Onun adını əmisi Eldəniz bəy qoyub. Əfsanənin dünyaya gəlişi ən çox nənə
və babasını sevindirmişdi. Bu ailədə qız övladı olmadığı üçün onun dünyaya gəlişi
özü ilə bərabər sonsuz istəklər və arzular da gətirdi. Əfsanələr əsrlər boyu
yaşayır. Onun dünyaya gəlişi ilə uzun illər əfsanə görürən arzular reallaşdı.
Nağılları daha çox sevərdi. Uşaqlarla oynamağı elə də xoşlamırdı. Kiminsə
onunla məşğul olmasına daha çox maraq göstərirdi. Bunu isə ailədə heç kəs ondan
əsirgəmirdi. Axı o, ilk nəvə, həm də qız nəvə idi. Çoxlu şeirlər bilirdi. Təhsilə
daha çox marağı var idi. Əfsanə iki yaşındaykən əmisi Elşən bəy ona dünya xəritəsini
öyrətmişdi. İnanmayanlar evə gələndə dərhal xəritə üzərində onu yoxlayırdılar. Ölkələri
və adlarını dəqiqliklə bildirirdi. Ancaq Avstraliya sözünü çətinliklə deyirdi. Nəzərə
alsaq ki, Əfanənin anası Çiçək xanım həm də onun sinif müəllimi olub. Bu halda
onun məktəbə qədər nə dərəcədə yazıb-oxumağı bacardığını təsəvvür etmək çətin
olmaz.
Əfsanə Elçin qızı Eybullayeva 1988-ci il noyabrın 23-də Nefçala
rayonunun Qədimkənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1995-ci il
sentyabrın 1-də Qədimkənd məktəbinin I sinfinə qədəm qoyub. 2006-cı ildə həmin
məktəbin XI sinfini bitirib. ADPU-nun tarix fakültəsinə qəbul olub. Orta məktəbdə
oxuyarkən təhsildən əlavə məktəbin ictimai işlərində, tədbirlərdə yaxından
iştirak edib. Həmçinin məktəblərarası bilik yarışmaları və fənn
olimpiadalarında seçilib. Hələ orta məktəbdə oxuyarkən onda ixtisasına qarşı
maraq oyanıb. Bunun əsas səbəbi atası, həm də sinif rəhbərinin məhz bu
ixtisasın sahibi olmasıdır. Atası onda tarix fənninə qarşı maraq oyadıb. Atasının
yolunu davam etdiməyi qarşısına məqsəd qoyub və onu özünə ideal seçib. Orta məktəbdə
dərslərini çox yaxşı oxuyub və ən sevimli fənnləri tarix, Azərbaycan dili və ədəbiyyatı
olub. Orta məktəbdə oxuyarkən elmi yarışlarda da fəal iştirak edib. IX sinifdə
oxuyarkən Azərbaycan dili və ədəbiyyatı fənnindən olimpiadada qalib gələrək II
diplomla təltif olunmuşdur. Həmin il “Mən rayonumun tarixi, coğrafiyası və təbiəti
haqqında nələri bilirəm” mövzusunda inşa-yazı müsabiqəsinin I dərəcəli diplomuyla
təltif edildi. IX sinifdə 22 aprel-Ümumdünya Yer gününə həsr edilmiş məktəblilərin
“Bizim Xəzər” ekoloji müsabiqəsində bədii-publisistik
işlər üzrə fəal iştirak etdiyinə görə sertifikatla təltif olunub. X sinifdə Azərbaycan
dili və ədəbiyyatı fənni üzrə rayon olimpiadasında II dərəcəli diplomla təltif
olunmuşdur. XI sinifdə də “Mən rayonumun tarixi, coğrafiyası və təbiəti
haqqında nələri bilirəm” mövzusunda inşa-yazı müsabiqəsinin qalibi olmuşdur.
Ali məktəbdə də dərslərini yaxşı oxuyub və ən sevimli fənni Azərbaycan
tarixi fənni idi. Həyatında ən maraqlı və ən uğurlu gün ali məktəbə qəbul olunmağı
barədə eşitdiyi gündür. Çünki bu onun ən böyük arzusu idi. İxtisasına yiyələnməkdə
özünü müəllimlərinə borclu bilir. Amma hesab edir ki, bu sənəti seçməyində
atasının daha böyük rolu olub. Atası onun idealıdır.
Onu ali məktəbə hazırlayan müəllimlərinə minnətdardır, çünki onların
səyi nəticəsində bu səviyyəyə çatmışdır.
Xoşbəxtliyi bundan sonra əldə edəcəyi uğur və nailiyyətlərdə görür.
Asudə vaxtlarında daha çox musiqi dinləməyi və bədii kitablar oxumağı
xoşlayır.
Riyaziyyat və informatika müəllimi Nəzakət Cəfərova: “ - Əfsanə
haqqında fikirlərimi bir az qeyri-rəsmi şəkildə bildirmək istəyirəm. Çünki qəlbimdə
Əfsanə haqqında olanları bölüşmək imkanını əldən vermək istəmirəm.
Əfsanəyə V sinifdən riyaziyyat fənnini, X-XI siniflərdə həm də informatikanı
tədris etmişəm. İlk tanıdığımda gördüyüm
və qəlbinin saflığından xəbər verən məsum təbəssümü üzündən heç vaxt əksik
olmayıb. Əfsanə bu gün gənclərimizdə çox arzulayıb az rastlaşdığımız, qiyməti
ölçüyə gəlməyən daha bir keyfiyyətə malikdir -yüksək mənəviyyatlı, çox dəqiq
ölçülmüş etik davranışlı, gözəl əxlaqlı əsl azərbaycanlı qızıdır. Böyüyə hörmət
onun həyatının ideyasıdır. Amma maraqlıdır ki, həm də sözündən dönməz, məqsədinə
inadkar, gedəcəyi yolda cəsarətli addımlarla irəliləyən biridir. Yəqin bu onun
yaşlılar demişkən “qabiliyyətli qız” olmasından irəli gəlir.
Bilirəm ki, Əfsanə yüksəklikləri fəth etmək bacarığına malik biridir.
Bu yolda ona uğurlar diləyirəm”.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Arif Həziyev: “ - Şagird adını
şərəflə daşımaq, bu ada layiq olmaq hər bir insanın müqəddəs borcudur. Bu adı
ucaldan hər bir şagird xoş sözlərə layiqdir. Belə şagirdlər haqqında hər hansı
yazı hazırlamaq, onların fəaliyyət yollarını təbliğ etmək təqdirə layiqdir.
Qabaqcıl şadirdlərimdən biri Əfsanə haqqında söz açmaq istəyimiz elə
bu ovqatdan yarandı.
Məktəbə getdiyi gündən çalışqanlığı, ciddiliyi, davranışı ilə seçilən
şagirdlərdən oldu. Əfsanə işgüzar, yaradıcı təfəkkürlü, ziyalı qızlarımızdandır.
Arzum onu XXI əsrin
intellektual səviyyəli insanları sırasında görməkdir”.
Комментариев нет:
Отправить комментарий