Qoşqarın adını nənəsi Məsumə xanım qoymuşdur. Qoşqar dağı qədər uca
olmasını diləyərək. Boya-başa çatdıqca ətrafdakılarda Məsumə nənənin ona
qoyduğu adı doğruldacağına əminlik yaradırdı, bu uşaq. O körpəlikdən ağıllı, sözəbaxan uşaq olub. Sakit
təbiətli, böyüklərə hörmət etməyi bacaran, milli musiqiləri sevən biri idi. Qoşqar
3 yaşında “Hər birimiz bir çiçək” verilişinin daimi iştirakçısı olub. 4 yaşında
Novruz bayramı ilə əlaqədar veriliş hazırlayarkən Qoşqar mövzuya aid şeir deməli
idi. Lakin axrıncı çəkilişdə o tamam başqa bir şeir demişdir. “Mən əsgər
olacağam”.
Mən əsgər olacağam,
Vətənimi qoruyacağam.
Ona göz dikənlərin,
Gözlərini oyacağam.
Məktəbə gedənə qədər oxumağı-yazmağı bacarırdı. Uşaq bağçasının müəllimi
Nazilə xanımdan və Məsumə nənədən xeyli şeir öyrənmişdi.
Qoşqar mənim dağımsan,
Ağ eyvan otağımsan.
Gül- ülbüllü bağımsan,
Göz işığım, ürək karımsan.
Qoşqar vətənpərvər uşaqdır. Uşaqlıqdan qoçaq, vurub-tutan olmaq istəyib.
Hələ 3 yaşında ikən Koroğlu filminə baxandan sonra - mən Koroğlu olacam -
deyirdi.
Qoşqarın inkişafında, uğurlar əldə etməsində sinif rəhbəri Surxay müəllimin
zəhmətini xüsusi qeyd etmək lazımdır.
Qoşqar Sahib oğlu Abdullayev 16 may 1989-cu ildə Bakı şəhərində
anadan olub. 1995-ci ildə “Zəkalar” liseyinin I sinfinə daxil olub. 2004-cu ildə
Heydər Əliyev adına liseyin X sinfində təhsilini davam etdirməyə başlayıb. 2006-cı
ildə həmin məktəbi əla qiymətlərlə bitirərək yüksək balla Azərbaycan Dövlət
İqtisad Unversitetin mühasibat uçotu və audit fakultəsinə qəbul olub. 2007-ci
ildə fakultənin Tələbə Elmi Cəmiyyətinin sədri seçilib, fakultə elmi şurasının
üzvü olub. Eyni zamanda idmanın karate və boks növləri ilə məşğul olub.
Qoşqar: “ Sənət seçimimdə valideynlərimin, şəxsən atamın böyük məsləhəti
olub. Bu ixtisası seçdiyim üçün çox şadam və atam minnətdaram. Fəxrlə deyə bilərəm
ki, uçot elmi bütün elmlərin şahıdır.
Orta məktəbdə yaxşı oxumuşam. Səmimi etiraf etməliyəm ki, öz gücümdən
çox az istifadə etmişəm. Corafiya, tarix, riaziyyat fənlərini daha çox sevmişəm.
Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Bütün qiymətlərim əla
olub. İqtisadi nəzəriyyə və ixtisasımla bağlı bütün fənlər sevimli fənlərim
olub. Beynəlxalq elmi konfransın iştirakçısı olmuşam. Bir çox diplom və tərifnamələrim
var.
İxtisasım üzrə iz qoyacaq bir mütəxəssis olmağı hədəfləmişəm. Təkcə məni
sevənlərin, məni tanıyanların deyil, xalqın yaddaşında bir iz qoyacaq mütəxəssis.
Fikrimcə əlçatmayan zirvə yoxdur. Sadəcə olaraq özünə bir zirvə seçmək və zirvəyə
çatmağı qarşına məqsəd qoymaq lazımdır.
Asudə vaxtlarımda idmanla məşğul olmağı sevirəm. İdman mənim ən böyük
məşğuliyyətimdir”.
e-mail: abdullayevqosqar@mail.ru
Комментариев нет:
Отправить комментарий