Elmirə
adını ata babası anasının adına uyğun olduğu üçün qoyub. Elmir körpəlikdə çox
maraqlı uşaq olub. Dolabda olan qabları sındırırdı, amma sakit oturmağı başa
salanda qulaq asırdı. Cizgi filimlərini xoşlayırdı. Bağçaya gedərkən əl çantasını
ancaq özü hazırlayardı. Əks halda çantasız gedərdi. Məktəbə gedənə qədər oxuyub-yazmağı
bilirdi. Bunu atasından öyrənmişdi. Bir gün Elmir həyətdə oynayarkən qonşuları
Sevda xanım ona pul verib çörək və su almağı tapşırır. Elmir bunları alıb Sevda
xanıma verir və pulun qalığını ona qaytarır. Sevda xanım Elmirin getmədiyni
görüb nə istədiyini soruşur. Elmir ona zəhmət haqqının verilməsini istəyir. Bu əhvalat
Elmirin 4 yaşı olanda baş verib.
Elmirin
idmana marağı çox böyükdür. Bu maraq onda idman çantası ilə gedib gələn uşaqlar
gördükdən sonra yaranıb. Elmir Zaur oğlu Mirizadə 27 dekabr 1997-ci ildə Bakıda
anadan olmuşdur. Xirdalan şəhər 1 saylı orta məktəbdə oxuyur. İdmanın kinqboksinq
növü ilə məşğul olur.
Elmir:
“ - Dərslərimi yaxşı oxuyuram. Ən sevdiyim fənlər riyaziyyat, tarix və ana dilidir.
Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Xocalıya aid mərasimdə
şeir söyləmişəm. Novruz bayramında keçirilən mərasimdə idman fəndləri göstərmişəm.
Məktəbdə hər il əlaçı olmaq mənim arzumdur. Novruz bayramına həsr olunmuş kinqboksinq
üzrə açıq birincilikdə Qazağıstan idmançısını məşğul edərək III yerə layiq
görülmüşəm. Karate-do Federasiyaları Assosiasiyasının imtahanlarında 7 kyü sarı
kəmər, 6 kyü narıncı kəmər və 5 kyü yaşıl kəmərlə təltif olunmuşam. 2009-cu ildə
Azərbaycan Respublikası Syuri Şotakan karate-do klubunun təşkil etdiyi etdiyi
turnirdə III yerə layiq görülmüşəm. Abşeiron Bilgisayar Texnologiyaları Mərkəzinin
bilgisayar proqramları üzrə hazırlıq kursunu bitirmişəm.
İdman
sahəsində uğur qazanmağımda ilk növbədə məni həvəsləndirdiyinə görə atama,
sonra idman müəllimim Vüqar Aslanova borcluyam. Gələcəkdə polis orqanlarında
işləmək istəyirəm. Bu fikrə uşaqlıqdan gəlmişəm. Çünki babam Xudaş Miriyev nümunəvi
polis işçisi olub, indi isə təqaüddədir.
Asudə
vaxtlarımda kitab oxuyur, musiqi dinləyir və bacardığım qədər musiqi alətlərilə
ifa edirəm. 29 dekabr 2005-ci ildə “Olaylar” qazetində sinfimiz və o cümlədən mənim
haqqımda məqalə dərc olunmuşdur. Rəqs etməyi çox xoşlayıram, çünki rəqs edəndə
dincəlirəm. Xoşbəxtliyi can sağlığında, sağlam bədəndə və uğurlu ailədə görürəm.
Əgər polis orqanlarında işləsəm, nümunəvi polis işçisi olsam və mənim əməlimdən
xalqım razı qalsa özumu xoşbəxt sayaram. 2007-ci ildə Novruz şənliyində maraqlı
rəqs etdiyimə görə Abşeiron rayon icra hakimiyyətinin başçısı mənə təşəkkürünü
bildirdi.
Məktəbi əla qiymətlərlə
bitirib Polis Akademiyasına daxil olmaq istəyirəm. İdmandakı uğurlarımı davam
etdirəcəm. Uşaq olanda babam məni Lənkəranda general Həzi Aslanovun ev muzeyinə
aparmışdı. Orada Həzi Aslanovun hərbi geyimini orden və medallarla gördüm və
böyüyəndə tarixə düşmək arzusu ürəyimdən keçdi. Mənim fikrimcə insan oz xalqını
sevərsə və xalqının rifahı üçün vicdanla işləyərsə o xalqının yaddaşında
qalacaqdır. Mən bu yolda addımlamaq istəyirəm”.
Комментариев нет:
Отправить комментарий