elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Mehdizadə Nihad Qardaşxan oğlu

Nihadın adının özünəməxsus tarixçəsi var. 1993-cü il idi. Onlar Mərdəkanda “Abşeron” sanatoriyasında qalırdılar. Qonşulardan birinin adı Nihad idi. Anası o uşağı çağıranda Qardaşxan bəy həmişə deyirdi ki, kaş bizim də oğlumuz olsun, adını Nihad qoyaq. 6-7 ay keçdikdən sonra onlara bir oğlan payı nəsib oldu.
Uşaq dünyaya gələn gün elə xəstəxanadaca adını Nihad qoymağa qərar verdilər.
Nihad körpəlikdə çox dəcəl və şirin uşaq olub. Hələ 2-3 yaşında gözdən uzaqlaşan kimi onu tapmaq müşkülə çevrilirdi. Çünki sevimli məşğuliyyətlərindən biri hündürlüklərə çıxmaq idi. Əli çatmayan yerlərə müxtəlif vasitələrlə çıxmağı bacarırdı.
O zamanlar itəndə kimsə onu yerdə axtarmazdı, həmişə hündürlüklərə baxır və dərhal tapırdılar. Daha qorxu və həyəcən yaşamağa gərək qalmırdı. Nihadın sevimli məşğuliyyətlərindən biri də Adilə nənəsinin söylədiyi nağıl və şeirləri əzbərləməsi idi. Nənəsi hər gecə bir neçə nağıl söyləyərək onu yatırardı. Hər nağıl qəhrəmanı haqqında xeyli suallar verirdi, onlar haqqında hər şeyi bilmək istəyirdi. Hər dəfə nağıl söyləyəndə nənəsini sual yağışına tutardı. Nənəsi nağılı qısa kəsmək istəyəndə Nihad imkan vermirdi. Çünki nağılları əzbərdən bilirdi.
Nihad atası ilə gəzməyi sevərdi. Çünki atası onu kiçik yaşlarından muzeylərə, “Qız qalası”na və bu kimi tarixi əhəmiyyət kəsb edən bütün yerlərə aparar, hər birinin tarixi haqqında ona məlumat verərdi. Hər dəfə atasının istirahər günü olanda Nihad bayram edərdi.
Nihadın atasının polis olması onun gələcək həyatına da təsir etdi. Ağlı kəsəndən atasını polis formasında görməsi Nihadın peşə seçiminə də təsir etdi. Həmişə deyirdi ki, mən böyüyəndə polis olacam. Atasının iş yerinə gedəndə bir neçə gün bu barədə fəxrlə, ürək dolusu danışardı.
Nihad idmanla məşğul olmağı, kitab oxumağı, şeir yazmağı, futbol oynamağı və seyr etməyi çox sevirdi.
Qeyd etdiyimiz kimi hələ kiçik yaşlarında çoxlu nağıllar, şeirlər bilirdi. Yazmağı, saymağı isə ona Xatirə xalası öyrətmişdi.
Nihad uşaqlıqdan alış-verişi də çox sevirdi. Özünə bir şey almadan mağazadan qayıtmazdı. Ona çatan pul olmayanda mağazaya düşmürdü. Ən maraqlı hadisə Nihadın Heydər Əliyev adına liseyə daxil olması idi. Həmin gün ailələrinin sevincinin həddi-hüdudu yox idi.
Nihad I sinfə qədəm qoyduğu vaxtdan müəllimi həmişə deyirdi ki, Nihad çox istedadlıdır. Nihadın üzərində ciddi nəzarət etmək lazımdır ki, bu cür uşaq arada adiləşməsin. Rüxsarə müəllim Nihada qayğı ilə yanaşırdı. Kiçik yaşlarından dinlədiyi və öyrəndiyi nağıllardan, şeirlərdən bəhrələndiyini qeyd edirdi. Rüxsarə xanım bir pedaqoq kimi məktəbəqədər dövrlərindən başlayaraq nağılların, şeirlərin öyrədilməsindın uşağın gələcək taleyinin asılı olduğunu deyirdi. Həmişə bu cür uşaqlar həyatda öz layiqli yerlərini tutmağı bacarırlar. Mən inanıram ki, Nihad da uca zirvələrə qalxacaq deyirdi.
Nihad Qardaşxan oğlu Mehdizadə 1994-cü il dekabrın 17-də Sumqayıt şəhərində anadan olmuşdur. 2000-ci il də Nərimanov rayonundakı 73 saylı orta məktəbin I sinfinə gedib. 2004-cü ildə ibtidai təhsilini orada başa vuraraq Heydər Əliyev adına liseyə daxil oldu. O, dərslərini 4-5 qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər isə tarix, ədəbiyyat, ingilis dilidir.
I sinifdə “Əlifba bayramı”nda aparıcı olub. Liseydə Xocalıya həsr olunmuş tədbirdə iştirak edib. Mərhum prezident Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş futbol çempionatında II yerə layiq görülərək diplom və medalla təltif olunub. Təhsildə qazandığı uğurlara görə ilk müəllimi olan Rüxsarə xanıma, futbolda qazandığı uğurlara görə isə Sənan əmisinə borcludur. Futbolu seçməyində Sənan əmisinin böyük rolu olub. Gələcəkdə daxili işlər nazirliyinin əməkdaşı olmaq istəyir. Bu fikrə uşaq yaşlarından atasını polis formasında gördüyü vaxtlardan düşüb. Asudə vaxtlarında musiqiyə qulaq asaraq idmanla məşğul olmağı çox sevir. Yazdığı şeirlərin bir neçəsini sizinə təqdim edirik.  

Ey dost, dəyişən dövrana bax sən

Bu nə taledir, bəs bu nə qismət ?
Işıqlı həyatlar olubdur zülmət,
Sevgi dolu qəlbə dolubdur nifrət,
Nifrəti güclənən insana bax sən,
Ey dost, dəyişən dövrana bax, san.
Insanlar olubdur bir birinə düşmən,
Buna nə səbəb var? Niyə? Neyçün? Nədən?
Bir- irinə zərər verir hansı səbəbdən?
Bax, dosta quyu qazan düşmənə bax, sən,
Ey dost, dəyişən dövrana bax, sən.
Həyat bir teatr, biz oyunçu,
Yoxdur bu oyunun məgər bir sonu,
Düşmənlər geyirlər yaxın dost donu
Mələk cildinə girmiş şeytana bax, sən,
Ey dost,dəyişən dövrana bax, sən.

Qaçqın

Yadıma öz yurdum düşür, bilmirəm ki, neyləyim.
Bir də haçan qayıdaram öz yurduma - yuvama,
Qaçqınlıqla yazılıbmı bu bəxtim, bu taleyim ?
Mən bəxtsiz həsrət qalmışam öz doğma el - obama
Necə həsrətlə baxıb o dağların yollarına,
Hər şeyi xatırlayıb hey oturub ağlayıram.
Qaçqın sözü yük olubdu, yüklənibdi qollarıma,
Daha qalmayıbdı gücüm bir zülümlə saxlayıram,
Nihadan bağlıyam o el-obaya,
Bağlıda olmuşam əzəl bir gündən,
Hər dəfə əl açıb yalvarıram tanrıya,
Qaytarsın məni yurduma məni yenidən.

Qarabağ

Dünənimsən, bu günümsən, sabahımsan Qarabağ,
Meşələrin üstü pərvaz edir yenə də quzğun,
Havasın qoxuyacam o doğma yurdun
Keşiyində dayanıb qorxmaz, mərd ordun
Almağa qadirik səni hər an hər zaman Qarabağ,
Nə olar ya rəbim məni yurduma qaytar,
Düşmən tapdağındadır o gözəl diyar.
Qorxmaz əsgərlər olan bir ordumuz var,
Səni qaytarmağa bəs edər bir hərbi fərman Qarabağ,
Duy mənim səsimi eşit ey vətən !
Mən də biriyəm artıq igid əsəgərindən,
Sən işğal altında olan əzəl bir gündən
İntiqam atəşi ilə yanır Azərbaycan, Qarabağ !
Gələcək planları oxuduğu liseyi əla qiymətlərlə başa vurmaq, Polis Akademiyasına daxil olaraq valideynlərinə fərəh hissi bəxş etməkdir.
e-mail: nihadmehdizade@box.az

Комментариев нет:

Отправить комментарий