elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 июля 2018 г.

Quliyeva Nəzrin Nadir qızı


Quliyeva Nəzrin Nadir qızı 20.06.2007-ci ildə Bakı şəhərində anadan olub.  Nəzrin körpəlikdə dəcəl uşaq olmaqla yanaşı çox da ağıllı uşaq olub. Cizgi filmə baxmağı, həyətdə uşaqlarla oynamağı, diyircəkli konki sürməyi çox sevib. Məktəbə getməzdən əvvəl yazıb-oxumağı bilirdi. Bunları o, uşaq bağçasına gedərkən müəllimləri tərəfindən öyrənib. Nərgiz musiqini, rəsm çəkməyi çox sevir və hekayələr yazır. Bu marağı onda babası oyadıb. O, fortepianoda ifa edir, gözəl səsi və musiqi duyumu var. Quliyeva Nəzrin Respublika İncəsənət Gimnaziyası  təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Fransız dili, ədəbiyyat, tarix və təsviri incəsənət onun ən sevimli fənləridir. Nəzrin məktəblərində və ölkəmizdə keçirilən musiqi müsabiqələrində, fənn yarışlarında, bayram şənliklərində fəal iştiraklar edib. Əldə etdiyi nailiyyətlərə görə özünü anasına borclu bilir. Fəaliyyətindən dolayı anasına oxşamaq istəyir. Nəzrin dərslərini yaxşı oxuyub, universitetə qəbul olmağı və sonra təhsilini hər hansısa bir xarici ölkədə davam etdirməyi düşünür. Gələcəkdə peşəkar jurnalist olmaq niyyətindədir. Asudə vaxtlarında fortepianoda ifa etməyi və kitab oxumağı xoşlayır. O, təbiət mənzərələrini əks etdirən rəsmlər çəkməyi, bəstəkar mahnılarını ifa etməyi , hekayələr oxumağı çox sevir. Onun gələcək planları Fransız və İngilis dillərini mükəmmələşdirmək, musiqi sahəsində uğurlar qazanmaqdır. Gələcəkdə Azərbaycanda ən yaxşı jurnalist olmaq arzusundadır.
İndi isə sizlərə kiçik yazarımız olan Nərgizin, yazmış olduğu hekayəni təqdim edirik.
Волейбол с подругами Сегодня солнечный день. На уроке физкультуры учительница вывела нас во двор. Но во дворе мне стало холодно, и я вернулась в класс. Оставшиеся в классе пятеро девочек сильно шумели. Я решила вернуться во двор. Мои подруги играли в волейбол. Мне захотелось поиграть с ними. Но они не пустили меня в игру. Я стояла в стороне и смотрела на своих подруг. Им было очень весело. И вдруг вспомнила, что виновата я сама. Вначале игры они сказали: «Давай играй с нами» Несколько раз они пригласили меня поиграть, но я отказалась. Стояла и смотрела на веселую шумную игру подруг. Мне стало стыдно за свой поступок. Виновата я сама. Опустив голову, вернулась обратно в класс. Кто сам подает, тот не плачет.

25 июля 2018 г.

Cəfərov Mirziya Zəka oğlu

Cəfərov Mirziya Zəka oğlu Astara rayonu Pensər kəndində həkim ailəsində anadan olub. Mirziya körpəlikdən ağıllı, təmkinli, diqqətli, atdığı hər addımı yüz ölcüb bir biçən və yüksək zəkaya malik bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm çəkmək, multiplikasiya filmlərini seyr etmək, nağıl dinləmək və valideynləri ilə birgə kiçik məntiqi oyunlar oynamaq olub.  Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anasının köməkliyi ilə öyrənmişdir. Mirziyanın qeyri-adi uşaq olması, hələ körpəliyindən hiss olunub. İlk dəfə 3 yaşında bağçaya gedən zaman müəllimi onun gözəl şəkillər çəkdiyini və qavrama baxımından yaşıdlarından çox  fərqləndiyi müşahidə edib. Cəfərov Mirziya ilk təhsilini Z.Əhmədzadə adına 2 saylı Pensər kənd orta məktəbində alıb. Hal-hazırda Bakı şəhəri 258 saylı tam orta məktəbin ən fəal şagirdlərindən biridir. Mirziya bu il Fizika-Rizyaziyyat-İnformatika liseyinə qəbul olub və qalan təhsilini burada davam edəcək. Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri fizika, riyaziyyat, biologiya və coğrafiyadır. Mirziya Xəmsə intelektual bilik yarışmasında iştirak edib. Orada  məktəbini yüksək səviyyədə təmsil edib. Həyatında ən uğurlu gününü, bu intelektual bilik yarışmasında çıxış etdiyi gün olaraq  hesab edir. Bu günə qədər bir çox diplom və sertifikatlara layiq görülüb. Beləki : N. Nərimanov rayonu 47 saylı tam orta məktəbdə diplom, Lütfi Zadə adına Məktəblərarası II Məntiq Olimpiyadasında fəal iştirakına görə diplom, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində  sertifikat, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xəmsə” Milli İntelektual bilik oyununda iştirakına görə sertifikat və medal ilə təltif olunub.  O, əldə etdiyi uğur və nailiyyətlərə görə özünü anasına borclu bilir. Fəaliyyətindən dolayı anasının əmisi Milli Elmlər Akademiyasının əməkdaşı, Fizika elmlər doktoru Zirəddin Sadıqova oxşamaq istəyir. O, da elm sahəsində ən yüksək pilləyə qədər ucalmaq niyyətindədir. Gələcəyin güclü, savadlı fiziklərindən biri olmaq arzusundadır. O, bu fikrə anasının fizik əmisi ilə ilk dəfə qarşılaşdıqdan sonra qərar verib. Asudə vaxtlarında bədii kitab oxumağı, şəkil çəkməyi, yaşıdları ilə oyun oynamağı və mutfilimə baxmağı xoşlayır. O, dərslərini sonadək əla qiymətlərlə oxuyub, yüksək nəticələr ilə xarici ölkələrin ən məşhur ali təhsil ocaqlarının birində təhsil almaq niyyətindədir. Mirziya bilik və bacarıqlarını daha da mükəmməlləşdirib, dahilik pilləsinə qədər yüksəlib, yeni ixtiralar edərək tarixin yaddaşında yaşamaq istəyir

18 июля 2018 г.

Mehralıyeva Züleyxa İlqar qızı


Mehralıyeva Züleyxa İlqar qızı  9 fevral 2007-ci ildə Bakı  şəhərində anadan olub.  Züleyxa körpəlikdə çox sakit  temkinli  və ağıllı uşaq olub . Onun hərəkətləri  davranışları  yaşından  çox böyük insan  xarakterinə  bənzəyirdi .  Züleyxanın ən sevimli  məşğulliyəti  kitab oxumaq olub.  Yaşının az olmasına  baxmayaraq o çoxlu şeirler bilirdi. Onun  ancaq fikri yazı yazmaq, şeir  demek olub. Bibisi hər zaman  ona oxu gələcəyə lazımlı bir insan kimi yetiş deyə  öyüd nəsihət verib. Məktəbə gedənə  qədər  yazıb-oxumağı  bibisindən öyrənib. Mehralıyeva Züleyxa  Bakı şəhərində Ədalət Abbasov  adına 257 saylı  məktəbdə  təhsil alır.  Hal-hazırda  həmin  məktəbin 5 c sinifində  təhsil alır. Sinfin əlaçi şagirdidir. Onun ən sevimli fənləri  Azərbaycan dili, riyaziyyat  və informatikadir. Məktəblərində keçirilən tədbirlərin feal istirakcisidir.  "20 Yanvar", "Xocalı faciəsi" tədbirlərində intonasiya ilə şeir deyib,  məktəb üzrə riyaziyyat fənnindən viktorinada uğurla iştirak edib.  Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Ona hər zaman dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. O, biliklərini daha da təkmilləşdirib, alimlik zirvəsinə qədər yüksəlmək istəyir. Züleyxa  gələcəkdə hansı peşənin sahibi olmasını tam olaraq qərarlaşdırmayıb. O, həm rəssam, həm də həkim olmaq istəyir. Hansı peşənin sahibi olmasından aslı olmayaraq işinin peşəkarı olacağına əmindir. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır. O, rəqs dərsləri alıb və çox gözəl rəqs etməyi bacarır. Züleyxa məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olub, vətəninə xeyirli, ziyalı şəxsiyyət kimi formalaşmaq niyyətindədir.  Hər tərəfli istedad olan müsahibiz hər zaman fəxri ol. Yolun daim işıqlı və aydın olsun. Uğur hər zaman səni izləsin!

17 июля 2018 г.

Hacıyeva İradə Əli qızı

Hacıyeva İradə Əli qızı 29.07.2008-ci ildə Bakı şəhərində anadan olub. İradə körpəlikdən sakit, təmkinli, ağıllı və ətraf mühitdə baş verən hadisələr ilə daim maraqlanan  bir uşaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı və hesablama işləri aparmağı Yelena nənəsinin köməkliyi ilə öyrənib. İradənin yüksək zəkası, güclü yaddaşı və intelektual səviyəsinin yüksək olmasının şahidi olan ailəsi onu 5 yaşından şahmata yazdırıblar. Hacıyeva İradə Binəqədi rayonu 300 nömrəli məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin əlaçı şagirdlərindən biridir. İradənin ən sevdiyi fənlər riyaziyyat, İngilis dili və informatikadır. Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. İradə Azərbaycan, İngilis, Rus dillərində sərbəst şəkildə yazıb-oxumağı və danışmağı bacarır. O, Bakı şəhəri qızlar arasında keçirilən şahmat yarışmasında 1-cilik əldə edərək sertifikata layiq görülüb. Daha sonra İradə 16 iyun 2018-ci ildə Müasir İnnovasiya liseyində təşkil olunmuş mental arifmetika üzrə bilik yarışmasında hamını riyazi bilikləri ilə qabaqlayaraq birinciliyi əldə edib. Super Cenpion- sertifikatı ilə təltif olunub.  Həmin gün onun həyatında yaşadığı ən uğurlu, ən sevindirici və ən yadda qalan gündür. İradə bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə babasına və nənəsinə borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən dolayı anasına oxşamaq istəyir. Onun qarşısına qoyduğu gələcək planları bir çox xarici dilləri tam mükəmməl səviyyədə öyrənməkdir. İradə təhsili xaricin ən məşhur universitetlərinin birində almaq istəyir. Bu həvəs onda ailəsi ilə birgə xarici ölkələrə səfər etdikdən sonra yaranıb. Orada gördüyü yüksək təhsil sistemi İradənin çox xoşuna gəlib və gələcək təhsilini bu səbəbdən burada almaq arzusundadır. O, asudə vaxtlarında Rus dilində bədii kitablar oxuyur, riyazi teslər edir və ailəsi ilə gəzintilərə çıxır. İradə gələcəkdə hansı sahəni seçəcəyini tam olaraq qərarlaşdırmayıb. Amma hansı peşəsi seçəcəyindən aslı olmayaraq, işinin peşəkarı olacağına əmindir. Tarixin yaddaşında dilçilik üzrə güclü mütəxəssis olaraq qalmaq istəyir. İradə biliklərini, bacarıqlarını təkminləşdirib Vətəninə, millətinə, ailəsinə xeyirli bir şəxsiyyət olmaq niyyətindədir.