elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 марта 2018 г.

Şükürov Kənan Rəhman oğlu

Şükürov Kənan Rəhman oğlu 4 aprel 2010-cu ildə Lənkəran şəhərinin Şağlaküçə kəndində dünyaya gözlərini açmışdır. Uşaqlıqda  çox sakit, mehriban və gülərüz bir uşaq olub.  Xoşladığı oyuncaqlarını sökub təzədən yığmağa həvəsli idi. Məktəbəqədər dövrədə "Kaspi kids" tədris mərkəzinə getmişdir.  Orda ən çox sevdiyi müəllimi Raidə xanım olmuşdur. Müəllimi Kənana yazıb oxumağı, hesab əməllərini və s. bilgilər öyrətmişdir. Raidə və Nüşabə müəllimin Kənanın üzərində çox böyük əməyi olub.  
Təhsilə Xətai rayonu 56 saylı tam orta məktəbdə başlamışdır. Hazırda Nüşabə Paşayevanın rəhbərliyində II sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənn Azərbaycan dilidir. Kənanın humanitar fənlərə qarşı daha çox marağı var. Aktiv şagirdlərdən olan Kənan  məktəbdə keçirilən tədbirlərdə də yaxindan iştirak edir. "Əlifba" bayramında, "Yeni il" şənliyində, "Novruz" bayramında, "Son zəng" və Kaspi tədris mərkəzində olan  tədbirlərdə fəal iştirak etmişdir. Tədbirlərdə əsgər, oğul rolunda və s. rollarda çıxış etmişdir. Gələcəkdə  çox çalışaraq ən yüksək zirvəyə ucalmaq istəyir. 
Hər zaman ona dəstək olduqlari üçün valideynlərinə və müəllimlərinə öz minnətdarlığını  bildirir. Kənanın kumiri isə atasıdır. O gələcəkdə atası kimi ailəcanli və mərhəmətli, xeyirxah biri olmaq istəyir. Polis olmaq  Kənanın ən böyük arzularından biridir. Çünki ən xoşladığı peşədi.
Asudə vaxtlarıni atası ilə birgə keçirməyi çox sevir. Balaca müsahibimiz orta məkdəbi müvəffəqiyyətlə bitirib Polis Akademiyasına daxil olmaq sonrada ən çox sevdiyi işdə işləmək istəyir. Balaca müsahibimiz Kənana  biz də gələcək həyatında uğurlar arzu edirik. Yolun açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!

RƏŞİDOVA MEHRİBAN EYVAZ qızı

Sərin bir payız səhəri idi. Bakı şəhəri Xətai rayonunda  yaşayan Rəşidovlar  ailəsində 20 sentyabr 2009-ci il tarixində sevincli bir gün yaşandı. Yəni həmin gün  gözəl qızları Mehriban işiqlı dünyaya gözlərini açtı. Hələ körpəlikdən çox sakit və adı kimi mehriban bir uşaq olub. Kiçik yaşlarından rəqsə böyük maraq yaranıb. Övladlarının istedadını görən ailə onu rəqs dərsləri alması üçün xoreoqrafiya məktəbinə yazdırır. Həmçinin Mehribanın rəqslə yanaşı xarici dillərə də marağı var. Balaca Mehriban bağça yaşlarından oxuyub yazmağa həvəs göstərirdi. Bu işdə anası  Könül xanım  kömək olmuşdu. Çünki elə anası özüdə ibtidai sinif müəlliməsidir. Mehribanın yaşı az olduğu üçün məktəbə imtahan  verib keçməli oldu. İmtahan bütün sualları doğru yazaraq  Xətai rayonu 55 saylı tam orta məktəbə qəbul olmuşdur. Hal-hazırda Mirzəyeva Fərqanə müəllimin rəhbərliyində 3b sinif şagirdidir. I sinifdən etibatən əlaçı şagirddir. Bütün fənləri çox sevir. Riyaziyyat və informatikanı fənnini lap çox sevir. Həm bağçada, həm məktəbdə keçirilən bütün tədbirlərdə hər zaman fəal iştirak edib. “Novruz şənliyi”, “Yeni il bayramı”, “Məhsul bayramı” və tədbirlərdə həm aparıcılıq, həm də şeir söyləyib, nəğmə oxuyub və rəqs edib. Bundan başqa bir çox müsabiqələrdə iştirak edərək fəxri fərmanla təltif olunmuşdur. İbtidai sinif şagirdləri arasında keçirilən “Milli nağıl” müsabiqəsində  III yeri qazanaraq diplomla təltif olunmuşdur. Həmçinin rusiya mədəniyyət mərkəzində keçirilən müsabiqələrdə bir neçə dəfə diploma layiq görülmüşdür.  Müsahibimizin gələcək hədəfi pediator olmaqdır. Uşaqları çox sevdiyi üçün bu qərara gəlib. Eyni zamanda həkim xalatı geyinməyi də sevir. Boş vaxtlarında  kompüterdə oyun oynamağı, rəqs etməyi və bala bacısı ilə birgə zaman keçirməyə üstünlük verir. Gələcəkdə həkim olmasa belə riyaziyyatçı və ya fizik olaraq yeni kəşflər edərək tarixin yaddaşında qalmaq istəyir. Həyatında ən uğurlu günü isə “Milli nağıl” müsabiqəsində çıxış etdiyi gündür. Məktəbinə uğur gətirdiyi üçün sevinirdi. Müsahibimiz bütün uğur və nailiyyətlərinə öncə Ulu Tanrıya, sonra isə valideyinlərinə və müəllimlərinə minnətdardır.  Balaca Mehribana seçdiyi və sevdiyi peşədə uğurlar arzulayırıq. Səsin – ünün hər zaman zirvələrdən gəlsin. Uğurların bol olsun, Mehriban!


28 марта 2018 г.

Əliyeva Leyla Zaur qızı

Əliyeva Leyla Zaur qızı 2004-cü ildə iyulun 17-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta məktəbə ilk qədəmlərini Qobustan qəsəbəsindəki Yusif Əliyev adına 195 saylı tam orta məktəbdə atıb. Hazırda təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdindəki Respublika İncəsənət Gimnaziyasında təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyuru. Tarix, Azərbaycan dili və ədəbiyyatı, fizika fənlərini daha çox sevir.
Leyla körpəlikdə çox aktiv bir uşaq olub. Hər kəsin sevimlisi idi. O uşaqlığından sərbəst və istəklərini yerinə yetirə biləcək biri kimi böyümüşdür. Kiçik yaşlarından təsviri incəsənətə xüsusi marağı ilə seçilirdi. Elə bu maraq onu gimnaziyaya gətirib çıxardı.
Leyla fimnaziyada təhsil aldığı dövrdə təsviri incəsənət sahəsində bir çox nailiyyətlərə imza atmışdır. Bülbülün 120 illlik yubileyində rəsm əsərləri və xor ilə çıxış edib. Nar festivalında, “Gənclərə dəstək” lahiyəsində, “İslam həmrəyliyi oyunlarına dəstək olaq” başlığı altında keçirilən müsabiqədə, “Bayrağımız qürur mənbəyidir” layihəsind, “Norveç uşaqların gözü ilə” müsabiqəsində, “Yurdumuza bahar gəlir” və “Payız düşüncələri” başlığı altında keçirilən sərgilərdə onun da rəsmləri tamaşaçıların ixtiyarına verilib.
“Gül bayramı” sərgisində rəsm və moda üzrə uğur qazanıb. “Cogrital Coworking” saytında rəsm üzrə I yerə çıxıb və “Heç bir uşağı nəzərdən qaçırmayaq” başlığı altında olan layihədə rəsm üzrə və s. sərgi və tədbirlərdə iştirak edib.
Leylanın ən uğurlu günü isə fərdi sərgisinin olduğu gündür. Çünki bütün sevdikləri bu gözəl günündə onun yanında olublar. Leyla təsviri incəsənət sahəsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə fəxri fərman, diplom, sertifikat və tərifnamələrlə təltif olunub.
Nəaliyyətlərinə görə özünü müəllimlərinə borclu bilir. Təsviri incəsənət öz dəsti-xətti ilə seçilən bir insan olmaq arzusundadır.
Memar və ya rəssam olmaq da arzularından biridir. Uşaqlıqdan bu arzunu gerçəkləşdirmək üçün addım-addım irəliləyir. Gələcəkdə rəssamlıq təhsilini Amerikada almaq istəyir. Həmçinin beynəlxalq rəsm sərgilərində iştirak etmək və orada yer tutmaq niyyətindədir.

Mehdiyev Raul Mehdi oğlu

 
Mehdiyev Raul Mehdi oğlu 11 iyun 2009-cu ildə Bakı şəhərində anadan olub. Raul ailənin ikinci övladıdır. Körpəlikdən, hətta indi də ən sevdiyi məşğuliyyət evdəki əşyaları sökərək, yenidən yığmaqdır. Suyu çox sevdiyindən üzgüçülüyə marağı hər zaman olub. Uşaq vaxtından sakit təbiəti ilə seçilib. Böyük bacısı məktəbə gedəndən o da təhsilə, öyrənməyə maraq göstərib. Həm bacısı, həm də anası onu hər zaman həvəsləndirib. Getdiyi məktəbəqədər hazırlıq mərkəzinin də bunda rolu olub. Artıq 5-6 yaşlarından bacısı ilə bərabər Azərbaycan və ingilis dillərində 100-ə qədər saymağı və bütün hərfləri yazmağı öyrənib.
Mehdiyev Raul İlyas Əfəndiyev adında Elitar Gimnaziyada təhsil alır. Dərslərinə hər zaman hazırlıqlı olur. Onun ən sevdiyi fənlər riyaziyyat, təsviri incəsənət və fiziki tərbiyədir. bu günə kimi qazandığı uğurlara görə ailəsinə və müəllimlərinə borcludur. O, gələcəkdə valideynləri kimi uğurlar qazanmaq, oxuduğu məktəbin, daha sonra isə universitetin fəal tələbələrindən biri kimi yadda qalmaq arzusundadır. Onun ən böyük istəklərindən biri də məktəbi bitirdikdən sonra təhsilini ali məktəbdə davam etdirib, öz sənətində nailiyyətlər qazanmaqdır. O, polis olmaq istəyir. Raul şərəfli polis işçisi olub cinayətkarlığa, ədalətsizliyə qarşı mübarizə aparmaq niyyətindədir.
Təhsil aldığı məktəbdə keçirilən tədbir və bayram şənliklərində fəal iştirak edir, orada şeirlər söyləyir və səhnələrdə rol alır. Həyatda ən maraqlı gün ilk dəfə məktəbə getdiyi, ilk müəllimi ilə tanış olduğu gündür. Onun uğurlu günləri çoxdur. Dərslərindən müvəffəqiyyət əldə etdiyi hər gün onun üçün uğurlu gündür.
Keçən il riyaziyyatdan olimpiada da III yerə, bu il də eyni olimpiadada III yeri tutmağı münasibətilə sertifikatla təltif olunub. Raul kitab oxumağı çox sevir. Bu səbədən boş vaxtlarında nağıl yaxud hekayə kitablarından maraqlı əsərlər oxuyur. Oyun oynamağı da çox xoşladığından bəzən də bacısı ilə maraqlı, xüsusilə də zehni oyunlar oynayır. Valideynləri hər zamanonlara zehni gücləndirən oyunlar alır. Raul təhsilini uğurla başa vurub, Vətəninə, ailəsinə layiqli bir övlad olmaq istəyir. O, tarixdə öz fəaliyyəti ilə iz qoyan şəxsiyyətlərdən biri olmağı arzu edir. O, H.Z.Tağıyev kimi mən də bir xeyriyyəçi olmaq istəyir. Şəkil çəkmək onun sevimli məşğuliyyətlərimdəndir. Xüsusilə tarixi abidələrin yaxud tikililərin şəklini çəkməyə daha çox üstünlük verir.Rəssamlıq bacarığının olmasını çox istəyir. Raul bilik və bacarıqları ilə Vətəninə, ailəsinə xeyirli bir şəxsiyyət kimi formalaşmağı qarşısına məqsəd qoyub.

27 марта 2018 г.

Turan Ceyhun oğlu Bağırov


Azərbaycanımızın istedadlı, zəkası ilə seçilən uşaqlarından biri də Turan Ceyhun oğlu Bağırovdur. Turan körpəlikdən həssas, canıyanan xasiyyəti, geniş qəlbi ilə həmişə ətrafdakıların sevgisini qazanıb. Çox məsuliyyətli və zəhmətkeş, həddindən artıq dost sevərdir. Yaşıdları arasında həmişə diqqət mərkəzində olmağı bacarır və lider xasiyyəti ilə həmişə seçilir. Çox gözəl nitqə malik olan Turan öz fikrini səlist bir şəkildə ifadə edərək, qurduğu cümlələrlə tez-tez böyükləri təəcübləndirir.
Turan 13 may 2001-ci ildə Lənkəran şəhərində dünyaya göz açmışdır. İlk təhsilini Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Hazırda isə Bakı şəhər Binəqədi rayonundakı 102 saylı məktəbdə təhsilini davam etdirir.
Müəllimləri həmişə Turanin digər həmyaşıdlarından fərqləndiyini qeyd edirdilər. Onun çox güclü qavrama qabiliyətinə malik olduğunu, nəzərindən xırda detalların belə qaçmadığını xüsusi vurğulayırdılar.
Təhsilə, oxumağa böyük marağı olan balaca Turan hərfləri həvəslə öyrənirdi. Və artıq 4 yaşında kitablar oxuyurdu.
Turan 15 yaşından şeirlər yazmağa başlayıb. Eləcə də mahnı yazıb, klip çəkib youtube'a yerləşdirib. Özü çalışıb hərşeyi əldə etməyi xoşlayır. TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) "Ailə, sevgi, sədaqət, həmrəylik məktəbidir" şeir-hekayə müsabiqəsində fərqlənən 10 nəfərdən biri olduğum üçün diplomla təltif olunmuşdur.
Turan aykido idman növündə imtahandan uğurla keçmişəm göy kəmərə kimi yüksəlib. İdman sahəsində əldə etdiyi uğurları məllimimi Azər Cəbrayılova borclu olduğunu qeyd edir.
Hazırda replə ciddi olaraq məşğul olur. Youtube kanalında rep'lərin paylaşıb. Məhşurluğun ən yüksək zirvəsinə qalxmaq istəyir.
Gələcəkdə bizneslə məşğul olmaq istəyir.  Əsas məqsədinin imkanlı biri olaraq insanlara kömək etmək olduğunu bildirir. Rep fəaliyyətini də davam etdirmək, eyni zamanda aykidoda da böyük nailiyyətlər əldə etmək fikrindədir.
Turan: - Qeyd etdiyim kimi replərimlə hamının qulaqlarına qonaq olmaq istəyirəm. Və bu yolla tarixin yaddaşında yaxşı qala biləcəyimi düşünürəm.
Turanin ən böyük arzusu olimpiya çempionu olmaq və təhsilini Amerikanın top universitetlərindən birində davam etdirmək, savadlı həkim olmaqdır.
Biz də "İstedadlar.biz" redaksiyasi adından ona uğurlar arzulayırıq!

26 марта 2018 г.

Ağamalı Toğrul Elçin oğlu

Ağamalı Toğrul Elçin oğlu 30.04.2011-ci ildə Bakı şəhərində anadan olub. Toğrul ailənin üçüncü övladıdır. O, körpəlikdən öz düşüncə tərzi olan, fikirlərini ifadə etməyi bacaran uşaq olub. Şəkil şəkməyi, kubiklərdən ev və ya robotlar düzəltməyi xoşlayıb. Nağıl kitablarını oxumaq, məntiqə aid çalışmalar etmək onun ən sevimli məşğuliyyətləridir. Toğrul özünə aid dünyası olan uşaqdır. O, atası ilə gizli danışmağı sevir. Özü bu gizli dünyasına “Lal” dili adı verib. Toğrul məktəbə hazırlıq dövründə sərbəst oxuyub, yazmağı hətta vurma cədvəlinin bir qismini əzbərə bilib. Ona vurma cədvəlini ana babası öyrədib. Oxuyub-yazmağı isə Zərifə Əliyeva adına uşaq bağçasında və ailəsinin köməkliyi ilə öyrənib. Toğrul 2 yaşından sərbəst şəkildə öz sözləri ilə nağıllar qurub və danışıb. Ailə üzüvləri onu maraqla dinləyib və alqışlayıblar. Ağamalı Toğrul İlyas Əfəndiyev adına Elitar Gimnasiyada təhsil alır. Məktəblərində tədris olunan fənləri əla qiymətlərlə oxuyur. Bütün fənləri çox sevir. Toğrul bağçada keçirilən bütün müsabiqə və tədbirlərdə fəal iştirak edib. “Qar Kralıçası” nağılında Kay obrazını canlandırıb. Bununla yanaşı o, bir çox bayram şənliklərində aparıcılıq edib və tamaşalarda baş rollarda çıxış edib. Onun ən uğurlu günü olimpiyada da 2-ci yer qazandığı gündür. Toğrul Novruz şənliyində Xonça yarışmasına görə, Yeni il şənliyində isə ən yaxşı yolka oyuncağı hazırıadığına görə və riyaziyyat olimpiyadasında çıxışına görə gümüş medalla təltif olunub. Toğrul əldə etdiyi uğurlarına görə valideynlərinə borcludur. O, anası kimi həkim olmaq istəyir. Yüksək zirvlərə catmağı hədəfləyib. Gələcəyin savadlı, peşəkar həkimi olmağı arzulayan Toğrul anasını və xəstləri sağaltmaq arzusundadır. Asudə vaxtlarında nağıl kitabları oxumağı, yazı yazmağı və oyun videolarına baxmağı xoşlayır. Rəsm çəkmək onun ən sevimli məşğuliyyətidir. Toğrul sonadək dərslərini əla oxuyub, yüksək balla ali məktəbə qəbul olmaq istəyir. O, peşəkar video kamera alıb, kino çəkmək, hamı tərəfindən tanınmaq istəyir.