Rəşad İlham oğlu Qurbanov 1997-ci il mayın 20-də
Bakı şəhərində dünyaya göz açıb. Rəşad adını ona atası qoyub. Körpəlikdə
olduqca dəcəl və cəld uşaq olub. Hətta o qədər dəcəl idi ki, 5 dəqiqə sakit
olanda valideynləri təəccüblənərdi. Çünki onun sakit olduğunu heç vaxt görən
yox idi. O, hər gün yeni macəraları ilə yaxınlarını təəccübləndirərdi.
Məktəbə gedənə kimi hərfləri, az da olsa
toplamanı və çıxmanı bilirdi. O, çoxlu nağıllar, şeirlər, təmsillər, hətta
yanıltmaclar da bilirdi.
Rəşad hazırda T. Bağırov adına 59 saylı orta məktəbin
şagirdidir. Təhsildən əlavə şahmatla məşğul olan Rəşadın ən sevimli fənləri ədəbiyyat,
riyaziyyat və tarixdir. Məktəbdə təşkil olunan səhnəciklərdə öz məharətini
sınayır. 2005-ci ildə “Həftə” qəzetinin “Düyməcik” rublikasında “Dahi rəhbər”, elə
həmin ildə “Həftə” qəzetinin “Düyməcik” rublikasında “İlk müəlliməm”, 2006-cı
ildə “Savalan” qəzetində “İlk müəlliməm” adlı şeirləri, 2007-ci ildə “Savalan”
qəzetində “Ördək balası” adlı rəsm əsəri, 2009-cu ildə “Elli” jurnalında “Şəhidlər
xiyabanı” adlı rəsm əsəri işıq üzü görmüşdür. 2005-ci ildə “Cırtdan” jurnalında
çap olunmuş suallara doğru cavab vermiş və A. Şaiq adına Dövlət Kukla Teatrına
bilet qazanmışdır.
Rəşad 2006-cı ilin avqust və oktyabr aylarında “İctimai”
TV-də “Uşaqdan xəbər al” verilişində qardaşı Eltonla birgə iştirak edib.
İbtidai sinif müəllimi Vəsilə Əhmədova Rəşadın gələcəkdə
vətən, xalq üçün gərəkli vətəndaş, vətənpərvər oğul olacağına ümid bəsləyir və
ona uğurlar diləyir.
Riyaziyyat müəllimi Şəhla Məmmədova Rəşadı digər
şagirdlərdən dürüstlüyü, çevikliyi və cəldliyi ilə fərqləndirir. Gələcəkdə
respublikanın qabacıl ziyalıları arasında Rəşadın da xüsusi yeri olacağına ümid
bəsləyir.
Rəşadın rəsmlərində qış fəsli daha çox əksini
tapır. O, yazdığı şeirlərdən və çəkdiyi rəsmlərdən böyük zövq alır.
“Əlifba” bayramında uşaqlar arasında keçirilən
şeir yarışında qalib olduğu günü həyatının ən yaddaqalan və unudulmaz günlərindən
biri kimi dəyərləndirən Rəşad ilk növbədə gözəl bir insan kimi yetişmək istəyir.
Orta məktəbi əla qiymətlərlə bitirib Tibb
Universititinə daxil olmaq Rəşadın ən ümdə istəklərindən biridir. Bunun üçün Rəşad
gecə-gündüz yorulmadan çalışır və istədiyi planları reallaşdırmağa səy göstərir.
Tarixin səhifələrində qalmaq hər
bir şəxs kimi Rəşadın da arzusudur. O, tibb sahəsinin ən güclü mütəxxəssisi
kimi tarixin yaddaşında yaşayacağına əmindir.
Комментариев нет:
Отправить комментарий