elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 апреля 2015 г.

Süleymanlı Fateh Pərviz oğlu

Süleymanlı Fateh Pərviz oğlu 18 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fateh ailənin ilk övladı, ilk nəvəsidir. Körpə vaxtlarından nənəsinin dilindən nağıl dinləməyi sevirdi. Bunun nəticəsidir ki, Fatehin gözəl intonasiya ilə şeir söyləmə, nağıl danışma qabiliyyəti var. Bundan başqa da, onda dinləmə bacarığı, verilən suallara dolğun cavab vermək kimi keyfiyyətlər formalaşıb.

Fateh idmanla maraqlanır, boş vaxtlarında yoldaşlarıyla futbol oynamağı xoşlayır. Həmçinin Fateh, polislər haqqında filmlərə baxmağıda sevir. Fatehin heyvanlar aləminə marağıda böyükdür. Bu marağı ona təbiət hadisələri, heyvanların məskunlaşdığı müxtəlif regionlar haqqında məlumatlanmaq imkanı yaradır. Yazıb-oxumağı öyrəndikdən sonra bu mövzuda ona alınan bütün kitabları maraqla oxuyur.
Fateh hazırda H. Hüseynov adına 83 saylı məktəb-liseyin I sinfində təhsil alır. Tədris olunan fənlər sırasında daha çox informatika fənnini sevir. Eyni zamanda, məntiq tapşırıqları etmək Fatehin maraq dairəsindədi. Fatehin ən böyük arzusu gələcəkdə polis olmaqdır.

Fateh valideynlərinin güvənini hələ kiçik yaşlarından qazanıb. Onlar ümid edirlər ki, Fateh babasının ona qoyduğu bu ada layiq olar, vətəninə, ölkəsinə fayda gətirəcək fəaliyyətləri ilə çoxlu zirvələr fəth edər. 

Qurbanova Aygün Aqil qızı

Qurbanova Aygün Aqil qızı 2002-ci ilin aprelin 27-də Rusiya Federasiyasının Kurqan şəhərində anadan olub. Körpəlikdə sakit və sözəbaxan uşaq olub. Ailənin ilk övladı olan Aygün dünyaya gəlişi ilə hamını sevindirib. O, körpəlikdən təsviri incəsənətə böyük maraq göstərirdi. Uşaq bağçasında müəllim şəkil çəkmək öyrətdiyi zaman, Aygün öz tapşırığını yerinə yetirib yoldaşlarına da rəsm çəkməkdə kömək göstərərdi.
Aygün televizora baxaraq yazıb-oxumağı öz-özlüyündən öyrənib. Sərbəst qəzet də oxuyurdu.
Birinci sinfə 53 saylı orta məktəbdə başlayan Aygün, sonradan 202 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Hazırda da 202 saylı məktəbdə oxuyur. Bütün fənnləri çox sevir və dərslərini yaxşı oxuyur.
Ən uğurlu günləri kimi hər ilin sonunda fəxri fərman aldığı günləri hesab edir.
I sinifi bitirdiyinə görə diplom, təşəkkürnamə, tərifnamə, diplomla təltif olunub.
Müəllimlərini çox sevən Aygün, bütün dərslərini yaxşı oxuyur. Gələcəkdə dizayner olmaq arzusundadı. Ən böyük arzusu dəyərli insan olmaq, birinci növbədə ali təhsil almaq, arzularını gerçəkləşdirmək, xalqına, vətəninə, cəmiyyətinə gərəkli bir vətəndaş olmaq. Bu addımları atmaq üçün isə oxuyur, ictimai işlədə fəal iştirak edir, var qüvvəsiylə çalışır.
Aygünün çəkdiyi rəsmlər bəyənilir. Gələcəkdə ən yüksək bal toplamaq üçün əlindən gələni edən Aygün, həm də rəsm sahəsində uğur qazanmaq istəyir.
2012-ci ildə I kanalda o, milli rəqslə çıxış edib.

Gələcək işlərində uğurlar!

Musayeva İradə Rauf qızı

С детсва Ирада была очень милым, жизнерадостным и дружелюбным ребенком. Ее постоянно все интересовало. Ее любимыми вопросами всегда были: А что это? Почему ? К музыке и артистизму у нее тоже была склонность с детсва. Она всегда представляла себя певицей и устраивала для родителей концерты.
Она очень рано стала говорить. Много стишков и песен знала. Схватывала все быстро. Читать стала в 4 годика. Занимался с ней в основном ее покойный отец. В школу она пошла абсолютно подготовленным ребенком.
Как мы указали ранее, способности в сфере музыки у нее проявились с детства. Возможно это наследственно от дедушки, великого Рауфа Гаджиева. Помимо этого, у них дома постоянно звучит музыка. Мама Ирады пианистка по образованию. Так что наверное понятно откуда у нее формировался музыкальный вкус.
Мусаева Ирада Рауф кызы родилась 6 января 1998 года в городе Баку. 2015-м году закончила Музыкальнаю школу имени Бюль-Бюля и успешно посупила в Бакинскую Музыкальную Академию.
Училась она хорошо (одни 4 и 5). Помимо спеца (саксофон), она очень любит читать художественную литературу.
Ирада: Я принимала участие в школьных концертах. В благотворительных мероприятиях, организованных со стороны Наргих ханум Пашаевой. Учавствовала на концертах в Кирхе.
Думаю прежде всего я очень благодарна богу, который наделил меня таким счастьем: я родилась в семье такого великого человека как мой дедушка Рауф Гаджиев. Во-вторых неоспорим труд моих родителей надо мной и больше всего моей мамы, так как папу я очень рано потеряла. Я знаю, что не смогу стать как мой дедушка. Но моя мечта продолжить его творчество. Так же как и он стать очень известным музыкантом. Что бы моя семья и моя страна гордилась мною.
Я сделаю все, что бы добиться по максимуму всего. Стать лауреатом многих музыкальных премий. Чтобы Азербайджан гордился мною.
Я продолжу по музыкальной линии. Я сейчас очень усиленно готовлюсь, чтобы поступить в консерваторию. Днем и ночью занимаюсь. Дай бог мои усилия не пройдут даром.
В свободное время предпочитаю посвятить себя семье и друзьям. Очень люблю гулять на природе. Ходить в кино с подружками. Болтать на разные темы.
Я посвятила себя полностью музыке и занята в этой сфере.
Планирую поступить в консерваторию в Азербайджане. Далее хочу продолжить заграницей.
Я приложу все усилия для того, чтобы стать прежде всего качественным музыкантом и знатоком своего дела.
Общая информация о моих выступлениях освещалось со стороны СМИ в новостях на разных местных каналах. 

29 апреля 2015 г.

Gülzarə Niyaz qızı Hüseynova

 
Gülzarə Niyaz qızı Hüseynova 16 aprel 1995-ci ildə Bakı şəhərində anadan olub. Anası Əsbət xanım illərlə qız övladına sahib olmaq istəyib. Gülzarə dünyaya gələnə yaxın Əsbət xanım yuxusunda nur üzlü, ağsaqqal bir kişi görüb, ona deyib ki, qızın olacaq, ona Gülzarə adını verərsiniz. Mənasını soruşanda isə “sən bilməzsən” deyib.
1999-cu ildə Abşeron rayonunun Fatmayı kəndinə köçüblər. 2001-ci ildə Dadaş Bünyadzadə adına Fatmayı kənd orta məktəbinin I sinfinə qədəm qoyub. Gülzarə ilk dəfə məktəbdə yazmağı və oxumağı öyrənib.
2012-ci ildə həmin məktəbdən məzun olub Rabitə və Nəqliyyat Kollecinin “Radiorabitə, radio verlişləri və televiziya” ixtisasına qəbul olub. Hazırda həmin kollecin III kurs tələbəsidir. Dərslərindən əlavə məşğuliyyəti müxtəlif xarakterli yazılar hazırlamaq, onları internet saytlarında yerləşdirmək, kompüterdə müxtəlif məzmunlu video-kliplər hazırlamaqdan ibarətdir.
Orta məktəbdə oxuduğu illərdən bəri əlaçı, eyni zamanda aktiv şagirdlərdən biri olub. Onun şəkli əlaçı şagird kimi “Şərəf lövhəsi”nə vurulub. Yuxarı siniflərə keçdikcə Azərbaycan dili və ədəbiyyatına marağı artıb. Orta məktəbdə keçirilən bütün tədbirlərdə, ictimai işlərdə, ekskursiya və gəzintilərdə, olimpiadalarda və müsabiqələrdə iştirak edib. Məktəbin əksər tədbirlərində şeir və mahnı ilə çıxış edib, lakin çox vaxt aparıcı olub. IV sinifdə oxuyanda bir tədbirdə pianoda bir neçə mahnı ifa edib.
2005-ci ildə sinifin hazırladığı “Əsrlərdən gələn yadigar” adlı Şah İsmayıl Xətaiyə həsr olunmuş tədbirdə aparıcı olub. Həmin gün tədbirin sonunda, yazdığı şeirlərə görə Abşeron rayon Uşaq Yaradıcılıq Mərkəzinin keçirdiyi “Ədəbi yaradıcılıq” müsabiqəsinin I mərhələsində tərifnamə ilə təltif olunub.
Növbəti dəfə 2008-2009-cu tədris ilində təlimdə qazandığı müvəffəqiyyət və nümunəvi davranışa görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. 2010-cu ildə Fatmayı kənd orta məktəbinin pedaqoji kollektivi adından valideynlərinə təşəkkür məktubu ünvanlanmışdır.
23 dekabr 2010-cu ildə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş inşa müsabiqəsində məktəbini təmsil edib II yeri tutduğuna görə fəxri fərmanla və hədiyyə ilə təltif olunub.
Orta məktəbdə oxuduğu illər ərzində dərslərindən əlavə 7 il musiqi təhsili alıb. 2002-ci ildə Nəsimi rayonu 247 saylı Abdulla Rəhimov adına ümumtəhsil məktəbinin nəzdində fortepiano ixtisası üzrə musiqi kursunda Firəngiz Əliyevanın sinfinə daxil olub və 2009-cu ildə həmin musiqi kursunu müvəffəqiyyətlə bitirib.
Hazırda təhsil aldığı Rabitə Kollecində də seçilən tələbələrdən biridir. Ən sevimli fənnləri politalogiya və həyat fəaliyyətinin təhlükəsizliyi fənnləri olub. Kollecin ictimai işlərində yaxından iştirak edir və müəllimlərinə əlimdən gələn köməkliyi göstərir.
Həyatının ən maraqlı günü 2014-cü ildə 19-cu doğum gününü aktyor dostları ilə birlikdə qeyd etməyi olub. Çünki həmin gün ailə üzvləri ondan xəbərsiz belə bir tədbir hazırlamaqla ona həyatının ən böyük sürprizini etmişdilər.
Ən uğurlu günü ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində “Don Juan və həndəsə” tamaşasını izlədiyi gün olub. Həmin gündən sonra incəsənətə olan baxış tərzi dəyişib.
Həyatda qazandığı uğurlara görə müəllimlərinə və anasına borclu olduğunu deyir. İbtidai sinif müəlliməsi olan Elmira Ələkbərova, yuxarı siniflərdə sinif rəhbəri olan Gülnar Fətəliyeva həmişə ona yaradıcılığa olan həvəsi ilə bağlı dəstək olublar. Ən böyük dəstəyi isə anası olub. Gələcəklə bağlı heç bir planına görə anası ona etiraz bildirməyib.
Uşaqlığından bəri ən böyük arzusu aparıcı olmaq, xüsusilə də radioda çalışmaq olub. Ətrafında bu sahə ilə məşğul olan adam olmasa da , bu həvəs onda uşaqlığından yaranıb. İxtisası üzrə güclü mütəxəssislər çox olsa da o öz yolunu yaratmağı və özü gələcəyin mütəxəssisi olmağı hədəfləyib. Seçdiyi ixtisasla əlaqədar həmişə işinin ustası olmağı arzulayıb, sənətini sevməyində ideal hesab etdiyi bir insan olmayıb. Həyatda ən böyük məqsədi hər şeyi özünün əldə etməyidir.
Kolleci bitirdikdən sonra indi təhsil aldığı ixtisas üzrə işləməyi, xüsusilə radio aparıcısı olmağı arzulayır. Eyni zamanda yenidən ali məktəbə keçirilən qəbul imtahanlarında iştirak etməyi və biliyini təkmilləşdirməyi planlaşdırır.
Gülzarə üçün xoşbəxtlik mehriban ailəyə və əsl dostlara sahib olmaqdadır. Gələcəkdə təhsilini davam etdirib, əsl mütəxəssis olmaq da xoşbəxtliyinə öz payını əlavə edəcək.
Asudə vaxtlarında müxtəlif yazılar hazırlayır. Mahnı oxumağı isə xüsusilə sevir. Hər dəfə yeni bir mahnı ifa edəndə bunu rəfiqələri ilə bölüşür və birlikdə həmin mahnını müzakirə edirlər. Çətin də olsa gün ərzində hər şeyə bir az vaxt ayırmağa çalışır. Axşamlar kitab oxuyur. Bu həm dünyagörüşünü zənginləşdirir, həm də nitqinin inkişafına kömək edir.

İlk dəfə “Azərbaycan dünyası” qəzetinin 23 aprel 2003-cü il sayında Gülzarənin və qardaşlarının haqqında Xatirə Yaqub qızının məqaləsi dərc olunub. 9 yaşı olanda “Lider” kanalında yayımlanan “Dan ulduzu” uşaq mahnı və rəqs müsabiqəsinin seçim turlarında da iştirak edib. 

Abışov Məhəmməd Maşallah oğlu

Abışov Məhəmməd Maşallah oğlu 11 iyul 2001-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində anadan olub. Körpəlikdə çox ağıllı uşaq olan Məhəmməd oyuncaqlara daha çox maraq göstərirdi. Hələ lap körpəlikdən şeir əzbərləməyi və şeir söyləməyi xoşlayırdı. I sinfə gedənə qədər artıq o, 30-40 şeir əzbər bilirdi. 3-4 yaşlarında olarkən Məhəmməd pianinoda “Cücələrim”, “Sağıcıdır mənim nənəm”, “ Günəş olaram mən də” mahnılarını ifa edirdi. Elə həmin yaşlarında onun musiqiyə olan həvəsi anası tərəfindən daha da gücləndirilib və evdə anasının pianosunu çalmağa başlayıb. Hətta o ayaq barmaqları ilə də pianoda ifa etməyi bacarır.
Təhsilini sağlamlıq imkanı məhdud uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbində alır.
Hazırda həmin məktəbin VIII sinif şagirdidir. Bütün fənnləri çox sevir Məhəmməd əlaçı şagirddir.
Məhəmməd müxtəlif tədbirlərdə yaxından iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 31 dekabr Ümumdünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı “Buta Palace”də keçirilən tədbirdə iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin - əlillərin V ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində fəal iştirakına görə 2010-cu ildə təşəkkürnaməyə layiq görülüb.
Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Bakı şəhərində “Mən də varam” fərdi qabiliyyət müsabiqəsində I yer diplomu ilə təltif edilib.
Nərimanov rayonunda təşkil edilmiş Heydər Əliyev Fondunun 10 illiyinə həsr olunmuş, İTV-nin canlı yayınladığı tədbirdə fəal iştirak edib.
10 iyun 2014 tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının həyata keçirdiyi “Fəaliyyətdə incəsənət - 2” adlı beynəlxalq layihədə fəal iştirakına görə sertifikatla təltif olunub.
“İstedadlı Əlillər İctimai Birliyi” tərəfindən hazırlanmış “Günəş” layihəsinin final iştirakçısı olub və diplomla dəyərləndirilib.
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev - uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində yüksək səviyyədə çıxış etdiyinə görə Məhəmmədi diplomla təltif etmişdir.
“Milli musiqi” günü münasibətilə ATV telekanalının “Gündəlik” verilişinə dəvət olunub və gözəl çıxışla hər kəsi heyran edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin “Tənhalara Dayaq İctimai Birliyi”nin hazırladığı “Bizim Dünyamız” foto kitab toplusunda onun tərcümeyi-halı və fotosu yerləşdirilmişdir.
2015-ci ildə “Üzeyir Hacıbəylinin Milli Lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I respublika festivalında iştirakına görə diploma layiq görülüb.
Məhəmməd üçün təkrarsız müəllim olan Ramiz Quliyev onu mükafatla təltif edəndə qeyd edib ki, bu uğurları qazandığına görə ilk növbədə Allahına, sonra valideynlərinə, məktəb rəhbərliyinə, xüsusən də Əsab müəllimə, müəllimlərinə və əzmkarlıqla səni gələcəkdə Aftandil Hacıyev kimi görmək istəyən müəllimin Vüsal Qəhrəmanova minnətdar olmalısan.
Hər bir əsgər general olmaq arzusunda olduğu kimi, Məhəmməd də gələcəkdə qarmonda və bir sıra milli musiqi alətlərində yeni-yeni bəstələr, musiqilər ifa etmək arzusundadı.
Məhəmmədi doğru yola istiqamətləndirən, onun uğurlarına sevinənlərdən ilk müəllimi Şəhla Heydərova və tərbiyəçi Aidə Rzayevanı göstərmək olar.
Gələcəyin gözəl musiqiçisi olacaq Məhəmməd, bunu artıq görmək mümkündü. Onunsa ən böyük arzusu Vətənimiz işğaldan azad olunsun, o rayonlara musiqilər bəstələyib oxusun.

Bir ynadan bağlayan Allah, bir yandan açar demiş atalarımız. Allah səni arzularına çatdırsın Məhəmməd! Uğurlar!

Cavid Xalid oğlu Məmmədov

Azərbaycan həmişə istedadları ilə məşhur olmuşdur. Belə gənc istedadlarımızdan biri də Cavid Xalid oğlu Məmmədovdur. Cavid 2006-cı ildə noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Cavid körpəlikdə çox sakit, ağıllı uşaq olub. Öz oyuncaqları ilə oynamağı çox sevib. Cavid məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. O , xüsusi hazırlıq və anasının köməyi ilə yazıb-oxumağı öyrənib.
Cavidin istedadı ilə bağlı maraq 4 yaşında olarkən yaranıb. İstedadının yaranmasında kitabların böyük rolu var.
Cavid 276 saylı məktəbə I sinfə daxil olub, hazırda da həmin məktəbdə təhsil alır. Dərslərini çox yaxşı oxuyur, bütün fənləri eyni dərəcədə sevir. Valideynlərinin və müəllimlərinin etibarını hər zaman doğruldur. Məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal iştirak edir.
Tədbirlərin birində Əsgər bəy rolunda çıxış edib. Cavid rəqsə gedib və diplomlar alıb.
O, uğur və nailiyyətlərinə görə nənəsinə və babasına borclu olduğunu düşünür.O, gələcəkdə babasına oxşamaq istəyir.
Fəaliyyəti ilə bağlı ən yüksək zirvəyə qalxmaq arzusundadır. O, həkim olmaq istəyir.
Asudə vaxtlarında Cavid rəsm əsərləri çəkməyi çox sevir. Bədii yaradıcıllıqla məşğul olarsa gözəl rəsm əsərləri çəkməyi planlaşdırır.Ən böyük arzusu Çində olmaq , oranı gəzməkdir .Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün təhsilini yüksək səviyyədə inkişaf etdirməlidir.

Arzusu, məqsədi böyük olan Cavidə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

İsrafilova Fatimə Seymur qızı

İsrafilova Fatimə Seymur qızı 27 may 2002-ci ildə Bakı şəhərində anadan olub. Fatimə çox dəcəl uşaq olub. Hamıdan fərqlənib. Onun xoşladığı məşğuliyyət şəkilli kitab üzrə nağıl danışmaq, cizgi filmlərinə baxmaq sonra tamaşa səhnəciyində oynamaq olub.
Üç yaşlarında olarkən mahnılar oxumağa başlayıb. Onu dinləyənlər deyirmiş ki, bu uşaq musiqiçi olacaq. Yaşına görə mahnıları çox gözəl, sərbəst ifa edirmiş. Müğənni Röya Ayxanın pərəstişkarı olduğu üçün oxumağa maraq yaranıb.
Hazırda sağlamlıq imkanı məhdud olan uşaqlar üçün 5 saylı Respublika orta internat məktəbində oxuyur. Dərslərimi əla oxuyan Fatimənin ən sevimli fənnləri Azərbaycan tarixi, riyaziyyat, ingilis dili və Azərbaycan dilidir.
Məktəbdə Filarmoniyada keçirilən bir çox tədbirlərdə xor qrupunda uğurla iştirak edib.
Məktəbin Novruz şənliklərində, Yeni il şənliklərində səhnəciklərdə müxtəlif rollarda oynayıb.
Fatimə həyatındakı ən yaddaqalan hadisə kimi bacısının dünyaya gəlməsini qeyd edir.
Əldə etdiyim uğurlara görə özünü öncə Allahına, sonra valideynlərinə borclu hesab edir.
Fəaliyyətindən dolayı o, öz musiqi müəllimi Sevinc Quliyevaya bənzəmək istəyir. Fatimənin kamança təhsilində həmin müəllimin böyük zəhməti var.
Konservatoriyanı bitirib, kamança müəllimi olmaq arzusundadı. V sinifdən etibarən bu qərarı dəqiqləşdirib. Asudə vaxtlarında özünün xoşuna gələn əsərləri kamançada çalmağı çox sevir.Gələcəkdə kamança müəllimi olub, gələcək nəsillərə təhsil vermək, müəlliminin ona öyrətdiklərini o da öz tələbələrinə öyrətmək arzusundadı.
Bundan əlavə o, gələcəkdə sahibsiz uşaqlara sahib çıxmaq, onlara qayğı göstərmək arzusundadı. Tarixin yaddaşında xeyriyyəçi kimi iz salmaq hər kəsin arzusu olmalıdı.

2013-cü ildə əllilərin VI ümumrespublika bəddi yaradıcılıq baxış müsabiqəsində təşəkkürnamə ilə təltif olunub. Uğurların daha çox olsun Fatimə! “Əl tutmaq Əlidən qalıb.” şüarını özünə həyat devizi seçdiyin üçün Allah səni arzularına çatdırsın!