Nurlan Vilayət oğlu Qurbanov 1990-cı il noyabrın 1-də
Göyçay rayonunun Çərəcə kəndində anadan olmuşdur. Nurlanın adını ata babası
Piri kişi qoyub. Bu adı seçməsi müğənni Nurlan Əzizbəyliyə olan məhəbbətindən
irəli gəlmişdir. Körpəlikdə çox dəcəl olub. Nə qədər dəcəl olsa da, məktəbə
getdikdən sonra kitab oxumağa xüsusi maraq göstərib. Həmçinin gəzməyi, futbol
oynamağı da çox sevirdi. Hələ məktəbə getməzdən əvvəl rus dilində bəzi sözlər, bir
az yazmağı və şeirlər bilirdi. Bütün bunları dünyasını dəyişmiş, böyük qardaşı
İlkin dərslərini hazırlarkən ona baxıb öyrənmişdi.
1997-ci ildə Çərəcə kənd orta məktəbinin I sinfinə
daxil olur. IV sinifdə oxuyanda test üsulu ilə Ağdaş Özəl Türk liseyinə daxil
olur, ancaq anası narazı olduğu üçün təhsilini davam etdirmir. 2008-ci ildə Çərəcə
kənd ota məktəbini bitirərək Bakı Slavyan Universitetinin filologiya fakültəsinin
jurnalistika ixtisasına daxil olur. İxtisasına qarşı maraq onda hələ məktəb
dövrlərində yaranmışdır. Gözəl nitqə və yazmaq qabiliyyətinə sahib olduğu üçün
jurnalist olmağı qərara aldı. Anasının arzusu da onun jurnalist olmağı idi.
Orta məktəbdə dərslərini əla oxuyurdu. Ən çox sevdiyi
fənlər tarix, ədəbiyyat, riyaziyyat və Azərbaycan dili idi. Məktəb
olimpiadalarında qalib olub. Universitetdə də dərslərini yaxşı oxumağa çalışıb.
Ən uğurlu günü bütün tələbələr kimi universitetə daxil
olduğu gündür. Bu ixtisasa yiyələnməkdə ilk növbədə valideynlərinə borcludur. Jurnalistikaya
qarşı sevgi onda Etibar Babayevlə tanışlığından sonra yaranıb. Nurlan Etibar
Babayevi dahi insan, örnək müəllim bilir və onunla fəxr edir. Gələcəkdə Etibar
Babayev kimi jurnalist olmaq istəyir. Bu sahədə ondan güclü mütəxəssis tanımır.
Ali məktəbə qəbul olmağına görə Hamlet, Səbinə, Kəbirə və Məhəbbət müəllimlərinə
təşəkkürünü bildirir. Ali məktəbi bitidikdən sonra Azərbaycan Dövlət
Televiziyasında işləmək istəyir. İxtisası ilə bağlı hər uğurunu bir zirvə kimi
görür.
Asudə vaxtlarında kitab oxumağı, internetə girməyi və
avtomobil sürməyi xoşlayır.
Çərəcə kənd orta məktəbinin ədəbiyyat müəllimi Zahidə
Quliyeva Nurlanın məktəbdə çox böyük hörmət qazandığını bildirdi.
“Onu həmyaşıdlarından fərqləndirən
cəhəti təşkilatçı olmasıdır. Biz onu gələcəkdə gözəl bir mütəxəssis, vətənə
layiq vətəndaş kimi görürük. Gənc olmasına baxmayaraq gələcəkdə onu ciddi
uğurlar gözləyir. Ona təhsilində, şəxsi həyatında müvəffəqiyyətlər
arzulayırıq!” - dedi Zahidə müəllim.
Комментариев нет:
Отправить комментарий