Aytənin
adını babası Sabir kişi qoyub. Ay ilə gözəlliyi tən yarı böldüyü üçün. Ümumiyyətlə,
bu adı ailədə hamı xoşlayır.
Aytən körpəlikdə
sakit və ağıllı uşaq olub. Müxtəlif uşaq şəkilləri çəkməyi və şeir söyləməyi
xoşlayırdı. İki yaşından çoxlu şeir bilirdi. Rəqsi xoşlayırdı. Musiqi eşidən
kimi rəqs edirdi.
Məktəbə
gedənə qədər anası Gülnarə xanımın sayəsində müəyyən qədər oxumağı və yazmağı öyrənmişdi.
Aytən Ürfan qızı Cəfərova 17 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində
anadan olub. 2003-cü ildə 11 saylı məktəbə daxil olub. Hazırda təhsilini orada
davam etdirir.
Aytən dərs
əlaçısıdır. Riyaziyyat və ingilis dili fənlərinə xüsusi maraq göstərir.
Tarixi
hadisələrlə bağlı məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Hələ II
sinifdə oxuyarkən məktəbdə bilik yarışmasında I yerə çıxıb. Aytən ictimai işlərdə
də fəaldır. Karnavallarda, Latın Amerikasının bal rəqsləri ilə bağlı keçirilən müsabiqədə
və məktəb uşaq xorunda çıxış etməsi onunçün ən uğurlu günlərdir.
İbtidai
siniflərdə fəxri fərmanlar, futbol yarışlarında diplomlarla təltif olunub.
Bütün
sahələrdə qazandığım uğurlara görə məktəb müəllimlərinə, həyatda isə anasına
borclu olduğunu söyləyir.
Aytən gələcəkdə
vəkil olmaq istəyir. Asudə vaxtlarında şəkil çəkməyi, internetdə çalışmağı çox
sevir.
Dekorativ-tətbiqi
sənət nümunələri düzəltmək, xüsusilə muncuqla qolbaq hazırlamaq sevimli məşğuliyyətindəndir.
Комментариев нет:
Отправить комментарий