elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 августа 2012 г.

Hallacıyev Sədi Arzu oğlu

Azərbaycan ailələrində dünyaya gələn uşaqlara bineyi-qədimdən baba-nənələrinin adını vermək adət halını alıb. Növqəti qəhrəmanımız da bu aqibətdən “qaça” bilməyib. O da babasının adını ona daşıyır. Adı Sədidir.
Sədi körpəlikdə sakit, ağıllı uşaq olub. Əsasən idmana meylli olub, tez-tez bacısı ilə güləşər, gücünü nümayiş etdirərdi.
Demək olar ki, məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Texnikaya xüsusi marağı olduğundan xarab olan pult, mobil telefon, kompyüter kimi avadanlıqları çox vaxt özü düzəldir. 9 yaşında DİN “Dinamo” İdman Cəmiyyətinin dzyü-do bölməsinə yazılıb.
Sədi Arzu oğlu Hallalacıyev 1995-ci il martın 22-də Bakı şəhərində anadan olub. Nərimanov rayon 258 saylı orta məktəbdə VI sinfədək təhsil alıb. Hazırda Yasamal rayonunda Fizika-Riyaziyyat-İnformatika Təmayüllü Respublika liseyində oxuyur. Orta məktəbdə dərslərini “4” və “5” qiymətləriylə oxuyur. Sevdiyi fənlər fizika və cəbrdir. Məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edir. Əsasən şeir söyləməyi xoşlayır.
Dəfələrlə diplom, tərifnamə və fəxri fərmanlarla təltif olunub
“Dinamo” İdman Cəmiyyətinin daxili birinciliyində 24 çəki dərəcəsində I yerə, Türkiyədə keçirilən “Başarı belgesi” yarışması - I yerə, Rauf Şəfiyevin xatirəsinə həsr olunmuş IX beynalxalq turnirdə 30 kq çəki dərəcəsində I yerə, “Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin dzyü-do üzrə açıq birinciliyində 34 kq çəki dərəcəsində I yerə, “Dinamo” İdman Cəmiyyətinin Qurban bayramına həsr olunmuş dzyü-do üzrə 1994-1996 təvəllüdlü yeniyetmələr arasında keçirilən çempionatda 34 kq çəki dərəcəsində I yerə, şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş dzyü-do üzrə turnirdə 24 kq çəki dərəcəsində I yerə, dzyü-do üzrə ümumrusiya turniri - 1993-1994-cü illərdə doğulanlar arasında III yerə, Avropanın faşist işgalından azad olunmasına həsr olunmuş dzyü-do üzrə ənənəvi turnir. (26 kq çəki dərcəsində ) II yerə,“Don kuboku” adlı dzyü-do üzrə gənclər arasında keçirilən ümumrusiya turniri 32 kq çəki dərəcəsi I yer. Maştağa Olimpiya İdman Mərkəzində keçirilən dzyü-do üzrə açıq turnirdə 27 kq çəki dərəcəsində I yerə, 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş dzyü-do üzrə 1995-1997 ci il təvəllüdlü yeniyetmələr arasında DİN idman cəmiyyətnin birinciliyində 34 kq dərəcəsində I yerə, Xocalı faciəsinə həsr olunmuş dzyü-do üzrə birincilikdə 30 kq çəki dərcəsində II yerə, “Qafqaz xalqlarının dostluğu” beynəlxalq turnirində 34 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Əldə etdiyi nailiyyətlərdə məşqçisi Fariz Hüseynovun danılmaz zəhməti olduğunu söyləyir Sədi. Dzyü-do sahəsində yapon dzyü-doçusu, dörtqat olimpiya çempionu Namuroya oxşamaq istərdi.
Hərbi general rütbəsinədək yüksəlmək istərdi. Xalası oğlu Yengibar Hətəmovu özünə ideal sayır.
Asudə vaxtlarında kompyüterlə məşğul olur.
Türkiyə kanallarında, “ATV”, “Lider” kanallarında haqqında informasiya verilib.
Olimpiya çempionu olmaq istərdi.
Gələcək planları oxumaq və idman sahəsində daha çox uğur qazanmaq
e-mail: sedi16@mail.ru

Комментариев нет:

Отправить комментарий