elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 декабря 2012 г.

SABIRABADLI COĞRAFİYAÇI (Аyşən Rаmiz qızı Məmmədоvа)


SABIRABADLI COĞRAFİYAÇI
Аyşən Rаmiz qızı Məmmədоvа 1987-ci ildə Sabirabad şəhərində anadan olub. Uşаq bağçasında tərbiyə аlаn zаmаn rayon üzrə keçirilmiş şeir söyləmək yarışında I yeri tutub. 1993-cü ildə S. Vurğun adına orta məktəbin I sinfinə daxil olub. IV sinifdən Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə oxuyub. 2003-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, BDU-nun coğrafiya fakültəsinə qəbul olub. Hazırda doğma məktəbində müəllim işləyir.
Аyşən: “ - Bu ixtisası seçməyimdə dərs dediyi ilk gündən coğrafiyanı bizə sevdirməyi bacaran Bəhmən müəllimin rolu böyük olub. Ali mək­təbə qəbul sənəd­lə­rimi hazır­la­yarkən ixtisasları se­çən­də Bəhmən müəl­li­min təkidilə coğra­fiya ixtisasını da yazdım. Əslində fik­rim iqtisadçı olmaq idi. Lakin müəllimimin - Sabirabadın sənin kimi bir coğrafiya müəlliminə ehtiyacı olacaq - sözünü diqqətə alıb yazdım. Indi onun sözünə qulaq asdığım üçün sevinirəm.
Orta məktəbdə əla qiymətlərlə oxumuşam. Demək olar ki, bütün fənləri sevirdim. Bir neçə dəfə məktəb və rayon olimpiadalarında iştirak etmişəm. Kimya üzrə I, ingilis dili üzrə isə II yer tutmuşam.
Ali məktəbə qəbul imtahanlarında rayon üzrə I yer tutduğum üçün rayon rəhbərlərinin də iştirak etdiyi iclasda çıxış etmiş və müka­fat­lan­dırılmışam. Ali məktəbdə yaxşı qiymətlərlə oxumuşam. Sevimli fənlə­rim yerşünaslıq və metrologiya olub. Qəbul imtahanlarında göstərdiyim nəticəyə görə önъə mənə bu şəraiti və oxumağa həvəsi yarat­dıq­la­rına görə valideyinlərimə minnətdaram. Eləcə də Bəhmən, Üze­yir, Minarə və mənə zəhmət çəkmiş digər müəllimlərə minnətdaram.
Xoşbəxtliyi özümü ifadə edə bilməkdə görürəm. Asudə vaxtla­rım­da musiqi dinləməyi çox sevirəm. Musiqi mənim ikinci dünyamdır”.