elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Əliyev Elgün Budaq oğlu

Arzu yüksək idealara gedən uzun bir yoldur. Arzunun sərhədi, hüdudu olmur. Peygəmbərimiz Həzrəti Mühəmməd (s.ə.s) demişdir: “Bələkdən, məzar evinə kimi oxumaq lazımdır”.
Hər valideynin ən müqqəddəs arzusu övlad şərəfini əziz tutmaq, onu gələcəyin mükəmməl insanı kimi böyütməkdir. Xoşbəxt ana o kəsdir ki, övladlarının xoş sədası gəlir. Ağıllı, zəkalı, qeyrətli, savadlı, vicdanlı övlad böyütmək ana şərəfi, ana qüruru deməkdir. Məqsədə çatmaq üçün insanın özünə inamı olmalıdır. İnam insana güc, qüvvə verir. Ana məhəbbəti övlada güc, inam, səadət, xoşbəxtlik nəsib edir. Uca Rəbbimiz həmişə anaların arzusuna nail olmağa kömək edir.

Barəsində söhbət açacağımız Elgünün də anası belə analardandır. Elgün Budaq oğlu Əliyev 1997-ci il avqustun 28-də Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Qaraçuxur qəsəbindəki S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın I sinfinə getmişdir. Həmişə məktəbin seçilən şagirdləri sırasında olub. Mükəmməl, savadlı və ağıllı şagird olduğuna görə VI sinifdə müsabiqə yolu ilə Nizami rayonundakı “Zəngi” liseyinə qəbul olunmuşdur. Təhsil aldığı hər iki məktəbdə daim ictimai işlərdə də fəal olub. Bütün qiymətləri əla olub. Elgünün istedadını, bacarığını, uğurlarını məktəb rəhbərliyi də yüksək qiymətləndirmişdir. VII sinifdə oxuyanda “İlin ən yaxşı şagirdi” seçilmişdir. Bütün müəllimlər tərəfindən sevilən Elvin ailənin və məktəbin fəxridir. 

Комментариев нет:

Отправить комментарий