Vaqif
ana babasının adını daşıyır. Qəribədir ki, onun adını ata nənəsi qoyub. Azərbaycan
ailələrində uşaqlara adətən ata tərəfdən qohum olan insanların adları verilir.
Bu misalda isə nənə Vaqif babanın gözəl insan olmasını nəzərə alıb oğlan nəvəsinə
verib. Təqdirəlayiq haldır.
Nəvə Vaqif
da babanın adını doğrulda-doğrulda boya-başa çatır. Vaqif çox ağıllı, diqqətcil
uşaqdır. Kiçik yaşlarından musiqiyə həvəs göstərməyə başlayıb. Təəccüblü görünsə
də o 1 yaşından musiqiyə diqqətlə qulaq kəsilirdi. Sanki uşaq ruhu ilə musiqini
duyurdu. Hətta bir gün - ana musiqiyə qulaq as sanki şəlalə tökülür - deməklə
anasını heyrətə gətirmişdi. Hər halda azyaşlı uşağın musiqini şəlalə səsinə
oxşadacaq səviyyədə duyması doğrudan da çox təəccüblüdü. Musiqidən əlavə hər
gün xəbərlərə baxmağı və sonra müzakirə etməyi xoşlayırdı.
Vaqif
Vüqar oğlu Əlizadə 2000-ci sentyabrın
5-də Bakı şəhərində dünyaya göz açıb. Dərslərini həmişə yaxşı oxumağa çalışır. Azərbaycan
dili və fənlərarası təlim ən sevimli fənlərimdir. Endiflər klubunun üzvü olaraq
konfrasda iştirak edib. Konfransda hər hansı bir mövzuyla bağlı məruzə etməliydi.
Vaqifin hazırladığı məruzə hamının diqqətini cəlb etdi. Klubdakı fəaliyyətinə
görə Vaqif diplomla təltif olunub.
İlk
önəmli uğurunu 2007-ci ildə Bakı Avropa liseyinə daxil olmaqla əldə edən Vaqif “XXI
əsr məktəbi”ndə keçirilən məntiq üzrə yarışmada fəal iştirak etdiyinə görə fəxri
fərmanla təltif olunub. Təhsil sahəsində uğur qazanmasında özünü valideynlərinə
borclu hesab edir Vaqif.
Vaqif
2011-ci ildən atası kimi hüquqşünas olmaq qərarına gəlib. Amma prezident olmaq ən
böyük arzusudur.
Asudə
vaxtlarında futbol oynamağı, bədii əsərlər oxumağı sevir.
Комментариев нет:
Отправить комментарий