elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 августа 2012 г.

İsgəndərli Ayşən Faiq qızı

 Ayşən ailənin ilk övladı olduğu üçün adını bibisi Hicran xanım qoyub. Ayşən körpəlikdə çox zirək və şıltaq uşaq olub. Xoşladığı məşğuliyyət rəsm çəkmək, şəkilli kitablara baxmaq, musiqiyə qulaq asmaq və rəqs eləmək olmuşdur.
Məktəbə gedənə qədər saymağı, şeirlər deməyi, hərfləri öyrənmişdi. Ayşən uşaqlıqda atasının oxuduğu qazetləri əlinə alıb, özünü güya diktorlara bənzədib, özündən sözlər deyib qəzeti oxuyurdu.
Ayşən Faiq qızı İsgəndərli 1992-ci il mayın 22-də Goranboy rayonunun Rəhimli kəndində anadan olub. 1998-ci ildə Rəhimli kənd orta məktəbinin I sinfinə gedib. 2006-cı ildə Kimya-biologiya Təmayüllü Respublika liseyinə qəbul olub. 2009-cu ildə liseyi bitirib. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Unversitetinə daxil olub. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakultəsinin qiyabi söbəsinin II kurs tələbəsiyəm. Bundan əlavə kompyüter və dil kurslarına gedir.
Ayşən: “ - Mən hələ orta məktəbdə oxuyarkən biologiya müəllimim Həcər Sadıqova bu fənni mənə çox sevdirmişdi. Ona görə də ixtisas seçərkən biologiyanı seçdim.
Orta məktəbdə əla qiymətlərlə oxumuşam. Bütün fənləri sevmişəm, ən sevimli fənnim təbii ki, biologiya olub. Məktəblərarası olimpiyadalarda və digər yarışlarda iştirak etmişəm. Bu tədbirlərdə iştirak etməkdən həmişə qürur duymuşam. Çalışmışam ki müəllimlərimin rəğbətini qazanım. Məktəbdaxili tədbirlərdə də yaxından iştirak etmişəm. Ali məktəbdə də dərslərimi yaxşı oxuyuram. Zoologiya, biologiya və histologiya fənnini çox sevirəm. Ali məktəbin ictimai işlərində yaxından iştirak edirəm.
Həyatımda maraqlı günlərim çox olub, amma uğurlu günüm ali məktəbə qəbul olunduğum gündür. Seçdiyim ixtisasa yiyələndiyim üçün biologiya müəllimimə borcluyam. Hesab edirəm ki, bu sənəti seçməkdə Həcər xanımın böyük rolu olub.  
Yaxşı, savadlı pedaqoq olduqları üçün oxuduğum liseyin müəllimlərinə oxşamaq istərdim. Qəbul imtahanlarında göstərdiyim nəticələrimə görə liseyinin bütün müəllimlərinə öz minnətdarlığımı bildirirəm, çünki onlar məndən öz biliklərini əsirgəmirdilər.
Sınaq imtahanlarında yüksək nəticə göstərirdim. Ali məktəbə qəbul olduğum xəbəri mənə anam dedi və çox sevinirdim, valideynlərim də mənim sevincimə qoşuldular. Mənim ən böyük arzum Kimya-biologiya Təmayüllü Respublika liseyində işləməkdir.
İstədiyim arzulara çatdıqca özümü xoşbəxt hesab edirəm. Asudə vaxtlarımda bədii kitab oxumağı çox sevirəm. İlk uğurum orta məktəbi qurtarıb, atestatı əlimə aldığım gün olub. Qiymətlərim əla olduğuna görə valideynlərimin yanında fəxr edirdim. Həmin vaxt özümü çox xoşbəxt hiss etmişəm. İstərdim ki, müəllimlərim kimi hörmətli olum və biliklərimi şagirdlərimə tədris edə bilim”. 

Комментариев нет:

Отправить комментарий