür olsa da,
Başını əyib gəlmisən.
“Dar ağacına gedən yoldan savayı, bütün
yolların sonu var”
( Onere de Balzak)
Darıxmayın, az qalıb.
(
ESSE )
Bu
dünyanın hansısa ölkəsində alnıaçıq şairlər yaşayır. O şairlər ki, onları nə
öldürürlər, nə də onlar özləri ölür. Onları ancaq dar ağacından asırlar. Dar
ağacına salam verən şairlər bu dünyanın hansısa ölkəsində, özləri də bilə-bilə əkdikləri
ağacları sulayırlar, qulluq göstərirlər. Qulluq göstərirlər ki, vaxtı gələndə
özlərini asa bilsinlər. Kimi yaxşı qulluq göstərsə o, özünü daha uca ağacdan
asır, daha ucalıqdan asılır. Əkdikləri ağaclara yaxşı qulluq göstərə bilməyən
şairlər, özlərini boydan törə ağaclardan asdırırlar. O qədər alçaqlıqdan asılan
şairlər var ki, bu dünyanın hansısa ölkəsində. O alçaqlıqdan asılan şairlər
yaşayan ölkədə şairlərlə yanaşı, bu alçaqlıqdan asılmalara gözləri öyrəşən
oxucular da var. O oxucular ki, onların gözləri qarşısında sevdikləri şairləri
alçaqlıqdan asırlar. O oxucular ki, sevdikləri şairləri asan cinayətkar məmurların
bu hərəkətinə göz yumur, əl çalır, eşq olsun deyirlər. Sonradan asılan şairlərə
ağı deyib, bayatılar qoşurlar. Yazıq heç ölməli şair deyildi-deyib, təəssüf
edirlər. Allahın sevdiyi bəndələri olan bəxtsiz şairlər alçaqlıqdan asıla-asıla
böyüyürlər. O qədər böyüyürlər ki, oxucular üçün əlçatmaz olurlar. Və bu əlçatmazlıqdan
sonra heç bir oxucu o şairləri oxumur. Beləcə unudula-unudula bu dünyadan köçüb
gedir o şairlər. O şairləriin şeirlərini haçansa təzədən dünyanın hansısa ölkəsində
oxuyan oxucular peyda olur. O oxucular bir şeyi bilmirlər ki, bu şairlər vaxtilə
alçaqlıqdan asılıblar. . .
Bu
dünyanın hansısa ölkəsində şair olub alnıaçıq yaşamaq olardı. Ancaq alınlarına
yazılan yazıları Allahdan başqa heç kim görməsin deyə şairlər alnıaçıq
yaşamırlar. Və bu dünyanın hansısa ölkəsində alnıaçıq yaşayan, öz alnına
yazılan yazıdan hamının xəbəri olan cavan bir şair yazıb-yaradır. O cavan
şairin alnına bilirsən nə yazılıb, ay qaqaş? Yazılıb ki, “ardını özün yaz”. O
cavan şair də artıq ardını yazıb qurtarıb. Yazılası boş yer yoxdur alnında. Indi
oturub öz ölümünü gözləyir. Bu qəhətə çıxmış Allahın ÖLÜMÜ də gəlib çıxmır ki,
çıxmır. Bu dünyada öz ölümünü gözləməkdən ət ürpəşdirici nəsə yoxdur, mənim
quzum. Vay o gündən ölüm gecikə. Sən də oturub gözləyəsən. Səndən də
doğmaların, əzizlərin, dostların, tay-tuşların soruşalar: “Kimi gözləyirsən, nəyi
gözləyirsən? Niyə ölmürsən”? Sən də udquna-udquna deyəsən: “Darıxmayın, az
qalıb”. . .
Комментариев нет:
Отправить комментарий