elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 августа 2012 г.

Məmmədov Tural Vətən oğlu

“Dədə Qorqud” dastanındakı obraza görə yeni dünyaya gələn oğlana Tural adı verildi. O böyüdükcə xoşladığı məşğuliyyət kitab oxumaq oldu. Tural məktəbə gedənə qədər hesablamağı öyrəndi, şahmat oynamağı da bacardı.
Tural Vətən oğlu Məmmədov 8 dekabr 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Şahbuz qəsəbə 1 saylı orta məktəbdə təhsil alıb. 1999-cu ildə məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Unversitetinə qəbul olub. 2003-cü ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib magistratura pilləsinə qəbul olub. 2005-ci ildə magistiraturanı bitib. İxtisası beynəlxalq ticarətdir.
Tural: “ - Bu sahəyə maraq 1993-cü ildən yaranıb. O zaman mən bu ixtisasa yiyələnib, ölkəmin ticarət əlaqələrində baş verən problemlərin həlli üçün çalışmaq arzusunda olmuşam.
Orta məktəbdə dərslərimi çox yaxşı oxumuşam, sevimli fənlərim riaziyyat, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyatı, fizika fənləri olub. Orta məktəbdə keçirilən elmi yarışlarda, viktorinalarda fəal iştirak etmişəm. 1997-ci ildə 28 may Respublika gününə həsr olunmuş elmi viktorina komandasının 4 nəfərlik üzvündən biri olmuşam. Əvvəlcı zona birinciliyində (Şahbuz rayon) I yer, Naxcıvan rayon MR zona birinciliyində III yer tutmuşam. Yer tutduğuma görə fəxri diplom və hədiyyələrə layiq görülmüşəm. 1999-cu ilin əvvəllərində məktəbdə keçirilən “Riaziyyat” əyləncəli elmi viktorinada komanda kapitanı kimi həmin komandanın I yerə çıxmağında əməyim olmuşdur. Diplom və hədiyyələrə layiq görülmüşəm. Orta məktəbdə oxuduğum müddətdə 1997, 1998 və 1999 -cu illərdə coğrafiya fənn olimpiadasında Şabuz rayonu üzrə I yerə layiq görülmüşəm.
Ali məktəbdə dərslərimi əla oxumuşam. 10 avqust 1999-cu il ən uğurlu gündür, çünki həmin gün ali təhsil almaq üçün başlanğıc gün olmuşdur.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə valideynlərimə, xüsusilə də atama minnətdaram. Riyaziyyat fənnindən olan çətinliklərimi aradan qaldırmağa kömək etmişdir. Onun sayəsində mən riaziyyat fənnini mükəmməl öyrənmişəm. Qəbul imtahanlarında olan 30 sualdan hamısını düz cızmışam və 300 ballı riaziyyatdan toplamışam.
Qəbul imtahanlarına qədər bir neçə dəfə sınaq imtahanında iştirak etmişdim və həmişə yüksək bal toplamışdım.
Xoşbəxtliyi elmli, bilikli olmaqda görürəm. Çünki elmli, bilikli adam hər şeydən xəbərdar olur. Elm sahəsində daha çox irəli gedib, elmlər doktoru və yaxud professor olsam özümü xoşbəxt hiss edərəm. Bunun üçün müəyyən addımlar atıram, ona yaxın elmi məqalənin müəllifiyəm.
Asudə vaxtlarımda kitab oxumağı xoşlayıram”.
e-mail: tural_ati@mail.ru və ya turalati@yahoo.com

Комментариев нет:

Отправить комментарий