Ülviyyə ali, yüksək,
uca mənasını verir. Qəhrəmanımız da bu adı daşıyır. O, uşaqlıqdan sakit, sözəbaxan,
ağıllı olub.
Əvvəlcə bədii gimnastika, sonra rəqs ilə məşğul olub. Şəkil çəkmək də ən
sevimli məşğuliyyətlərindən biri idi. Artıq 4 yaşından oxuyub-yazırdı. Birinci
sinfə gedəndə paralel sinfin müəllimi Ülviyyəni çox xoşladığından dərs ilinin
ilk günləri onu öz sinfində otuzdurdu.
Ülviyyə Arzu qızı Miriyeva
1988-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri
Yasamal rayonu İ. İbrahimov adına orta məktəbin I sinfinə daxil olub. 2005-ci
ildə həmin məktəbi bitirib və Azərbaycan Dövlət Neft Akademiyasının kimya
texnologiya fakültəsinə daxil olub. İxtisas seçimi zamanı neft qaz alternativ
enerji texnologiyası ixtisasını seçib. 2009-cu ildə bakalavr pilləsi üzrə ali təhsilini
başa vurub. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademyasının texnologiya
fakültəsinin magistratura pilləsinə neft-qaz emalı ixtisası üzrə daxil olub. Hazırda
magistratura pilləsinin tələbəsidir. H. Əliyev adına Neft Emalı Zavodunun təqaüdünə
layiq görülüb. İndiyə kimi bu təqaüdü alır.
Bundan
başqa ödənişsiz oxuduğundan akademiyadan əlaçı təqaüdü alır.
Anası
kimyaçı olduğundan onun da kimyaya həmişə marağı olub. Məktəbdə kimya fənni
keçməyə başladığı vaxtdan sinifdə fərqlənib.
Məktəbdə
əla qiymətlərlə oxuyub. Kimya, riyaziyyat, fizika fənlərini sevirdi. Bu fənlər
üzrə olimpiadanın şəhər turunda II olub. Ali məktəbdə də əla oxuyub. Üzvi kimya
fənnini çox sevir.
Həyatının
hər gününü maraqlı yaşamağa çalışır. Uğur isə onu təqib edir desə, yanılmaz.
İxtisasına
yiyələnməkdə müəllimlərinə, valideynlərinə borcludur.
İxtisasını
neft və qaz emalı olduğuna görə Azərbaycanın ilk neftçi alimi və kimya elimlər
doktoru Mövsüm bəy Xanlarovu böyük mütəxəssis hesab edir. Bakıda neft sənayesi
işçiləri üçün təlim məktəbinin açılması və neft zavodlarında labaratoriyaların
yaradılması onun adı ilə bağlıdır.
Ali
məktəbə qəbul olduğunu ilk olaraq əmisi internet vastəsilə öyrənərək ona xəbər
vermişdi. O, gün ən xoş günlərindən biridir. Təhsilini başa vurduqdan sonra neft
şirkətlərinin birində və ya akademyada işləmək istəyir. Elmin pillələrində akademik
zirvəsinə qədər ucalmağı niyyətləyir.
Asudə
vaxtlarında musiqi dinləyir, kitab oxuyur.
Комментариев нет:
Отправить комментарий