elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 августа 2012 г.

Heç kimdən yardımını əsirgəmir (Hidayətov İslam İsgəndər oğlu)









Adını böyük bacısı Leyla İkinci Dünya Müharibəsindən qayıtmayan babasının adını yaşatmaq üçün qoyub. İslam körpəlikdə sakit uşaq olub, bədii ədəbiyyat oxumağı və futbolu çox sevirdi.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bunları ona böyük qardaş-bacıları öyrətmişdi.
İslam hərtərəfli dünya görüşünə malik savadlı gəncdir.
İslam İsgəndər oğlu Hidayətov 1 yanvar 1986-cı ildə Ermənistan Respublikası Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. 1988-ci ildə Ermənistandakı dədə-baba torpaqlarından didərgin salınan yüz minlərlə Azərbaycan türkünün içində onların da ailəsi var idi. Ermənistandan köç edəndən sonra onlar Bakı şəhərində məskunlaşdılar. 1993-cü ildən Bakı şəhəri Nəsimi rayonunda 35 saylı orta məktəbə getmişəm. 2004-cü ildə həmin məktəbi bitirərək Bakı Dövlət Universtetinin politologiya fakültəsinə daxil olub. 2008-ci ildə universitetin bakalavr pilləsini bitirib.
İxtisası ilə bağlı maraq onda orta məktəb illərində yaranmağa başlayıb. Bu sahəyə dair fikirlərinin formalaşmasında Vəfa Quluzadənin çıxışları mühüm rol oynayıb. İctimai siyasi dünyagörüşünün formalaşdığı vaxtlardan dünyada və Azərbaycanda gedən proseslərlə maraqlanırdı. Dağlıq Qarabağ münaqişəsi və onun tarixi-siyasi səbəblərini dərindən öyrənmək istəyi ixtisas seçimində mühüm amil olub.
Orta məktəbdə dərslərini yaxşı oxuyub. Sevimli fənləri tarix, ədəbiyyat, coğrafiya, riyaziyyat idi. VII, IX, X siniflərdə xarici dil, Azərbaycan dili və tarix fənlərindən rayon və şəhər olimpiadasında mükafatçı olub.
Ali məktəbdə də dərslərini yaxşı oxuyub. Sevimli fənləri politologiyanın əsasları, siyasi təlimlər tarixi, beynəlxalq münasibətlər və dünya siyasətidir.
BDU- nun Tələbə Gənclər Təşkilatının fakültə sədri olub. 2005-2008-ci il ilərdə İnamla Gələcəyə Doğru, İnsan Alverinə qarşı Mübarizə İctimai Birliyi gənclər təşkilatlarının idarə heyyətinin üzvü olub. Elmi və ictimai sahədə aktiv iştirakına görə Təhsil Nazirliyi, ASİN və BDU-nun fəxri fərman və diplomları ilə təltif olunub.
Həyatında ən uğurlu hadisə ali məktəbə daxil olduğu gündür. Çünki həmin gün 11 illik əməyinin bəhrəsini görürdü.
Qəbul imtahanında göstərdiyi nəticəyə görə Allaha və müəllimlərinə minnətdardır. Çünki elmin sirlərini onlardan öyrənib.
Ali məktəbi bitirdikdən sonra arzusu Azərbaycanı gənc diplomat kimi beynəlxalq aləmdə təmsil etməkdir.
İnsan həyatda öz həqiqət meyarlarını seçir və ona uyğun yaşamağa çalışır. O da seçdiyi yolla sonadək gedə bilsə özünü xoşbəxt sayar. İstərdi ki, yaxın vaxtlarda Dağlıq Qarabağ problemi ədalətli sülhlə başa çatsın və o da gənc bir diplomat kimi bu tarixi missiyada iştirak etsin. Asudə vaxtında internetdə maraqlı nəsə axtarır, gəzinti, musiqi, dostlarla görüş və. s
BDU-nun dosenti Xatirə Əfəndiyeva: “ - Təşkilatçılıq, hazırcavablıq, ünsiyyətçilik, özünə qarşı tələbkarlıq kimi keyfiyyətləri onda müşahidə etmişəm. Gələcəkdə onu siyasi lider kimi görmək olar.
Başqa həmyaşıdlarına qarşı gözəl dostluq, qardaşlıq münasibətində olub. Onlardan həm dərslərində, həm də həyatda yardımını əsirgəməyib”. 

Комментариев нет:

Отправить комментарий