elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Rzayeva Nuray Samir qızı

 

Nurayənin adının qoyulması mühüm əhəmiyyət kəsb edən bir hadisə ilə bağlıdır. Aytən xanıma yuxuda deyirlər ki, anadan olan övladınıza müqəddəs məzmun daşıyan ad qoysanız yaxşı olar. Aytən xanım bu hadisəni anasına danışır və xahiş edir ki, uşağa müqəddəs ad seçib qoysun. Uşaq anadan olur. Nənəsi Validə xanım ona Nurayə adını qoyur. Məlumdur ki, bu ad Allahın 99 gözəl adlarından biri ən-Nur sözündən götürülmüşdür, mənası “işıq, nur” deməkdir.
Nurayə körpəlikdə nadinc uşaq olmuş, hərəkətləri ilə diqqəti həmişə özünə cəlb etmişdir. Nurayə məktəbə getməzdən əvvəl uşaq bağçasına getmişdir. Şeir söyləməyi, rəqs etməyi, xüsusən ingilis dilində danışmağı və şeir deməyi çox sevirdi. Yazıb-oxumağı bağcada öyrənmişdir.
2008-ci ildə Dubay şəhərinə gəzməyə gedirlər. Günün birində buradakı möhtəşəm məscidə baxmaq istəyirlər. Burada onlara izah edirlər ki, hərəsi qəlbində bir arzu tutsun. Maraqlıdır ki, 6 yaşlı Nurayə ürəyində Qarabağımız erməni işğalından azad edilməsi arzusunu tutmuşdu. Sonradan valideynləri soruşanda bildirmişdi bunu. Bu 6 yaşlı uşağın vətənə sevgisindən xəbər verirdi.
Kicik yaşlarında hazırcavab olmasını, kiçik həcmli şeir parçalarını əzbərdən deməsini, bəzi televiziya verilişlərindən parçaları təkrar etməsini, musiqinin ritmini tutmasını valideynləri bu gün də xatırlayırlar.
Nurayə Samir qızı Rzayeva 7 mart 2001-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2007-ci ildə 6 saylı məktəbin birinci sinfinə müsabiqə yolu ilə qəbul olmuşdur. Dərslərini yaxşı oxuyuram. Ən çox rus dili, Azərbaycan dili, ingilis dili, informatika və nəğmə dərslərinə maraq göstərir. Məktəbdə keçirilən bütün tədbirlərdə, yığıncaqlarda, bayramlarda həmişə fəal iştirak edir.
Gələcəkdə diplomat olmaq istəyir. Bu fikrə 2009-cu ildə düşüb. Sübut etmək istəyir ki, qadınlar da diplomat ola bilər. Valideynləri də onun seçimini dəstəkləyirlər. O deyir: “ - Gələcəkdə yüksək siyasi və hüquqi biliyi olan bacarıqlı, geniş dünyagörüşünə malik olan, vətənini və xalqını sevən şəxsiyyət olmaq istəyirəm ki, öz işimlə valideynlərimi həmişə sevindirim, onlar mənimlə fəxr etsinlər. Mən görkəmli bir şəxsiyyət kimi tarixin yaddaşında qalmaq istəyirəm. Bunu həyata keçirmək üçün birinci növbədə yaxşı oxumaq, hərtərəfli biliyə yiyələnmək, mənəvi cəhətdən sağlam olmaq, vətəni, xalqı sevmək, onun uğrunda mübarizə aparmağı bacarmalıyam”.
Asudə vaxtlarımda kitab oxumaq, şəkil çəkmək, sənədli tarixi filimlərə baxmağı daha çox sevir. “Vinsk” və “Çerodeyka” jurnalları ilə maraqlanır. Musiqi əsərlərinə qulaq asmağı, rəqs etməyi də çox sevir.

V. Balayeva

Tayın bərabərin yoxdur dünyada

Bilmirəm, mirvarisən, yoxsa incisən,
Çiçəklərin xası, çox ətirlisən.
Ürəyin dərmanı, həm məlhəmisən
Tayın-bərabərin yoxdur dünyada

Yerişin, duruşun, baxışın gözəl,
Şirin söhbətlərin, sözlərin gözəl,
Nazın da, qəmzən də, hökmün də gözəl,
Tayın-bərabərin yoxdur dünyada

Seçilirsən min uşaq içində,
Ağlın, dərrakəndə hamısı biçimdə,
Gözəlliyin, qamətin də yerində,
Tayın-bərabərin yoxdur dünyada.

Gözəl deyim, qəşəng deyim, bilmirəm,
Mələk deyim, pəri deyim, bilmirəm,
Necə deyim, nə cür deyim, bilmirəm,
Tayın-bərabərin yoxdur dünyada.

Qohum-əqrəbanın ağız əzbəri,
Nurayın ədası, şirin sözləri
Tilsimli baxışı, xumar gözləri,
Tayın-bərabərin yoxdur dünyada.

Validəyəm, şeir gəlməz dilimə,
Möcüzəsən, qələm verdin əlimə,
Necə deyim, layiq olsun Nurayıma,
Tayın-bərabərin yoxdur dünyada. 

Комментариев нет:

Отправить комментарий