elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Əzimova Zivər İnam qızı

Hər bir insan istedadı və qabiliyyətlə doğulur. Bu, Allahın insanlara hədiyyəsidir. Belə istedadlı uşaqlardan biri də haqqında söhbət açmaq istədiyimiz Zivər İnam qızı Əzimovadır.
Zivər 2000-ci il dekabrın 29-da Qax şəhərində anadan olub. Adınını atası qoyub, ata nənəsinin şərəfinə. Zivər Qaxda doğulsa da ailəsi ilə birlikdə Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. Xırdalan çəhər 1 saylı orta məktəbin IV sinfində oxuyur, dərs əlaçısıdır. Zivər uşaq yaşlarından rəsmə, applikasiya işlərinə maraq göstərib. Rəngli muncuqlardan bəzək əşyaları, parça qırıqlarından gəlinciklərinə paltar tikirdi.
Anası Bahar xanım xatırlayır: “ - Zivər hələ balaca ikən müxtəlif saç düzümləri edir. Gəlinciklərini bəzəyirdi. Uşaq bağçasında rəfiqələrinin saçını formaya salır, onlara müxtəlif lentlər bağlayırdı. 2 yaşında onun saçlarını qısaltdıq. Zivər hönkür-hönkür ağlayır ki, indi mən saçlarımı necə düzəldəcəm?”
Zivərin rəsmə marağı olduğunu görən valideynləri onu Abşeron rayon Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən rəssamlıq kursuna qoyublar. Dərnəkdəki fəaliyyət Zivərin incəsənətə marağını daha da artırır o rəssamlıqla daha peşəkar məşğul olmağa başlayır. Zivər adətən təbiət mənzərələrini, ilin müxtəlif fəsillərini kağıza köçürür. Əsasən rəngli karandaşlarla işləyir. Müəllimi Mehriban xanım, sinif yoldaşları Zivərdən çox razıdırlar.
Boş vaxtlarında musiqi dinləməyi, gəlinciklərə paltar tikməyi xoşlayır. Zivərin müxtəlif əl işləri, müxtəlif applikasiyaları, muncuqlardan düzəltdiyi bəzək əşyaları məktəb, rayon tədbirlərində sərgilənir.
Zivər gələcəkdə modelyer-dizayner olmaq istəyir. Zivər 2011-ci ilin yay aylarında ABŞ-ın Kaliforniya ştatının “Sülh korpusunun” nümayəndəsi Lori Dannın verdiyi usta dəsərində iştirakşı olub. Qabiliyyəti və bacarığı ilə həmyaşlarını təəccübləndirib. Zivər gələcəkdə respublikamızı müxtəlik beynəlxalq tədbirlərdə təmsil etmək, xalqımız, vətənimiz üçün yararlı vətəndaş olmaq istəyir. Uğurlu olsun Zivər! Qoy səsin həmişə yüksək zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий