Nə qədər qəribə görünsə də Zəhranın
adı anasına yuxuda deyilib və bunu cənabı Haqqın bir lütfü, bir ilhamı kimi qəbul
edib riayət ediblər.
Zəhra son dərəcə fəal, şox surətli
inkişaf edən bir uşaq olub. 7-8
aylığından danışmağa, 9 aylığından etibarən isə birdən-birə qalxıb (iməkləmədən)
yeriməyə başlayıb. Həddən artıq sual
verməyi xoşlayıb, “ilan boğan vaxtı” deyilən vaxtda quşları, heyvanları tutmağa
cəhd etməkdən çəkinməyib. Kitab, jurnal
vərəqləməkdən, şəkillər cızma-qara etməkdən zövq alıb. Böyüklərdən, televizordan eşitdiyi və
anlamadığı bütün sözlərin mənasını israrla öyrənməyə çalışıb və elə ertəsi gün
də həmin sözlərin bir çoxunu leksikonuna daxil edib.
3 yaşında, hələ yazıb-oxumaq bilmədiyi
halda, sadəcə bir neçə dəfə müşahidə etmək və dinləməklə ərəbcə namazı hafizəsinə
həkk etmiş, bir neçə gündən sonra isə bunu olduğu kimi, heç bir artıq və əksiyə
yol vermədən təqlid etməyə başlamışdır.
Yaşı irəlilədikcə (4-5 yaşlarında) valideynlərinə məktublar yazmağa,
açıqcalar tərtib edib, şeirlər həsr etməyə başlayıb.
Səyahət etməyi həddən artıq sevir. Tarixi
məkanlar, qədim sivilzasiyalar, Yaradan, bu dünya, o dünya haqqında suallar
verməyi xoşlayır. Səlist danışmağı, gözəl
nitqi, intonasiyanı çox dəyərləndirir və özü də bu bacarığa nail olmağa
çalışır. Yəqin bu özəlliyinə görədir ki,
uşaq bağçasında keçirilən bütün tədbirlərdə ona aparıcı, diktor rolları, səhnəciklərdə
əsas obrazlar tapşırılıb. İstər intellektual,
istərsə də əyləncə xarakterli yarışmalarda iştirak etməyi çox sevir. Həmyaşıdlarından
fərqlənməyə, onlardan bir addım öndə olmağa can atır. Məğlubiyyəti heç sevmir və belə bir sonluqla
qarşılaşdıqda nəticəsini uzun müddət həzm edə bilmir, bu prosesi çox ağrılı
keçirir. Məntiqə və təhlilə çox
meyllidir. Ətrafında baş verən bütün
prosesləri düşüncə süzgəcindən keçirməyi və mövqe formalaşdırmağı sevir. Bir qədər
laqeyd, etinasız və soyuqqanlı uşaq təsiri bağışlasa da, əslində daxili aləmi
son dərəcə sentimental, həssas və romantik bir uşaqdır.
Zəhra yazıb-oxumağı əvvəlcə ailədə,
sonra isə məktəbəqədər tərbiyə müəssisəsində (uşaq bağçasında) öyrənmiş və məktəbədək
artıq sərbəst yazıb-oxumağı mənimsəmişdi.
İstedadın Allahın bəxş etdiyi və
ancaq onun istəyi ilə oyanan nemətdir.
Digər ünsürlər sadəcə bu mexanizmin işə keçməsi üçün vasitələrdir. Bu mənada
Zəhranın da istedadı ancaq aləmlərin Rəbbinə aid olan bəxşiş, valideynlərinin təşviqi
isə kiçik və mütəvaze bir vasitədir.
Lakin ulularımız “nəzarətsiz güc, güc deyil” deyiblər. İstedad da bir
üstünlük, bir gücdür. Ona görə də
unutmaq olmaz ki, istedad doğru istiqamətə yönəldilmədikdə və yaxud da nəzarətsiz
buraxıldıqda əks effekt yarada, cəmiyyət üçün fəsad törədəcək tendensiyalara təhrik
edə bilər.
Peyğəmbərimizə (s.ə.s) - uşağa neçə
yaşdan etibarın tərbiyə verilməsi məqsədəuyğundur - sualı verildikdə,
övladınızın neçə yaşı var deyə soruşur. 1 yaş - cavabını eşitdikdə, artıq 1 il
gecikmisiniz deyir ki, bu hikmətin özü də
valideynləri artıq beşikdən etibarən uşaqlarına nəzarət etməyə mükəlləf edir.
Zəhra 13 yanvar 2001-ci ildə Bakıda
dogulmuşdur. Beynəlxalq Universitetin nəzdindəki məktəbəqədər təhsil müəssisəsində
ilkin tərbiyə aldıqdan sonra Bakı Avropa Litseyinə daxil olub və hazırda da təhsilini
orada davam etdirir.
Zəhra: “ - Mən də hər uşaq kimi
yaxşı oxumağa çalışıram. Ən sevimli fənnlərim
isə - riyaziyyat və musiqidir.
Mən məktəbdəki tədbirlərdə və Heydər
Əliyev sarayında məktəbimizin yubileyinə həsr edilən tədbirdə iştirak etmişəm.
Böyüyəndə arxeoloq olmaq
arzusundayam. Çünki ən çox qədim Misirlə və qazıntılarla maraqlanıram. Mifologiyaya cox marağım var. Bu sahələrə marağım əsasən Misirlə
maraqlandığıma görədir.
Asudə vaxtlarımda şəkil çəkməklə,
şeir yazmaqla, özümdən mahnılar və rəqslər uydurmaqla məşğulam.
Xoşbəxtliyi ailəmə, soykökümə, vətənimə
və bəşəriyyətə yararlı insan olmaqda görür, bu istiqamətdə fəth edə biləcəyim istənilən
zirvəni xoşbəxtlik zirvəsi sanıram.
Atama və anama ad günlərində şerlər
həsr edir, şahmat, rəsm, üzgüçülük, rəqslə məşğul olur, pianoda ifa etməyi
sevirəm.
Hələlik arzum ibtidai təhsilimi
uğurla başa vurmaq, ərəb və ingilis dillərinə mükəmməl yiyələnməkdir.
Cox böyük, əlçatmaz şeylər arzusunda
deyiləm. Ərəblər deyir “əl xeyru fi
ovsatuha” (ən xeyirli şey ortada durmaqdır). Ortada qala bilmək üçün isə daim
irəli getməlisən”.
Комментариев нет:
Отправить комментарий