Hüsniyyənin
adı “Qurani Kərim”dən götürülüb. O, körpəlikdə aktiv, maraqlı uşaq olub. Əsas məşğuliyyətləri
şəkil çəkmək və rəqs etmək idi. Lap körpəlikdən yaşına uyğun olmayan musiqi
duyumu olduğu olunurdu.
Hüsniyyə
Qabil qızı Əliyeva 19 avqust 2001-ci il Bakı şəhərində anadan olub. III sinfə qədər
17 saylı orta məktəbdə təhsil alan Hüsniyyə hazırda 261 saylı orta məktəbin VII
sinif şagirdidir.
Təhsildən
əlavə şəkil çəkməyə marağı var. Süleyman Ələsgərov adına 1 saylı Uşaq Musiqi Məktəbinin
III sinfində oxuyur. Muğam və fortepiano dərsləri alır.
Onun
fikrincə ən yaddaqalan günləri orta məktəbə və musiqi məktəbinə getdiyi günlər
olub. Dəfələrlə ATV telekanalında uşaq moda verilişində çıxış edib. Xoşbəxtliyi
sağlam olmaqda, tamaşaçı kütləsinin rəğbətini qazanmaqda görür. İlk uğurunu hələ
4 yaşında Aybəniz Haşımovanın təqdimatında “Çıraq” verilişində əldə edib
Hüsniyyə.
Ən böyük arzusu orta və musiqi məktəbini əla qiymətlərlə
bitirib musiqi üzrə ali təhsil almaqdır. Konservatoriyanı bitirib peşəkar
musiqi ilə məşğul olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий