elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 августа 2012 г.

Abdullayeva Ülviyyə Fuad qızı

Ülviyyə körpəlikdə çox şən, mehriban uşaq olub. Rəsm çəkməyə, rəqs etməyə böyük həvəsi olub. Həmişə dizayner olacağını söyləyirdi. Gözəl paltar modelləri fikirləşər, çəkərdi. Rəqsə olan həvəsi onu neçə illər “Spayder” şou-balet qrupunda iştirak etməsinə səbəb oldu. Həmişə xarici dillərə həvəs göstərib. Bu onun rus, türk, ingilis, yapon dilləriylə yaxından tanış olub, onları öyrənməyə meyl etməsində özünü büruzə verirdi. 4 yaşından artıq hərfləri tanımağa başlamış, 5 yaşında sərbəst yazıb-oxuyurdu. Bu maraqlar onda anası, nənəsi, rəsm çəkmək həvəsini isə atası tərəfindən oyadılmışdı. Çünki atasının da gözəl rəssamlıq qabiliyyəti var.
Ülviyyə Fuad qızı Abdullayeva 1992-ci il martın 2-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonu 102 saylı orta məktəbin I sinfinə getmiş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. 31 may 2010-cu ildə əla qiymətlərlə məktəbi bitirərkən nümunəvi davranışa görə diplomla təltif edilmişdir. IV sinifdə oxuyarkən məktəblərarası mahnı, rəqs, şeir müsabiqəsində “Qaraçı” rəqsi ifa edib və mükafatlandırılıb. Dəfələrlə məktəb, rayon olimpiadalarında qalib olub.
2010-cu il Moskvada RDTU-ya qəbul olub. Hazırda II kurs tələbəsidir. Dərs əlaçısıdır. Ən uğurlu günü ali məktəbə qəbul olduğu gündür. Təhsildəki uğurlarına görə özünü valideynlərinə borclu sayıram. Bu sahəni seçməsində anasının rolu böyük olub. Gələcəkdə peşəkar həkim-ginekoloq olmaq istəyir.
Uşaqlıqdan yapon dili tərcüməçisi olmaq istəsə də, yuxarı siniflərdə fikrini dəyişib həkim olmağı planlaşdırıb. Yapon dilini isə müstəqil öyrənməyi qərara alıb. Şəkil çəkməyi, musiqi dinləməyi və üzməyi çox sevir.
Gələcəkdə xalqa, vətənə layiqli vətəndaş, seçdiyi sənətin kamil bilicisi olmaq istəyir. Vətəndən uzaqda Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edir. AMOR-un üzvüdür.
Ali məktəbi bitirdikdən sonra elmi axtarışlarla da məşğul olmaq, bir neçə əlavə dil öyrənmək, dizaynerlik sahəsində də özünü sınamaq niyyətindədir. Hazırda yad ölkədə Azərbaycanın adını doğrultmaq, ona layiqli vətəndaş olduğunu sübut etməklə bir gənc kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. 

Комментариев нет:

Отправить комментарий