elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Qurbanzadə Ağazeynal Ceyhun oğlu



Babasının adı Ağazeynal olduğuna görə adını nəvəsinə vermişik. Körpəlik yaşlarından çox fəal, ətraf mühitdə olan hər şeylə maraqlanırdı. Yaşının az olmasına baxmayaraq məntiqli sulalları çox idi. Ən çox xoşladığı məşğuliyyəti rəsm şəkmək, musiqiyə qulaq asmaq və şahmat oynamaq idi. Adətən 3-4 yaşlarında oğlanların oyuncaqlara marağı olduğu halda, Ağazeynalın meyli dəftər-kitaba idi. Artıq 5 yaşında onun xeyli maraqlı kitabları var idi. O, bunlardan çox həvəslə istifadə edirdi. Birlikdə kitab oxuyurduq, şəkil çəkirdik. Məktəbə gedəndə isə o artıq yazmağı-oxumağı bilirdi. Ağazeynal uşaq vaxtı çox dəcəl olub. O, öz yaşıdları ilə heç yola getmirdi. Ancaq böyüklərlə söhbət etmək, oynamaq, suallar verib informasiya toplamağı xoşlayırdı. 4-5 yaşlarında özünəməxsus danışığı ilə seçilirdi. Kosmosla, planetlərlə yaşına uyğun olmayan hər şeylə maraqlanırdı. I sinifdə müəllimi yaxşı oxumağına, savadlı danışıq qabiliyyətinə görə onu ən üstün sayırdı. Hətta müəllimi onu zarafatca professor deyə çağırırdı. Hazırda bir əlaçı kimi şərəf lövhəsinə layiq görülüb.
Ağazeynal Ceyhun oğlu Qurbanzadə 2000-ci il avqustun 17-də Bakı şəhərində anadan olmuşdur. Hazırda 310 saylı orta məktəbin V sinfində oxuyur. Təhsil ilə yanaşı şahmat oynamağa, şəkil çəkməyə marağı böyükdür. Basketbol oynamağı sevir.
Təbiətşunaslıq müəllimi Esmira Babayeva: “ - Ağazeynal ağıllı, tərbiyəli, sakit, dərslərində fəal şagirdlərdən biridir. Ağazeynalın dərsə davamiyyəti, müəllimlərə hörmət etməsi onun gözəl tərbiyəyə malik olmasını göstərir. Mən onu bu bir il ərzində necə fəal, çalışqan, dərsə böyük həvəsi olduğunu görurəm, əlbəttə bu məni çox sevindirir. Ona uğurlar arzu edirəm və əminəm ki, o həmişə belə həvəskar olacaq”.
Riyaziyyat müəllimi Nigar Həsənova, sinif rəhbəri Rəna Əhmədova da onun haqqında müsbət fikirlər söylədilər.
Ağazeynal dərslərinə həmişə hazır gedir. Riyaziyyat, təbiət və ingilis dili fənlərinə marağı böyükdür. Məktəbdə keçirilən tədbirlərdə iştirak edir. Ən maraqlı günləri atası ilə İstanbul şəhərinə səfər zamanı “Soltan Əhməd”, “Topqapı” saraylarını gəzdiyi günlərdir.
Ağazeynal: “ - Gələcəkdə babam Ağazeynal müəllimə oxşamaq istəyirəm. Babam alimdir, çoxlu kitablar yazmışdır. Onunla söhbət etməyi sevirəm. Çünki babam digər böyüklərdən fərqli olaraq insana öz fikrini açıqca söyləməyə imkan verir. Bu da məndə həvəs yaradır. Arzum astronomiya ilə məşğul olmaqdır. Dörd yaşım olanda atam mənə teleskop almışdı. Göy cisimlərini müşahidə etməyə başladım. Gecələr ulduzları çox seyr edirəm. Onlar necə əmələ gəlməsi məni daim düşündürür.
Akvarel ilə mənzərə çəkməyi xoşlayıram. Hər bir işi səbrlə və sakit görmək istəyirəm. Az danışmağı xoşlayıram. Valideynlərim məni memar görmək istəyirlər. Gələcəkdə ixtiraçı olmaq, ölkələri gəzmək istərdim. Arzum kosmosu öyrənmək, bir planet yaxud ulduz kəşf edib onun adını “Azərbaycan” qoymaqdır”. 

Комментариев нет:

Отправить комментарий