Nəzrin Emin qızı Rzayeva 19 fevral 2000-ci ildə Bakı şəhərində dünyaya göz
açıb. Gəlişi ilə xüsusilə Xanım nənəsini sevindirib. O, Xanım nənənin 65 illik
yubleyinə əsl hədiyyə oldu. Bu balaca qızın gəlişinə hamıdan çox sevinən bacısı
Nərmin oldu. Elə Nərminini adına uyğun da Nəzrin adı qoyuldu.
O da bacısı kimi 5 yaşında oxumağı, riaziyyatı, ingilis və rus dillərini
öyrənməyə başladı. Rus dilini tərbiyə aldığı uşaq bağçasında Elmira müəllim öyrədirdi.
İngilis dilini isə kiçik bibisi Nəzakət xanım həm ona, həm də bacısına öyrədirdi.
Oxu və riaziyyatı isə anası ilə məşğul olurdu. Bu dərslər ona daha çox əyləncə
kimi gəlirdi. Çünki azyaşlı olmasına baxmayaraq, hər şeyi asanlıqla qavrayır,
yadda saxlayırdı.
Onun əlinə qələm alıb əsl məktəbli olmasında ilk müəllimi Həqiqət Rzayevanın
böyük zəhməti olmuşdur. Həqiqət xanımın əvəzedilməz zəhməti, tələbkarlığı sayəsində
Nəzrin sinifdə həmişə birinci olurdu. Hazırda Nəzrin Xəzər Unversitetinin
“Dünya” məktəbində təhsil alır. Burada Nəzrinin yeni istedadları üzə çıxdı. Rəqsə
meyli orada aşkar edildi. Həm milli, həm də əcnəbi rəqsləri ifa edir. Nəzrin əvvəllər
xorda, son tədbirlərdə isə solist kimi mahnılar da ifa edir. Şəkil çəkməyi,
naxış tikməyi ilə valideyn və müəllimlərini heyrətləndirir. Bu dediklərimizə şeir
yazmaq bacarığını da əlavə etsək Nəzrinin açılmayan tərəflərini bu məktəbdə kəşf
etdilər deyə bilərik.
“Dünya” məktəbinin müəllim kollektivi Nəzrinin hər kiçik həvəsini
qığılcımından alova çevirə bilib. Nəzrin ingilis dilində yazdığı şeirə görə
müsabiqədə II yeri tutmuşdur. O, tez-tez ədəbiyyat, ingilis dili, incəsənət
müsabiqələrində çıxış edib. Müxtəlif sahələrdə çıxış etməklə o, elə bil özünü
axtarır. Ən çox hansı sahədə istedadlı olduğunu öyrənməyə çalışır. Dərslərində
çalışqandır, əlaçı olmağa can atır. Sevdiyi fənlər əsasən ədəbiyyat, Azərbaycan,
rus və ingilis dili, riaziyyat, musiqi, rəsm, aerobika və rəqsdir. “Dünya” məktəbi
dərs ili müddətində tez-tez tədbirlər keçirir. Bunlardan xeyriyyə tədbirləri,
konfranslar, təqvim üzrə bayram və anım günləri, son zəng və buraxılış konsertləri
və.s. adını çəkmək olar.
Rəqsə marağı Aida xanım, ingilis dilində şeir yazmağı Günel xanım, ədəbiyyata
marağı Şəhla və Mədinə müəllimləri, rəsmə və tikişə marağı Fəridə müəllim,
musiqiyə, mahnı oxumağa marağı Mehriban müəllim yaradıb. Məktəb kitabxanasından
çox yararlı surətdə istifadə edir. Əsasən Azərbaycan və ingilis dillərində
kitabları mütailə edir. Son oxuduğu kitablar Azərbaycan dilində Ərdoğan
Tuncanın “Soyuq su”, “Heraklın 12 qoçaqlığı”, “İxtiralar və kəşflər”, ingilis dilində
“Mayk və pişik”, “Ağ və qırmızı qızıl gül”, “Mister Bin şəhərdə”, “Cen Eyer” və.s.
Asudə vaxtlarında bütün uşaqlar kimi əyləncəli yerlərə, gəzintiyə,
parklara, şəhərimizin görməli-gəzməli yerlərinə gedir. Evdə olduğu zaman isə
mahnı dinləyir, karaoke oxuyur, rəsm çəkir, internet vasitəsilə onu
maraqlandıran məlumatlar alır.
İlk dəfə səhnəyə, rəqs etməyə çıxdığı gün çox həyəcanlı idi. “Dünya” məktəbinin
böyük konsert zalındakı tamaşaçıların arasında anası, bacısı və qardaşı da var
idi. Səhnədən sonra paltarını dəyişib anasına yaxınlaşanda elə bilirdi ki, hamı
onu baxışları ilə izləyir. Həm utanır, həm də içində gizli bir sevinc hissi
keçirirdi. Anası rəqsini videolentə çəkdiyi üçün evdə bütün ailə üzvlərilə
birlikdə Nəzrin də öz ifasına baxdı. Rəqsə baxdıqca eyni həyacanı, eyni sevinci
bir daha yaşadı. Tədbirlərdə yeni rəqslərlə çıxış etmək istəyi içində baş
qaldırdı.
Valideynləri Nəzrini gələcəkdə dil və ədəbiyyat müəllimi yaxud tərcüməçi
kimi görmək istəyirlər. Şəxsiyyət kimi yaddaşın tarixindən hər bir insan
yaşamaq istəyir. Bunun üçün sadəcə layiqlı vətəndaş olmaq kifayətdir. Vətənimizi
hər yerdə ucaltmaq üçün onun hər sahədəki inkişafını təbliğ etmək lazımdır.
Gələcəkdə Nəzrinə işıqlı,
parlaq bir gələcək, valideynlərinə və Vətəninə layiq alnıaçıq, üzüağ bir insan
olmasını arzu edirik.
Комментариев нет:
Отправить комментарий