elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 августа 2012 г.

Abdullayev Emil Fuad oğlu

Qəhrəmanımızın adı məşhur çex filmindəki obrazdan götürülüb. Film Emil adlı balaca və ağıllı bir oğlanın macəralarından söhbət gedir.
Emil körpəlikdə kök, şirin bir uşaq idi. 4 yaşından idmanla məşğul olmağa başlayıb. 1999-cu ildə ilk dəfə DİN-in nəzdində olan “Dinamo” İdman Cəmiyyətində akrobatika idman növünə yazılıb. Bir neçə il akrobatika ilə məşğul olduqdan sonra “Abu-Arena”-nın nəzdində olan üzüçülük dərnəyinə gedib. 2004/2005-ci illərdə “Dinamo”da boksla, 2006/2008-ci illərdə kunq-fu ilə, 2009-cu ildən isə dzyü-do ilə məşğul olur. Beynəlxalq yarışlarda mükafat almışdır.
İdmana maraq atası tərəfindən yaradılıb. Çünki atası Fuad bəy də güləşlə məşğul olmuş, Sovet İttifaq dövründə dəfələrlə ittifaq respublikaları arasında keçirilən yarışlarda ən yüksək yerləri tutmuşdur.
Emil Fuad oğlu Abdullayev 17 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə 102 nömrəli məktəbin I sinfinə gedib. İdmanla məşğul olmağı və sevdiyi insanlara sürprizlər etməyi, hədiyyə verməyi çox sevir.
Dərslərdə ən sevimli fənn coğrafiya, riyaziyyatdır. 28 aprel 2008-ci ildə kunq-fu üzrə sarı kəmər alıb. 26 iyun 2010-cu ildə dzyü-do üzrə Türkiyədə keçirilən beynəlxalq yarışda I yeri tutmuş, qızıl medal almışdır. 11 iyul 2010-cu ildə Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq yarışda şəxsi görüşdə I yeri tutaraq qızıl medal, komanda yarışında isə III yeri tutaraq bürünc medalla təltif olunmuşdur. 24 mart 2011-ci ildə Rusiyada keçirilən beynəlxalq yarışda II yeri tutmuşdur. 30 oktyabr 2010-cu ildə Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən Salyan rayon açıq birinciliyində I yer tutub. 29 yanvar və 27 noyabr 2011-cu il tarixlərində Zaqatala şəhərində keçirilən açıq birinciliklərdə fəxri kürsünün II pilləsinə yüksəlib.
Məşqçisi Ələkbər müəllimə dzyü-doya xüsusi maraq oyatdığına görə minnətdarlıq edir. Gələcəkdə təhlükəsizlik orqanlarında işləmək arzusundadır. Onun hər iki babası polis orqanlarında uzun illər çalışmış, atası isə vətən I Qarabağ müharibəsi veteranıdır.
Asudə vaxtlarında bilgisayar arxasında məlumat toplamağı, dostları ilə gəzməyi, konki sürməyi, üzməyi çox sevir. İdman yarışlarında qalib olub, Azərbaycanın himnini çaldırdığı anları heç zaman unutmur, Emil. Onun fikrincə, xoşbəxtlik xalqın, valideyn və doğmaların səninlə qürur duyduğunu hiss etmək, görməkdir.
Gələcək planlarına idmanda daha yüksək zirvələri əldə etmək və ali məktəbə daxil olmaq daxildir. 

Комментариев нет:

Отправить комментарий