İlqarın adını öz adına uyğun olaraq böyük qardaşı Qoşqar qoymuşdur. Körpəlikdə
İlqar çox dərrakəli, ağıllı, sözəbaxan uşaq olmuşdur. Musiqiyə, incəsənətə
marağı böyük idi. İlqar 2 yaşında Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını əzbərdən
oxuyurdu.
Məktəbə gedənə qədər bağça müəllimləri və valideynlərinin sayəsində yazıb-oxumağı
öyrənmişdi. İlqar uşaqlıqdan canlı təbiəti və heyvanları çox sevirdi. Uşaq
bağçasında hamıdan xəbərsiz öz yeməyini bağçanın həyətindəki pişiklərə verərmiş.
Kənddə nənəsindən, babasından aldığı pulla yiyəsiz itlərə, pişklərə yemək alıb
verərmiş.
İlqar Sahib oğlu Abdullayev 28 fevral 1995-ci ildə Bakı şəhərində
anadan olub. 2001-ci ildə “Zəkalar” liseyinin I sinfinə daxil olub. 2004- cu
ildə isə IV sinfində Heydər Əliyev adına liseyin təhsil almağa başlayıb. 2009-cu
ildən 171 saylı orta məktəbdə təhsilini davam etdirir.
İlqar orta məktəbdə dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri coğrafiya,
Azərbaycan dili və tarixdir. Məktəblər üzrə coğrafiya olimpiadasında I yer
tutub.
İctimai işlərdə də fəallıq göstərir. Xocalı faciəsi tədbirdə iştirak
edib. Gələcəkdə hüquqşunas olmaq istəyir. İnsanların hüquqlarını qorumaq üçün. İdmanın
boks növü ilə məşğul olur.
Arzusu ali təhsil alıb cəmiyyət üçün faydalı bir insan olmaqdır. Bunun
üçün il növbədə orta məktəbi əla qiymətlərlə bitirmək niyyətindədir.
Комментариев нет:
Отправить комментарий