Ceyhunun adını nənəsi qoyub.
Körpəlikdə zəif olmasına baxmayaraq çox dinamik bir idi. Böyüdükcə təbiətə, əsasən
də heyvanlar aləminə tamaşa etməyi xoşlayırdı. Çox şeyə diqqət etməsinin nəticəsi
idi ki, oxumağı öyrəndiyi ilk vaxtlarda kəndin torpaq və çınqıllı yolu ilə
Bakıya üz tutarkən, kəndin əsas qapısının üzərinə yazılmış “Yaxşı yol” sözlərini
oxuyaraq “ata bunun harası yaxşı yoldur” demişdir.
Ceyhun Sadiq oğlu Nəsibbəyli 1988-ci
ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri
Xətai rayonundakı 48 saylı orta məktəbin I sinfinə daxil olub. 2006-cı ildə orta
təhsilini başa vuran Ceyhun yeni açılmış Azərbaycan Turizm İnstitunun turizm və
sosial-mədəni servis fakultəsinə qəbul olub.
İnstitutda oxuduğu illər ərzində
ATİ ilə Avstriyanın Krems Otelçilik İnstitutu arasında bağlanmış müqaviləyə əsasən
həmin institutu da bitirib. Bu instituta qəbul ATİ-nin tələbələri arasından
ingilis dilini mükəmməl bilən və bu dildən sertifikatı olan tələbələrdən
seçilmişdi. Həmin institutda bütün dərslər ingilis dilində keçirilirdi. Oxuduğu
illər ərzində yay tətillərində iki dəfə xarici ölkədə, Türkiyə və Yunanıstanda
təcrübə keçib. Ali təhsili 2010-cu ildə bitirib ordu sıralarına çağırılıb və
2011-ci ildə tərxis olunmuşdur.
Azərbaycanın gözəl təbiəti, qədim
tarixi abidələri həmişə onun maraq dairəsində olub. Məhz zəngin mədəni irsimiz,
gözəl təbiətimiz, qədim tarixi abidələrimiz və əsrlərdən süzülüb gələn milli adət-ənənələrimizin
yaratdığı təəsüratlar və onu ATİ-yə gətirib çıxarıb.
Ceyhunu dinləyək: “ - Orta məktəbi və institutu
yaxşı və əla qiymətlərlə başa vurmuşam. Həyatımın ən uğurlu günü instituta qəbul
olunduğum gün olub. Bütün nailiyyətlərimdə ilk növbədə valideynlərimə və müəllimlərimə
borcluyam. Mənim formalaşmağımda onların rolu danılmazdır. Ali təhsilimin
reallaşmasında, qazandığım və qazanacağım nəticələrin arxasında dövlətimizi,
TQDK-nın ədalətli qəbul qaydaları və nəzdində olduğumuz Mədəniyyət və Turizm
Nazirliyinin göstərdiyi qayğılar durur. İxtisasa yiyələndikdən sonra doğma Azərbaycanımızın
turizm potensiallarını artırmaq, onu bütün dünyaya çatdırmaq və bunun üçün var
qüvvəmlə, aldığım biliklərlə Azərbaycanın turizm sektorunu iqtisadiyyatın ən gəlirli
sahəsinə çevirmək ən böyük arzumdur. Boş vaxtlarımda təbiəti seyr edirəm və
kitab oxumağı çox sevirəm”.
Комментариев нет:
Отправить комментарий