elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 июля 2016 г.

Cəlal Murad oğlu Abbasov

Azərbaycanın isdedadlı yeniyetmələrindən biri də Cəlal Murad oğlu Abbasovdur. Cəlal körpəlikdə çox sakit, səmimi, düşüncəli, sualları dəqiqliklə cavablandıran bir uşaq idi. Dialoqa girməyi, müxtəlif nağıl kitablarınıda, şəkili jurnallarıda sorğu aparmağı çox sevirdi. Uşaqlıqdan o, stolüstü oyunları və futbol oynamağı, rəsm çəkməyi sevirdi.Cəlal çox ağıllı, dərin düşüncəli uşaq idi. Məktəbə getməmiş artıq yazıb-oxumağı bilirdi. Yazıb-oxmağı Cəlala böyük qardaşı öyrədib.
Cəlal Abasov 2003-cü il martın 29-da Sumqayıt şəhərində dünyaya göz açmışdır Cəlal ilk təhsilini Saray qəsəbəsindəki 1 saylı tam orta məktəbində alıb. Hazırda qəhrəmanımız Sumqayıt şəhərindəki Nizami Gəncəvi adına Texniki Təbiyət Elmlər liseyində təhsilin davam etdirir.
Cəlal: Dərslərimi əla qiymətlərlə oxuyuram. Sevdiyim fənlər tarix, coğrafiyadır .Bütün tədbirlərdə, xüsusilə də milli bayramlarda fəal iştirak etmişəm. Həmişə müsabiqələrində fəal iştirak edirəm. Həyatımdakı ən uğurlu günüm ibtidai sinfi bitirib liseyə qəbul olduğum gündür.
Göstərdiyim yüksək nailiyyətlərə görə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci ilərdə fəxri fərmanllarla təltif  olunmuşam. Televiziyada Az.TV, DTV telekanallarının xəbərlər buraxılışlarında iştirak etdiyim 28 May Respublika günü  münasibətilə keçirilən tədbirlərlə bağlı reportajlar yayımlanıb.
Əldə etdiyim uğur və nalliyyətlərə görə ilk nöbədə valdeynlərimə, ibtidai  sinif müəllimim Şəlalə Məmmədovaya və digər fənn müəllimlərimə minnətaram.
Dayıma bənzəmək istəyirəm. Dərslərimi əla qiymətlərlə bitirib unverstetin hüquqşünaslıq fakültəsinə daxil olub, həmin fakültəni yüksək göstəricilərlə bitirməyi hədəfləmişəm.
Asudə vaxtlarımda bədi əsərlər, ən əsas da görkəmli yazıçı Dostoyevskinin əsərlərin oxumağı sevirəm. Milli rəqsləri sevdiyim üçün rəqslə məşğu oluram.
Gələcəkdə vətənimə və xalqıma layiqli övlad olacağıma söz verirəm. Xeyriyyəçiliklə məşğul olmaq, yardıma möhtac insanlara dəstək olmaq ən ümdə arzularımdandır.
Zamanla istəklərinə doğru addım-addıma irəliləyən qəhramanımıza dərslərində uğurlar arzu edirik.

27 июля 2016 г.

Hüseyn Tural oğlu Hüseynli

 
 
 
 
Azərbaycanmzın istedadlı yeniyetmələrdən biri də Hüseyn Tural oğlu Hüseynlidir. Hüseyn 2007-ci il oktyabrn 23-də Bakı şəhərində dünyaya göz açmışdır.
Körpəlikdən çox sakit uşaq olub. Valideynlərini incitməyib, həmişə qeyri-adi hərəkətləri ilə insanları özünə cəlb edib. Ona oyuncaqlar verilərkən bir az oynadıqdan sonra necə yaradılmasının axtarışına çıxardı. Hüseyn 4 aylığında olarkən Allah kəlməsin demişdir. Evə gələn tanıdığı və tanımadığı insanlara özünü sevdirə bilirdi. Gülərüz, sevimli bir uşaq idi. Texnikaya, cihazlara elektronika sisteminə çox meyl gösdərirdi. Həmişə araşdırır, yoxlayır və necə hazırlanmasını soruşardı.
Hüseyn 3 yaşında uşaq bağçasına getməyə başlayıb. Bir ilə yaxın “Tiamo” Hazırlıq Mərkəzinə getmişdir. Bu səbəbdəndir ki, məktəbə gedənə qədər yazıb-oxumağı bilir, bütün rəqəmləri tanıyırdı. Xüsusi hazırlıq kurslarında və uşaq bağçasında bunu daha da mükəmməllədirdi. Hüseyn çox sual verir, çox bilmək və öyrənmək istəyir. Aydan, Günəşdən, Yerdən, kainatdan və.s sualları çox verir.
Hüseynin riyaziyyatda xüsusi isdedadi var. Hüseyni 6 yaşı olmamış valideyinləri onu məktəbə qoydular. İsdedadiyla bağlı maraq Hüseyndə əsasən 3 yaşından yaranıb. Əsasən də babasının dəstəyi çox olub. Nəslin ilk nəvəsi, ailənin ilk uşağı olduğuna və özünə xüsusi diqqət cəlb etirə bildirdiyinə görə hamı ona xüsusi vaxt ayırırdı.
Hüseyn orta təhsilə 266 saylı orta məktəbdə başlayıb. Məktəbdə də özünü sevdirdi. I sinfi qutardıqdan sonra 2014-cü ilin yay aylarında Avropa-Azərbaycan Məktəbinə imtahanla qəbul olmuşdur. Hazırda Avropa-Azərbaycan məktəbində təhsil alır.
Hüseyn: Dərslərimi çox yaxşı oxuyuram. III siniflər üzrə məktəb birincisiyəm. Əslində mən butün fənləri sevirəm, çünki hər bir fənn bir elm öyrədir, hərəsinin öz gözəlliyi var. Ən çox sevdiyim fənn riyaziyyatdır. Yeni il, Novruz bayramı, Bayraq bayramı, Bilik günü ilə bağlı tədbirlərdə və olimpiadalarda işdirak etmişəm. Hallovendə qara maskalı rolunda,  Yeni ildə Şaxta baba rolunda fəal işdirak etmişəm. İngilis dilində I yeri tutaraq xüsusi diplomla təltif olunmağım mənim üçün demək olar ki, ən uğurlu, ən gözəl gün sayıla bilər.
24. 04. 2015-ci ildə  tərbiyəli və çalışkan olmaqla fiziki tərbiyəsinə, 22. 05. 2015-ci ildə rus dilinə, 08. 05. 2015-ci ildə təhsil uğurlarına görə nailiyyət kartı ilə,  ingilis dilində II yeri tutduğuma, 1 iyun 2016-cı ildə riyaziyyat fənni üzrə bilik yarışında III siniflər üzrə iştirakıma görə diplomla təltif olunmuşam.
Əldə etdiyim naliyyətlərə görə özümü valdeyinlərimə, babama və Vüsal əmiyə borc bilirəm. Vüsal əmimə oxşamaq isdəyirəm. Alim olmaq istəyirəm, çünki məndə vətənim Azərbaycanın inkişafı üçün nəsə kəşf, icad etməliyəm. Gələcəkdə rəsm sənətinə də yiyələnmək istəyirəm.
Asudə vaxtlarımda kitab oxumağı, rəsm çəkməyi və internet vasitəsi ilə yeni məlumat almağı xoşlayıram. Heykəltaraşlıq və rəsmlə məşğul olmağa üstünlük verirəm.
Yay aylarında dünyanın bir çox hissəsini gəzmək, kompüteri və ingilis dillərini mükəmməl öyrənmək istəyirəm. Həmişə çalışacam ki, dünyada vətənimin adını və bayrağını ucalara qaldıram.

Bundan sonraki naliyyətlərin, uğurların daha da bol olsun!

25 июля 2016 г.

Novruzova Adilə Adil qızı


Novruzova Adilə Adil qızı 17 yanvar  2005-ci ildə Lerik rayonunun Kəkonu  kəndində dünyaya gəlib. Atasının işiylə əlaqədar hələ körpəlikdən Bakı şəhərinə  köçüblər.
Adilə körpəlikdən ağıllı olmağıyla yaşıdlarından fərqlənirdi. Gördüyü hər bir şey haqqında suallar verir, ətraflı cavab almayana qədər sualları bitmirdi. Hələ 3-4 yaşı olarkən valideynlərinin onunçün aldığı rəngli qələmlərlə şəkillər çəkir, çəkdiyi şəkillərin nəyə bənzədiyini valideynlərindən soruşardı. Adilə bağçaya getməsə də anası ona məktəbə gedənə qədər yazıb- oxumağı öyrətmişdi. Anası müəllim olduğu üçün öz övladına elmi sevə-sevə öyrədib. 
Adilə hazırda Xəzər rayonu 322 saylı tam orta məktəbin şagirdidir. Hələ ibtidai sinifdə oxuyarkən müəllimi Nuranə xanım həmişə ondan razılıq edib.  Sinfi idarə etmək bacarığı olduğu üçün müəllimi onu sinif nümayəndəsi təyin edib. İbtidai sinfi bitirdikdən sonra da sinif rəhbəri Aysel xanımın sevimli şagirdinə çevrilib. Dərslərini əla oxuduğu üçün əlaçı seçilib. Ən sevdiyi fənnlər: Azərbaycan dili, ingilis dili və tarixdir. Bu fənnləri ona sevdirənlər həmin fənnlərdən dərs keçən müəllimləri olub. Məktəbdə xüsusi günlərdə keçirilən tədbirlərdə, mərasimlərdə, bayramlarda fəal iştirak edir.  Əksər tədbirlərdə şeirlə çıxış edib.  Onun dediyi şeirlər maraqla dinlənilib.
Adilə üçün ən yaddaqalan gün ilk dəfə məktəbə qədəm qoyduğu gündür. O, həmin günü heç vaxt unutmayacaq. Adilə dərin biliyə yiyələnməklə bərabər,  həm də dərsdən sonra  rəsm dərnəyinə də gedir. Eyni zamanda məktəbdəki “Əl işləri” dərnəyinin üzvüdür. Dərnəyin təşkil etdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir və diplomlara layiq görülüb.
Əhməd Baxşıyev adına 38 saylı Texniki Yaradıcılıq mərkəzinin diplomu əl işlərinə görə Adiləyə verilib.
Adilə əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdardı. O, gələcəkdə savadlı bir hüquqşünas olmaq istəyir.
Asudə vaxtlarında milli müsiqilərə qulaq asır, televiziya  ekranlarındakı bilik yarışmalarını izləyir. Çalışır ki, bilmədiklərini oradan öyrənib daha da bilikli olsun.

Adilə, uğurların bol olsun!

20 июля 2016 г.

Abbaslı Cavid Ramil oğlu

Abbaslı Cavid Ramil oğlu 2007-cil martın 28-də Bakı şəhərində doğulmuşdur. Cavidlə söhbətimizdən əvvəl onun valideynləri ilə danışdıq. Cavidin anası onun körpəlikdən çox sakit uşaq olduğunu qeyd edir. Cavid maşın oyuncaqları ilə oynamağı çox sevib. Balaca qəhrəmanımız  2 il məktəbəqədər hazırlıq kurslarına getmiş və onun təlim-tərbiyəsi ilə evdə anası da məşğul olub. Cavid 4 yaşında məktəbə hazırlaşarkən onun  güclü zehni olduğunu və məntiqi tapşırıqların öhdəsindən tez və asan gəldiyini aşak edən valideynləri övladları ilə fərəhləndiklərini bildirdilər. Ağıllı müsahibim məktəbə getməzdən əvvəl yazıb-oxumağı bacarırdı. Cavid hal-hazırda Bakıxanov qəsəbəsində 72 saylı riyaziyyat təmayüllü litseyin 4-cü sinfinin rus bölməsində təhsil alır. Bu dəfə də qaydamızı pozmayıb balaca qəhrəmanımıza suallar ünvanladıq. Cavid özü haqda bizimlə aşağıdakıları paylaşdı:
 “Mən artıq üç ildir ki, sinif əlaçısıyam. ən çox sevdiyim fənlər riyaziyyat, Rus dili, Azərbaycan dili və informatikadır. 1-ci sinfi başa vurarkən Əlifba Bayramında iştirak etmişəm. Buradakı rolum isə “Qlupıy serıy mışonok” nağılındakı siçan rolu olub. Bundan başqa 11-ci siniflərin buraxılış tədbirində mahnı və şeirlərlə çıxış etmişəm. 1-ci sinfi bitirəndə “Müvəffəqiyyətlə bitirmə” diplomuna laiq görülmüşəm. Mən uğur və nailiyyətlərimi dərslərimdə çalışqan və məsuliyyətli olmağımla əlaqələndirirəm. Hələ ki, gələcək seçimlərimlə bağlı fikrim yoxdur. Asudə vaxtlarımda bəzən şəkil çəkir, bəzən kompüterdə astronomiya, xüsusilə də Mars planeti haqqında, qalaktikada baş verən hadisələr barədə məlumatlarla maraqlanıram”.

Biz də Cavidə gələcək həyat fəaliyyyətində uğurlar arzulayırıq.

Niftəli Musa Eldəniz oğlu





Gələcəyin memar-dizayneri Niftəli Musa Eldəniz oğlu 16 avqust 2002-ci ildə Bakı şəhərində anadan olub. 43 saylı məktəbdə oxuyub ilk dəfə, hazırda isə 6 saylı məktəbin şagirdidir.
Musa dərslərini yaxşı oxuyur, ancaq ən sevimli fənnləri – riyaziyyat, Azərbaycan dili və rəsmdir. Qazandığı uğurlarına görə diplomlar eldə edib 2012, 2013, 2014, 2015 və 2016-ci illərdə eldə etdiyi fəxri fərmanlar və diplomların sayı  beşdən çoxdur. Qazandığı uğurlara görə valideyinlərinə və babasına borclu olduğu deyir.
Asudə vaxtlarını idmanla və rəsm çəkməklə keçirir. Bədii yaradıcılıq mövzusunda əgər yaradıcılıq göstərməli olsa memarlığa üstünlük verəcəyini deyir. Gələcək planları, məqsədi memar olmaqdır. Musa haqqında ilk dəfə 31.04.2015-ci ildə Azad Azərbaycan televiziyasında (ATV)  “Gündəlik” verilişində efirdə məlumat gedib. Valideynləri Musa haqqında onun körpəlikdən sakit uşaq olduğunu və eyni zamanda rəsmə çox böyük maraq göstərdiyini deyirlər.Məktəbə getməmişdən əvvəl yazıb-oxumağı anasının köməkliyi ilə oyrənən Musanın çox bacarıqlı uşaq olduğunu deyirlər. İstedadı isə uşaqlıqdan bəlli olub valideyinləri irsi olduğunu deyir.
Biz də Musaya gələcək planlarının həyata kecməsini və savadlı memar-dizayner olmasını diləyirik.