elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 июня 2016 г.

Cəlilova Nuranə Xıdırnəbi qızı

Gənc maliyyəçi Cəlilova Nuranə Xıdırnəbi qızı 1998-ci ildə Bakı şəhərində anadan olub.2004-cü ildə Sabunçu rayonunda yerləşən 271 saylı məktəbə gedən Nüranə 2006-cı ildən 287 saylı Zəkalar liseyinə gedib,2015-ci ildə isə 662 balla Qafqaz Universitetinin maliyə fakültəsinə qəbul olub.Maliyəçinin sevdiyi fənni riyaziyyatdır onda bu həvəsi riyaziyyat müəllimi Rafil İmanov yaradıb, ancaq bədii əsərləri oxumağı da çox sevir dünya ədəbiyyatı ilə maraqlanır.Nüranənin sözlərinə görə bir çox insanlar riyaziyyatı yorucu elim kimi düşünürlər, lakin o riyazi milallar həll edən zaman istirahət edir.Məktəbdə oxuduğu zaman da siniflər arası yarışlarda iştirak edib qalib olarmış.Məktəb tədbirlərində iştirak edib riyaziyyat olimpiadalarında iştirakına görə mükafatla təltif edilib.Uğurlarına görə isə valideyinlərinə və müəllimlərinə morcludur.Maliyəçi olmaq istəyi onun riyaziyyata olan marağından irəli gəlir.Fəlsəfi əsərlərə olan marağı onun boş vaxtını kitabların əhatəsində keçirməsinə səbəb olur eyni zamanda musiqi dinləyrir, filimlərə baxır boş zamanında.Təhsilini xaricdə davam etdirmək istəyir.Uşaqlıqdan oxumağa marağı olub dünya uşaq ədəbiyyatından kitablar oxuyan Nüranə məktəbə getməzdən özündən üç yaş böyük qardaşının köməkliyi ilə demək olar ki ibtidai sinifin proqramlarını bilirdi.Bunu hətta valideyinləri də təsdiq edirlər.

29 июня 2016 г.

Rəhimova Afaq Eldar qızı

Rəhimova Afaq Eldar qızı 27.09.2007-ci il Bakı şəhərində anadan olub. Hazırda V. Əvazov adına 300 saylı məktəbin 2 RA sinifində təhsil alır,qeyd edək ki, balaca Afaq rus bölməsinin şagirdidir.Dərslərini əla oxuyan Afaq sinifin əlaçı şagirdidir.Ən sevimli fənnləri riyaziyyat, rus dili və ingilis dilidir.Afaq məktəblərində təşkil olunmuş Novruz bayramına aid tədbirdə fəal iştirak edib, eyni zamandan Afaq məktəblərində təşkil edilən Xocalı Soyqırımına aid tədbirdə fəryad çəkən ananın rolunu ifa etmişdir.Yaşının az olmasına baxmayaraq Afaq oynadığı rollarının öhdəsindən layiqincə gəlmiş, təhsil aldəğı məktəbin müəllim və şagird heyyətinin rəğbətini qazanmışdır.Ən uğurlu günü kimi ilk dəfə məktəbə getdiyi günü düşünən Afaq bunun səbəbini belə açıqlayır böyük və kiçik summativlərdən əla qiymət aldığı üçün eyni zamanda birinci sinifdən aldığı tərifnamə bu sözləri böyük sevinc ilə demeyə əsas verir.Uğurlarına görə xalasına borclu olsada Afaq atasına oxşamaq atası kimi qürur duyulacaq  vətəndaş olmaq istəyir. Gələcəkdə Hüquqşunas olmaq istəyir buna lap kiçik yaşlarından marağı olduğunu deyir.Boş vaxtlarında kitab oxuyur və toxuculuq ilə məşğul olur. “Gələcək planları”  sözünü 9 yaşlı bir qız üçün böyük cümlə olaraq görən Afaq bu suala arzu və məqsədləri olaraq cavab verir  dərslərini  yaxşı oxumaq,  ali təhsil almaq və vətənin xidmətində dayanmaq istəyir. Mövqeyinə çatmaq üçün lazım olduğundan çox çalışacağınını deyen Afaq adını tarixin səifələrinə qızıl həriflərlə yazmaq istəyir. Afaqın valideyinləri də onun çox şən, istedadlı ağıllı və məqsədinə çatan işinin axırınadək gedən bir uşaq olduğunu qeyd edirlər.Kitab oxumağı və rəsm çəkməyi uşaqlıqdan sevən Afaqın qazandığı uğurların bəhrəsini kitablar olduğunu deyirlər.Böyük xalasından məktəbə getmədən yazmagı-oxumağı öyrənib beş yaşından nəyəsə marağı olanda evdəkilərə baxıb oyrənən Afaqın bizdə gələcək həyatında həmişə məqsədli olmağını istərdik.

Əliyeva Elena Bəxtiyar qızı

Balaca həkim Əliyeva Elena Bəxtiyar qızı 09.07.2007-ci il Gürcüstanın  Bolnisi rayonunda Saraçli kəndində anadan olub. Hazırda Biləcəri qəsəbəsindəki 301 nömrəli məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur və ən sevimli fənləri riyaziyyat, informatika, xarici dil və Azərbaycan dilidir.Elena məktəb nəzdində keçirilən bayram tədbirlərində fəal iştirak edir, hətta  bu tədbirlərin birində Cücələrim rolunu  oynayıb.Eyni zamanda tədbirlərdə şeirlər deməsi ilə də diqqət çəkib.Elena əldə etdiyi uğurlara görə valideyinlərinə və müəllimlərinə borclu olduğunu deyir. Anasına oxşamaq istəyən Elena onun kimi qayğıkeş və mehriban biri olmaq istəyir. Ali məktəbə qəbul olmaq və savadlı həkim olmaq istəyir köməyə ehtiyacı olan xəstələrə yardım etmək və insanlara sağlam həyat bəxş etmək niyyətindədir.O, bu qənaətə 6 yaşından gəlib.Və bunun üçün dərslərini hər zaman əla oxuyacağını və “Hipokrat” andına sadiq qalacağını deyir.Boş vaxtlarında kitab oxumaq və rəsim çəkməklə xüsusi bir həvəslə məşğul olur. Azərbaycan dili və ədəbiyyata üstünlük verir gələcək arzuları və məqsədləri isə ali təhsil almaq Məktəbi bitirəndən sonra tanınmış bir həkim olmaqdır. Valideyinlərinə layiq övlad olmaq istəyən Elena tarixin yaddaşında çarəsiz xəstəliyin çarəsini taparaq alimlik dərəcəsi qazanıb silinməyəcək izlərlə qalmaq istəyir.Valideyinlərinin sözlərinə görə sakit və tərbiyəli uşaq olub maraqları cizgi filimləri və rəsim çəkmək olub.Uşaq vaxtdan yazmagı qardaşlarının köməyi ilə öyrənmişdir. Elenanın yazib-oxumağa marağı 3 yaşından yaranıb bizim sayəmizdə deyerek qeyd edir ailəsi.

Biz də balaca həkimə öz  arzularını arzulayırıq.

Mustafayev Hüseyn İlqar oğlu

 
Mustafayev Hüseyn İlqar oğlu 26.03.2002 tarixində Bakı şəhərində dünyaya gəlib. Hüseyn ilk təhsilini Bakı Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəbdə alıb. Hazırda o təhsilini Almanıyanın Regensburq şəhəri, Laaber qəsəbəsində Mittelschuledə davam etdirir.
Hüseyn uşaqlıqdan sakit və ağıllı uşaq olub, oyuncaq maşınlarla və topla oynamağı xoşlayırdı. Oyuncaqların içərisində nə olduğu onu maraqlandırırdı, buna görə də əlinə keçən oyuncaqlar sökülüb-yığılmalı idi. Qardaşı ilə dalaşır, bəzən də oyun oynayanda cığallıq edərdi.Anası və atası Hüseynlə hələ məktəbə getməzdən əvvəl məşğul olmuş və ona  yazmağı, oxumağı öyrətmişdilər. Qəhrəmanımız 5, 6 yaşlarında turnikdə çəkinməyi, əlləri üstə jim etməyi bacarırdı. Bu idman hərəkətləri ona atası tərəfindən öyrədilmişdir. Atası deyir ki, “Hüseyn fiziki gücə malik idi.”
Dərslərində fəal olan qəhrəmanımızın daha çox sevdiyi fənlər bunlardı: riyaziyyat, biologiya, alman dili, ingilis dili və idman. Hüseyn deyir ki, “mənim Almaniyada qiymətlərim 1 və 2-dir. Almaniyada 1 5, 2 isə 4 deməkdir.”
Hüseyn Hallowen (Qorxu bayramı), Fasching (Rəng bayramı), Ostern (Paska bayramı) bayramlarında iştirak edib. Hallowen bayramında zombi geyimində iştirak edərək müəllimləro tərəfindən dəyərləndirilmişdir. Hüseynə  ünvanladığımız “Əldə etdiyin uğura görə kimə borclusan və kimə oxşamaq isərdin?” sualına “mən həmişə atama və anama borcluyam. Onlar hər zaman mənim dayağım olub və məni həmişə dəstəkləyiblər. Mən təbii ki, atama oxşamaq istəyirəm!” belə cavab verdi.
Hüseyn gələcək fəaliyyəti barədə bunları dedi: “mən ən yüksək zirvəyə və pilləyə qədər qalxmağı istəmişəm. Vaxtı gələndə peşəkar polis zabiti olamq istəyirəm. Mən bu məqsədimə nail olmağa özümə söz vermişəm. Polis zabiti olmaq fikrinə isə Almaniyada təhsil aldığım zaman, 2016-cı ildən düşmüşəm. Mən bu sənətə yiyələnməklə xalqıma xidmət etmək istəyirəm. Boş vaxtlarımı səmərəli keçirməyi xoşladığımdan bədii əsrərlər oxuyur, idmanla məşğul olur, futbol oynayır, velosiped sürür və üzgüçülük hovuzunda üzürəm. Mən tarixin yaddaşında iz qoymaq üçün yaxşı dövlət xadimi olmaq, millətimin haqqı olan Qarabağ torpaqlarını geri qaytarmaq və dövlət müstəqilliyini qoruyub saxlamaq istərdim. Mən Almaniyada musiqi dərnəyində ingilis və alman dillərində yaxşı mahnı oxuduğum üçün şəklim qəzetdə nəşr edilmişdir.”

Quliyeva Sara Elşən qızı

Həkim stamatoloq Quliyeva  Sara Elşən qızı 05.05.1997-ci ildə Bakı şəhərində anadan olub. H.Hüseynov adına pilot məktəbindən məzun olub.Hal-hazırda Azərbaycan Tibb Universitetinin Stamotologiya fakültəsində təhsil alır.574 bal toplayaraq ali məktəbə qəbul olub Saranın həyatının sankı ən uğurlu günü idi həmin gün.Pisixologiya və ixtisas fənnlərini yaxşı oxuyan Sara tələbə və müəllim heyyətinin rəğbətini qazanmışdır.Gənc  stamatoloqun sözlərinə görə bacardığı qədər Universitetin nəzdində və ya universitetden kənarda kecirilən tədbirlərdə iştirak edir hal-hazırda Tibb Universitetinin debatın idarə heyyətində fəaliyyət göstərir maraqlı günlər içində seçim etməməyi daha üstün tutur Sara düşünürki maraqlı günlər içərisində seçim etmək olmaz, çünki hər gün özünə görə özəldir.Sara özünü uğurlarına görə ailəsinə və dostlarına özünü borclu bilir bu günki uğurlarında onların dəstəyinin böyük rolu var.2-ci halda isə özünün təhsilə olan marağını yaratdığı üçün fizika və kimya müəllimlərinə borcludur.Dəqiq bir zirvəsi yoxdur,  ancaq özü üçün düşündüyü məqsədləri var öz ixtisasında istədiyi pilləyə çatmaq istəyir.Həkim olmaq insanlara kömək eləmək həmişəki arzusu olub . Boş zamanlarını musiqi ilə marqlanmaqla (pianino,gitara,vokal) idmanı sevir, rəsmlə məşğul olur ailəsi və dostları ilə vaxt keçirməyi sevir.Sara hər sabahını daha da yaxşı keçirmək üçün çalışır. Düşünür ki, hər bir insan öz məqsədlərinə çata bilər öz üzərində çalışaraq.Sadəcə insan gərək öz üzərində işləsin.Sara haqqında qəzetdə məlumat çap olunub.Musiqi yarışmasında birinci olaraq fəxri fərmanla təltif edilib.Valideyinlərinin fikrinə görə iki yaşında istedadı aşkar edilib pianinoya,rəqsə, rəsmə gedib.Qardaşının köməyi ilə öyrənib yazıb oxumağı. 4 yaşında pianinoya gedib 6 yaşında isə rəqsə gedib Sara çox bacarıqlı uşaq olub..


Rüstəmov Ağa Nazim oğlu

 
Rüstəmov Ağa Nazim oğlu 2009-cu il aprelin 14-də Bakı şəhərində anadan olub. Körpəlikdə çox ağıllı, təmizkar, məsuliyyətli uşaq olub. Öz düşüncələri, dəqiqliyi və liderlik xüsusiyyətləri ilə hər kəsi özünə cəlb etməyi bacarıb. Əsgərlərə qarşı xüsusi hörməti var. Harada əsgər görə, salamlamadan keçmir. Böyüyəndə də onlar kimi vətənin keşiyində durmağı özünə borc bilir.

Ağa 4-5 yaşlarından idmana, rəqsə, şəkil çəkməyə. Bu marağına görə valideynləri onu Lokomativ İdman Kompleksində kyokuşin karate idman növünə və Fikrət Əmirov adına6 saylı Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərslərinə yazdırırlar. Yaşının az olmasına baxmayaraq, Ağanın bu sahələrdə çoxlu uğurları olub. Uşaqlararası şəhər birinciliyi kyokişin karate idman növü üzrə yarışda və XIV Açıq Azərbaycan Çempionatında II yerləri tutmuşdu. Müxtəlif yarışlarda diplom, fəxri fərman medal və hədiyyələrlə təltif olunub. Ağa biləcəri qəsəbəsi Pizhəzərov adına 299 saylı məktəb liseyin I sinfində oxuyur. Əlaçıdır. Sinif və məktəbdaxili müsabiqələrdə oyun və həftənin qalibi olub, təltifnamə qazanmışdır. Müxtəlif kurslarda öz biliyini sınayır. Məktəbini, müəllim və sinif yoldaşlarını çox sevir. Ağa həmçinin gözəl nitqə və səhnə qabiliyyətinə malik uşaqdır. Hələ baxçada oxuyarkən, “Təmiz Binəqədi” layihəsi çərçivəsində Rayon İcra qarşısında yaratdığı kiçik bir səhnəcikdə təbiəti və ətraf mühiti çirkləndirənlərə müraciət etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirdə çıxış etmişdir. Hazırda məktəb tədbirlərinin fəal iştirakçısıdır. Qazandığı bütün uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdardır. Ağanın əsas amalı dövlətimizin qayda-qanunlarına riayət etmək, mütləq əla oxumaq, valideynlərinə və vətənə layiq yararlı bir insan olmaqdır. Ağadan böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən sualına:”arzumun bir sirr olduğunu” söylədi. Biz də balaca dostumuzun”Sirli arzu”sunun həyata keçməsini, həyata uğurlar qazanmasını arzulayırıq.

Nəsibli Rəvan Asif oğlu

Azərbaycanımızın istedadlı yeniyetmələrindən biri də Rəvan Asif oğlu Nəsiblidir. Rəvan 2007-ci il yanvarın 3-də Sumqayıt şəhərində dünyaya göz açmışdır. Körpəlikdə şirin uşaq olub, onun uşaqlığı çox maraqlı keçib. Tanıdıqları ilə tez ünsiyyət  quran, tez tanış olmağı bacaran uşaq olub. 5-6 yaşına qədər üzgüçülüyə gedib. Rəvan başqa uşaqlardan fərqlənirdi.
Hələ məktəbə gedənə qədər bağça tərbiyəçilərindən yazıb-oxumağı öyrənmişdi Rəvan. Orta təhsilə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində başlayıb qəhrəmanımız.
Liseyin əlaçı şagirdlərindən biridir. Riyaziyyatdan məktəbdaxili tədbirlərdə iştirak edib.
Böyüyəndə ən çox bənzəmək isdədiyi insanlar valdeyinləridir. Ən böyük arzusu peşəkar həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq, xəstə insanlara şəfa verməkdir.
Asudə vaxtlarında kompüter oynamaq, nağıl kitabları oxumağı sevir. Azərbaycanın layiqli vətəndaşı olmaq istəyir.

Sənə dərslərində uğurlar arzu edirik. Bunda sonrakı nailiyyətlərin, uğurların bol olsun!