elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 апреля 2013 г.

Adıgözəlli Solmaz Ceyhun qızı



Solmaz Ceyhun qızı Adıgözəlli 6 sentyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 239 saylı orta məktəbin II sinif şagirdidir.
Solmaz körpəlikdə ağıllı, sözəqulaqasan, bir az da dəcəl uşaq olub. 3 yaşından təhsilə maraq göstərməyə başlayıb. Şeirlər, nağıllar öyrənirdi, rəsmlər çəkirdi. Çəkdiyi rəsmlərdə uşaq təfəkkürü ilə maraqlı mövzulara toxunurdu. Anasının köməyilə məktəbə gedəndə artıq yazıb-oxumağı öyrənmişdi.
Solmaz dərslərini əla oxuyur. Bütün fənləri çox sevir. Məktəbdə keçirilən Yeni il şənliyində aparıcı olub. Həyatında ən uğurlu gün kimi I sinfə getdiyi günü hesab edir. Həmin gün özünü çox xoşbəxt hiss edirdi. Çünki həmin gün elm qapısının zehnimizə açılan günü idi. Həyatının ən uğurlu hadisəsi isə Türkiyəyə getdiyi günü hesab edir.
Solmaz təhsildə əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimlərinə borclu olduğunu deyir. Onlar kimi savadlı, xeyirxah bir insan olmaq istəyir.
Gələcəkdə anası kimi həkim olmaq, insanlara kömək edib, onları öz sağlıqlarına qovuşdurmaq istəyir. Ali təhsilini xarici ölkələrdən birində davam etdirmək, savadı, biliyi ilə Azərbaycanın adını dünyada tanıtmaq onun ən böyük arzularından biridir.
Asudə vaxtarında rəsm çəkməyi, nağıl oxumağı, qardaşı ilə oynamağı, cizgi fliminə baxmağı, təmiz havada gəzməyi xoşlayır. 

14 апреля 2013 г.

Məmmədli Dilbər Süleyman qızı

Dilbər gənc ailənin ilk övladı, ilk sevinci olub. Körpəlikdə çox nadinc, ağlağan olan Dilbər oyuncaqları ilə tək oynamağı çox sevərdi. Gəlinciklərinə paltar geyindirməyi, saçlarını darayıb onlarla söhbət etmək ən çox xoşladığı məşğuliyyət idi. Cizgi filmlərinə baxmağı da çox sevərdi. Hazırda Dilbər sakit təbiətli, bacısı Əsmər və qardaşı Nurlan ilə mehriban davranan, çox danışmağı xoşlamayan, müəllimlərin sevimlisinə çevrilən bir qızdır. Məktəbə getməmişdən əvvəl gələcək müəllimi Fərqanə xanımın yanında hazırlıqla məşğul olub. Həmin vaxtdan onda müəlliminə qarşı böyük bir məhəbbət yaranıb.
Dilbər məktəbə getdiyi andan, yeddi yaşından rəsm çəkməyi çox sevib. Rəsm albomu və rəngli karandaşlar ən çox sevdiyi əşyalar idi. Hazırda Dilbər rəsm dərnəyinə gedir.
Dilbər dərslərini yaxşı oxuyur, sevimli fənləri ana dili və rəsmdir. 239 saylı məktəbdə keçirilən Yeni il və Novruz bayramı şənliklərində fəal iştirak edib. Yeni il şənliyində gözəl şeirlər söyləyib. Novruz bayramında isə şeir deməklə bərabər gözəl rəqs edib. Həyatında ən maraqlı hadisə Accessbank tərəfindən keçirilən rəsm müsabiqəsində iştirak etməsi olub. Dilbər “Mənim şəhərim” adlı bu müsabiqədə 200 nəfər şagird arasında III yerə layiq görüldü və diplomla təltif olundu.
Dilbər rəsm çəkməyi ona mükəmməl öyrədən Aytac müəllimə oxşamaq istəyir. O məktəbə gedəndən tanınmış rəssam və şair, eyni zamanda savadlı və bacarıqlı müəllim olmaq fikrinə düşüb. Hazırda onun ən ümdə məqsədi məktəbi əla qiymətlərlə bitirmək və ali məktəbə qəbul olmaqdır.
Asudə vaxtlarında şeir yazmağı, kitab oxumağı və Azərbaycan filmlərini izləməyi xoşlayır.

Mənim gözəl anam

Odur məni böyüdən,
Odur həyatın adı,
O, mənim gözəl anam,
Odur mənim bəzəyim.

Uşaqlıqda anam mənə,
Gözəl-gözəl laylay deyib.
Mənə baxıb, məni sevib,
Mənim gözəl-göyçək anam.

Mən onu unutmaram,
Ona kömək edərəm,
Çünki vaxtında mənim,
O, qayğıma qalıbdır.

Mənim zəhmətkeş atam

Biz səni çox sevirik,
Mənim mehriban atam.
İşdən qayıtmağını,
Həsrətlə gözləyirik,
Mənim zəhmətkeş atam.

İşləyirsən hər gün sən,
Bizi böyütmək üçün,
Heç dincəlməyirsən,
Mənim zəhmətheş atam.

Allahdan istəyirik,
Həmişə köməyin olsun,
Şər qüvvədən qorusun,
Mənim zəhmətkeş atam.

Üzü nurlu müəlliməm

Sən çox mehribansan,
Sən çox gülərüzsən,
Sən çox biliklisən,
Üzü nurlu müəllimim.

Yazmağı,oxumağı,
Öyrədirsən bizə sən.
Biz səni çox sevirik,
Üzü nurlu müəllimim.

Bizi öyrətmək üçün,
Çox əziyyət çəkirsən,
Biz səni unutmarıq,
Üzü nurlu müəllimim.

Qızılgül

Bir gül gördüm bağçada,
Doymaq olmur iyindən.
Axı iyi gözəldir,
Necə doyaq iyindən?
Bəs görəsən o gülün,
Adı nədir bilirsiz?
O, gözəl iyli gülün,
Adı gözəl qızılgül.
Həm də iylə bərabər,
Özü də çox gözəldir.
Bir sözlə deyim ki, mən
Onu mənlə bərabər,
Dünyada hamı sevir.